GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Gömrük əməkdaşları mənə təzyiq edib”

“Gömrük əməkdaşları mənə təzyiq edib”

Tarix: 20-07-2016, 02:44 Bölmə :Ölkə Baxış: 418
“Gömrük əməkdaşları mənə təzyiq edib”

İrandan Azərbaycana narkotik gətirənlərə cəza verildi

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Mingəçevir şəhər sakini, 1975-ci il təvəllüdlü Fəzail Həsənov Tərtər rayon sakini, 1968-ci il təvəllüdlü Könül Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Fəzail Həsənov 16 mart 2015-ci il tarixdə İran İslam Respublikasının Astara şəhərində Könül Məmmədova və şəxsiyyətinin müəyyənləşdirilməsi mümkün olmayan digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə edib qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmə barədə sövdələşiblər.

Fəzail Həsənov həmin gün İran İslam Respublikasının Astara şəhərində müəyyən edilməmiş mənbədən satış məqsədi ilə 175,308 qram çəkidə heroin narkotik vasitəsini əldə edib və Azərbaycana gizli gətirilməsi üçün Könül Məmmədovaya verib.

Könül Məmmədova bu yolla qanunsuz olaraq əldə etdiyi həmin külli miqdarda narkotik vasitəni Fəzail Həsənovun təklifinə əsasən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 4 ədəd sellofan bağlamalara qablaşdırıb və düz bağırsağına yerləşdirib.

Daha sonra Könül Məmmədova Fəzail Həsənovla birlikdə 17 mart 2015-ci ildə saat 10 radələrində Astara Gömrük İdarəsinin sərnişin şöbəsində Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçiblər.

Beləliklə Fəzail Həsənov və Könül Məmmədova satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olan qrupda əldə edib saxlamaqla daşıyıb və qabaqcadan əlbir olan bir qrupda qaçaqmalçılıq ediblər.

Fəzail Həsənov və Könül Məmmədova Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə ittiham ediliblər.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fəzail Həsənov 8 il, Könül Məmmədova 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Fəzail Həsənov və Könül Məmmədova ayrı-ayrılıqda apelyasiya şikayəti veriblər. Könül Məmmədova barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

“9 yaşlı övladımız var”

Fəzail Həsənov isə günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Onların şikayətləri araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Məhkəmədə ifadə verən Fəzail Həsənov ona verilən ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 10 ilə yaxındır narkotik vasitə aludəçisidir və son vaxtlara kimi heroin narkotik vasitəsi qəbul edib: “Könül Məmmədova ilə qeyri rəsmi nikahdayam. Bu nikahdan 9 yaşlı oğlan övladlarımız var”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 15 mart 2015-ci il tarixdə Könül Məmmədova ilə birlikdə Astara Gömrük idarəsindən keçməklə İran İslam Respublikasının Astara şəhərinə gəliblər: “Məqsədimiz l Könülün birinci nikahdan olan qızının müalicəsi ilə bağlı həkimlə görüşərək məsləhətləşmək olub. Martın 16-da Ərdəbil şəhərinə getdik. Orada Könülü həkim yanına apardım və həkimlə söhbətdən sonra Astara şəhərinə qayıtdıq. Həmin gün oteldə gecələdik”.

“Bizi yoxlamaq üçün xəstəxanaya apardılar”

Fəzail Həsənov qeyd edib ki, martın 17-də Azərbaycana keçmək üçün Astara Gömrük İdarəsinə daxil olublar: “Könül məndən əvvəl, qadınlar üçün nəzərdə tutulmuş piyada keçid xətti ilə keçdi. Mən piyada keçid xəttini keçmək istədim. Bu zaman gömrük əməkdaşı məndən şübhələnərək saxladılar. Onlar üzərimə hal şahidlərinin iştirakı ilə baxış keçirdilər. Lakin heç bir qadağan olunmuş əşya aşkar etmədilər. Sonra bildirildilər ki, Könül də saxlayıblar. Bizi daxili orqanları yoxlanılması üçün rayon xəstəxanasına apardılar. Orada Könülün düz bağırsağından 4 sellofan bükümlərdə heroin narkotik vasitəsi aşkar edildi”.

Fəzail Həsənov bildirib ki, gömrük əməkdaşlarına Könüldə aşkarlanmış narkotik vasitədən xəbərsiz olduğunu bildirib: “Lakin gömrük əməkdaşları tərəfindən mənə təzyiq edildiyi üçün həmin iş üzrə təqsirləndirilən şəxs qismində dindirilərkən Könüldə aşkarlanmış 190 qram heroin narkotik vasitəsini özüm İran İslam Respublikasından əldə edərək gömrük sərhədindən keçirmək üçün Könül Məmmədovaya verdiyimi və onun da tapşırığıma əsasən

həmin natkotik vasitəni düz bağırsağına yerləşdirdiyin, birlikdə gömrükdən keçirməsi barədə ifadə vermişəm”.

“Narkotiki düz bağırsağıma yerləşdirmişəm”

Digər təqsirləndirilən Könül Məmmədova ona verilən ittiham üzrə təqsirli bilib. O, bildirib ki, martın 17-də Astara Gömrük İdarəsi əməkdaşları tərəfindən üzərində şəxsi yoxlama aparılması ilə bağlı həkim müayinəsi ilə narkotik vasitə düz bağırsağında aşkar edilib. Onun sözlərinə görə, elektron tərəzidə iştirakı ilə narkotik vasitə çəkilib.

Könül Məmmədov çəkisi 190 qram çəkidə olduğu müəyyən edilən 4 sellofan bükümlərdəki narkotik vasitə heroini İran İslam Resıpublikasının Astara şəhərindən aldğını etiraf edib. O, bildirib ki, həmin narkotik vasitəni 4 hissəyə bölərək düz bağırsağına yerləşdirib və gömrük idarəsindən keçirmək üçün Astara Gömrük İdarəsinin ərazisinə həmin vəziyyətdə gəlib.

Könül Məmmədovanın vəkili Faiq Atakişiyevin sözlərinə görə, hökmü təyin edilmiş cəzanın cinayətin ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə və məhkumun şəxsiyyətinə uyğun olmayıb: “Hesab edirəm ki, hökm dəyişdirilərək Könül Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, həmin cəza şərti olaraq təyin olunmalıdır. Könül Məmmədovanın uzun müddət azadlıqdan məhrum edilməsi onun ailə üzvlərinə əlavə məhrumiyyətlər gətirir ki, bu da cəzanın məqsədinə müvafiq deyil”.

“Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməyib”

Vəkilin bildirdiyinə görə, Könül Məmmədova yaşayış yeri üzrə müsbət xarakterizə olunub, himayəsində azyaşlı uşağı var, əməlindən peşmandır, cinayət əməlini səmimi etiraf edir, əvvəllər məhkum olunmayıb: “Məhkəmə hökmdə Könül Məmmədovaya cəza təyin edərkən yalnız onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını qeyd edib, onun himayəsində azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını, əməlini səmimi etiraf etməsini və əvvəllər məhkum olunmamasını nəzərə almayıb. Məhkəmə prosesində Könül Məmmədovanın məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməyib”.

Vəkil qeyd edib ki, Könül Məmmədovanın azyaşlı uşağının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını

yüngülləşdirən haldır: “Bundan əlavə Könül Məmmədovanın törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşmançılıq çəkməsi Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalı olduğu halda məhkəmə bunu nəzərə almayıb”.

“Məhkəmə ədalətsiz hökmü çıxarıb”

Digər təqsirləndirilən Fəzail Həsənovun vəkili Ulduzə Əhmədova apelyasiya şikayətinin dəlillərini müdafiə edib. O, bildirib ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü qanunsuz və əsassızdır: “Məhkəmə tərəfindən həmin hökm çıxarılarkən “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında göstərilənlər qətiyyən nəzərə alınmayıb. Bundan başqa Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü çıxarılarkən Cinayət-Prosessual

Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməyib. Buna baxmayaraq təqsirləndirilən şəxs Fəzail Həsənov Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələr ilə cəza təyin edilib. Beləliklə, Lənkəran Ağır Cinayətlər Məhkəməsi heç bir sübuta əsaslanmadan qanunsuz və əsassız olaraq Fəzail Həsənovun Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri il təqsirli bilinməsinə dair qanunsuz, əsassız və ədalətsiz hökmü çıxarıb”.

Ulduzə Əhmədova bildirib ki, məhkəmə hökmdə “Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən çıxarılmış hökmdə təqsirləndirilən şəxs Fəzail Həsənovun yaşayış yerindən müsbət xarakterizə olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağın olmasını, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır” göstərib. Buna baxmayaraq, Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən Fəzail Həsənova cəza təyin edilərkən hər bir maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yüksək həddində cəza təyin edilib. Qanunvericiliyin tələblərinə baxmayaraq, Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən Fəzail Həsənov Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Təyin edilmiş bu ədalətsiz cəza isə həm Cinayət Məcəlləsinin, həm də Cinayət-Prosessual Məcəlləsinin prinsiplərinə ziddir”.

Vəkil çıxışının sonunda müdafiə etdiyi Fəzail Həsənovun barəsində təyin edilmiş hökmün ləğv edilməsini, ona bəraət hökmünün verilməsini istəyib.

Dövlət ittihamçısı Səyavuş Sadıqov bildirib ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən müdadiə tərəfinin verdiyi apelyasiya şikayətləri ilə razı deyil. O, bildirib ki, törədilmiş cinayət hadisəsinin iş materialları ilə tam sübuta yetirilib.

Dövlət ittihamçısının sözlərinə görə, birinci instansiya məhkəməsi tərəfindən qanuni, ədalətli və əsaslı hökm çıxarılıb. O, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını istəyib.

Tərəflərin fikirlərini dinləyən hakim kollegiyası sonda qərar elan edib. Qərara görə, Fəzail Həsənov və Könül Məmmədovanın ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətləri qismən təmin edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Fəzail Həsənovun ittiham olunduğu Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tövsif edilmiş əməli həmin məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilib. Məhkəmə onun cəzasını 7 ilə endirib.

Könül Məmmədovanın ittiham olunduğu Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tövsif edilmiş əməli həmin məcəllənin 206.2-ci maddəsinə tövsif edilib. Məhkəmə onun cəzasını 6 ilə endirib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rəhim Qazıyevin qardaşı oğlunun həbsi ilə bağlı rəsmi açıqlama

    Rəhim Qazıyevin qardaşı oğlunun həbsi ilə bağlı ...

    23-08-2013, 14:25

  • 
  • İrandan narkotik gətirmək istədi

    İrandan narkotik gətirmək istədi ...

    18-05-2016, 00:57

  • 
  • İrandan narkotik gətirənlərə cəza verildi

    İrandan narkotik gətirənlərə cəza verildi ...

    22-07-2015, 13:56

  • 
  • Narkotik qaçaqmalçılığının qarşısı alınıb

    Narkotik qaçaqmalçılığının qarşısı alınıb ...

    12-07-2013, 21:32

  • 
  • MTN Azərbaycanda 11 narkotaciri yaxaladı

    MTN Azərbaycanda 11 narkotaciri yaxaladı ...

    1-05-2013, 16:08


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu