GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bir gündə 7 adam batdı: Xəzəri “əjdahaya” çevirən şok səbəblər

Bir gündə 7 adam batdı: Xəzəri “əjdahaya” çevirən şok səbəblər

Tarix: 22-07-2016, 14:36 Bölmə :Ölkə Baxış: 762
Bir gündə 7 adam batdı: Xəzəri “əjdahaya” çevirən şok səbəblər

Dənizi hasarlayan məmurlara görə vətəndaşlar daha təhlükəli ərazilərdə suya baş vurmalı olur; Ümumdünya Səhiyyə Təşkilatı batanları niyə kasıb hesab edir?
Azərbaycanda bir gündə 7 nəfər dənizdə batıb. Çimərlik mövsümü başlayandan bu günə qədər isə suda boğulanların sayı 20-ni ötüb.

Azərbaycanlılar suda niyə boğulur?

Niyə Xəzər dənizi sahilində yaşayan xalqın nümayəndələri suda batırlar? Müxtəlif ekspertlərin rəylərinə görə, suda boğulma hallarının çox hissəsi spirtli içkinin təsiri altında suya girməyə görə baş verir. Çimərlik üçün nəzərdə tutulmayan ərazilərdə boğulma halları da çoxluq təşkil edir.

Bəs əhalimiz üzgüçülük vərdişlərinə yiyələnə bilirmi?

Bu sualın cavabı dənizdə batanların sayında özünü göstərir. Azərbaycan əhalisinin böyük əksəriyyəti üzgüçülük vərdişlərinə sahib deyil! Əhalinin maddi durumu ilboyu fəaliyyətdə olan üzgüçülük hovuzlarına gedib üzgüçülük dərsləri almağa imkan vermir.

Boğulmaların bir səbəbi də Xəzərin hasarlanmasıdır

Azərbaycanda Xəzər sahili boyu daha təmiz, təhlükəsiz ərazilərin məmurlar tərəfindən hasara alınması da sıravi vətəndaşları daha təhlükəli ərazilərdə istirahət etmək, üzmək məcburiyyətində qoyur. Dənizi hasarlayan məmur dəbdəbəli imarətində hovuzda təhlükəsiz şəraitdə üzdüyü bir vaxtda sərinləməyə can atan vətəndaş daha təhlükəli ərazilərdə suya baş vurmalı olur. Nəticədə də acınacaqlı statistik rəqəmlər alınır.

Bəs suda boğulma zamanı nə etmək lazımdır?

Üzgüçülük instruktoru Azər Əhmədov deyir ki, çimərliklərdə, su hövzələrində boğulma halları zamanı ilk dəqiqələrdə zərərçəkmişlərin 90 faizini, 6-7 dəqiqə sonra isə təxminən 3 faizini xilas etmək mümkün olur. Suda boğulma zamanı ölüm tənəffüs yollarının su ilə tutulması, havanın ağciyərlərə daxil ola bilməməsi və nəticədə orqanizmdə oksigen çatışmazlığı nəticəsində yaranır. Boğulmuş şəxsin dərisi göyərmiş olur, ağzından və burnundan köpüklü maye gəlir.

Onun sözlərinə görə, suda boğulanın qeyri-iradi, təlaşlı hərəkətlərindən xilas olmaq üçün aktiv üsullardan biri də onu suya batırmaqdır. Belə bir şəraitdə o, suyun üzərinə qalxmaq üçün yardım göstərən şəxsi buraxmağa məcbur olur. Bundan sonra yardım göstərən şəxs suya baş vurmalı, boğulan şəxsi tapıb onun əlindən, saçlarından yapışıb təkan verməklə onunla birlikdə suyun üzərinə qalxmalıdır. Bu zaman yardım göstərən şəxs sərbəst qalan əli və ayaqları ilə intensiv hərəkət edib üzməlidir.

Boğulan şəxsə sahilə çıxarıldıqdan sonra onun vəziyyətindən asılı olaraq ilk yardım göstərilir. Zərərçəkmiş özünə gəlibsə, onu sərt yerdə uzatmaq və isti içkilər vermək lazımdır. Zərərçəkmişin huşu özündə deyilsə, ona süni nəfəs verilməlidir. Daha sonra onu üzü üstə tutmaq lazımdır ki, ciyərlərinə dolmuş su çıxsın. Yardım göstərən ayağını dizdən bükərək zərərçəkmişin qarnı üstə budunun üzərinə qoyub əli ilə onun kürəkləri arasındakı sahəyə güclü şəkildə təzyiq etməklə tənəffüs yollarından suyu xaric etməlidir. Bu əməliyyat süni tənəffüsün verilməsinin gecikdirilməməsi üçün 10-15 saniyədən çox çəkməməlidir. Əgər ilk yardım gecikdirilməyibsə, suda boğulma zamanı ağciyərlərdə ödəm yarandığına görə ağır boğulma halları 1 həftəyə sağalır. Boğulmuş şəxs xəstəxanaya xərəkdə üzü üstə aparılmalı və nəzarətdə olmalıdır.

Batanların 90 faizi kasıblardır!

Ötən il Ümumdünya Səhiyyə Təşkilatı suda boğulma halları ilə bağlı çox maraqlı bir hesabat yaymışdı. Həmin hesabatın müəllifi Devid Meddinq apardığı araşdırmaların sonucu olaraq çox maraqlı bir nəticəyə gəlmişdi. Məlum olmuşdu ki, hər il dünya üzrə suda boğulan 372 min nəfərin 90 faizi aşağı və orta gəlirli ölkələrin vətəndaşlarıdır. Hesabatdan belə aydın olur ki, varlıların su hovuzlarına çatımlılığı, oralarda isə xilasedicilərin olması suda boğulma riskini son dərəcə azaldır.

“İnkişaf etmiş ölkələrdə su ilə əlaqə üzmək, istirahət, sərinləmək üçündür. Lakin aşağı gəlirli ölkələrdə insanlar üçün su ailələrini dolandırmaları üçündür” deyə, hesabatın müəllifi Devid Meddinqin qeyd edir.

Dövlət Sularda Xilasetmə Xidməti nə deyir?

Dövlət Sularda Xilasetmə Xidmətinin Xilasetmə və dalğıc işləri üzrə şöbəsinin müdiri Elsevər Həsənov “Yeni Müsavat”a deyib ki, hər il çimərlik mövsümünün əvvəlindən sonuna qədər əhalini qeyri-çimərliklərdə üzməmək, qadağanedici şarlardan uzaq getməmək barədə xəbərdar edirlər. Suda boğulmalara əsas səbəb üzə bilməmək, küləkli hava şəraitində üzməyə cəhd etmə, qeyri-çimərlik ərazilərdə, qayalıq, müxtəlif dəmir-beton, konstruksiya olan ərazilərdə çimməkdir: “Qeyri-çimərlik ərazilər, yəni çimmək qadağan olunan ərazilərdə Dövlət Sularda Xilasetmə Xidmətinin məntəqələri fəaliyyət göstərmir. Bakı-Abşeron yarımadasında, Sumqayıt şəhərində Dövlət Sularda Xilasetmə Xidmətinin 25 struktur bölməsi fəaliyyət göstərir. Respublika üzrə ümumilikdə 45 xilasetmə məntəqəsi var”.

E.Həsənov vətəndaşlara məsləhət görür ki, üzmək üçün qoyulmuş xəbərdarlıq şarlarını keçməsinlər, məlumatlandırıcı, xəbərdaredici nişanların tələblərinə əməl etsinlər, sərxoş vəziyyətdə suya girməsinlər. Xüsusilə küləkli havada suya girməsinlər. Ümumiyyətlə, Dövlət Sularda Xilasetmə Xidmətinin müəyyən qaydaları var ki, o qaydalara riayət edildiyi halda təhlükəsiz şəkildə istirahət etmək mümkündür: «Biz əhalini xilasetmə məntəqələri olan ərazidə istirahət etməyə, çimməyə dəvət edirik.

Bir gündə 7 adam batdı: Xəzəri “əjdahaya” çevirən şok səbəblər

Bu ərazilərdə vətəndaşların həyatı üçün təhlükə yoxdur. Qeyri-çimərlik ərazilərinə, silsilə qayalıq olan yerlərə üz tutmasınlar. Həmin ərazilərdə suda boğulmaq riski böyükdür. Çünki sualtı axınlar güclüdür, tez-tez burulğanlar əmələ gəlir. O, ərazilərdə xilasedicilər də yoxdur. Hadisə olanda da hadisə yeri, hadisə zamanı boğulanların sayı haqda məlumatlar da xilasedicilərə gec çatır və suda boğulanları xilas etmək çox vaxt mümkün olmur. Xilasetmə məntəqələrində 24 saat növbətçilik aparılır. Ancaq səhər 9-dan axşam 8-ə qədər vətəndaşlar daha təhlükəsizlik şəkildə istirahət edə bilərlər. 8-də xilasetmə texnika və vasitələri sudan çıxarılır və vətəndaşlara səsgücləndiricilər vasitəsilə xəbərdarlıq edilir ki, artıq qaranlıq düşdüyünə görə sudan çıxsınlar. Günün qaranlıq saatlarında suda boğulmalar baş verir, bəzən çimərliyə gələn şəxslər yanlarında gətirdikləri azyaşlı uşaqları unudurlar. İfrat dərəcədə istirahətə kökləndikləri üçün uşaqlar yaddan çıxır. Sonra xilasedici bilmir uşağı suda axtarsın, yoxsa sahildə. Valideyn özü də bilmir ki, uşağı dənizdə nəzarətsiz qoyub, yoxsa sahildə. Əsas problemlərdən biri də azyaşlı uşaqların nəzarətsiz buraxılmasıdır. Suda batmaq təhlükəsi ilə üz-üzə qalanlar əsasən gənclər və yeniyetmələrdir. Əsasən yeniyetmə və gənclər xilasedicilərin haqlı tələblərinə əhəmiyyət vermirlər. Bu da əksər vaxt onların həyatlarını itirməsi ilə nəticələnir". Dövlət Sularda Xilasetmə Xidmətinin üzərinə düşən vəzifələrdən biri də çimərliklərdə təhlükəsizlik tədbirlərini həyata keçirməkdən ibarətdir. Belə ki, çimərlik mövsümü başlamazdan əvvəl çimmək üçün ayrılmış sahələrdə sualtı təmizləmə işləri aparılır. Təhlükəsiz ərazi məhdudlaşdırıcı şarlar vasitəsi ilə çəpərə alınır. İşarələnmiş təhlükəsiz ərazidə suyun sahildən uzaqlaşma dərinliyi böyüklər üçün 1,75 metr, uşaqlar üçün isə 0,70 metrdir.

Bir gündə 7 adam batdı: Xəzəri “əjdahaya” çevirən şok səbəblər

E.Həsənov onu da bildirib ki, könüllü şəkildə xilasetmə işlərində iştirak etmək istəyən şəxsləri xilasetmə işlərinə cəlb edirlər: “Belə istəyi olan şəxslər, Xəzər sahilində yaşayan, dənizə bağlı şəxslər müraciət edəndə müəyyən yoxlamalardan keçirib, təmənnasız olaraq üzgüçülüyün sirlərini öyrədib xilasetmə işlərinin incəliklərini izah edib işə cəlb edirik”.

E.Həsənov deyib ki, mövsüm başlayandan bu günə qədər 74 nəfər suda boğulan şəxsi xilas ediblər.

E.MƏMMƏDƏLİYEV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tələbə dənizdə boğuldu

    Tələbə dənizdə boğuldu ...

    22-07-2014, 18:51

  • 
  • Bakıda bir nəfər dənizdə batıb  Böyüt

    Bakıda bir nəfər dənizdə batıb Böyüt ...

    16-06-2016, 23:54

  • 
  • Aydın Mirzəzadə erməni ilə 3 manata mərcə girib

    Aydın Mirzəzadə erməni ilə 3 manata mərcə girib ...

    19-08-2014, 15:37

  • 
  • Bir nəfər dənizdə batıb, iki nəfər isə xilas olunub

    Bir nəfər dənizdə batıb, iki nəfər isə xilas ...

    16-08-2015, 23:33

  • 
  • Bakıda iki nəfər dənizdə batıb - VIDEO

    Bakıda iki nəfər dənizdə batıb - VIDEO ...

    1-07-2015, 19:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu