GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » DSMF əlilin məvacibini mənimsəmək istəyir?

DSMF əlilin məvacibini mənimsəmək istəyir?

Tarix: 26-07-2016, 23:55 Bölmə :Ölkə Baxış: 702
DSMF əlilin məvacibini mənimsəmək istəyir?

Qəbələ sakini DSMF-ni məhkəməyə verdi

Qəbələ rayon sakini Əfqan Haşımov sovet dövründə işlədiyi vaxt stajının pensiyasına əlavə edilməməsindən şikayətçidir. O, bununla bağlı Şəki İnzibаti-İqtisаdi Məhkəməsinə müraciət edib. Qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondu Qəbələ rayon şöbəsinə qarşı Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinin pensiya təyin edən komissiyasının 1 fevral 2016-cı il tarixli 068 nömrəli qərarının ləğv edilməlidir.

Şikayətçi bildirib ki, 1992-2013-cü illərdə Rusiya Federsiyasına məxsus hərbi hissədə işlədiyi müddətin və əlavə olaraq 1984-1989-cu illərdə əyani ali təhsil aldığı illərin ümumi iş stajına daxil edilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondu Qəbələ rayon şöbəsinin üzərinə qoyulması istəyib.

İddiaçının bildirdiyinə görə, əlilliyə görə pensiya təyin edilməsi üçün DSMF-in Qəbələ rayon şöbəsinə müraciət edib: “Lakin şöbə əlilliyə görə pensiya təyin edilməsi üçün 12 il 4 ay sığorta stajının çatışmadığını əsas gətirərək mənə əlilliyə görə pensiya təyin edilməsindən imtina edib. DSMF-in Qəbələ rayon şöbəsi mənim 1992-ci ildən 2013-cü ilədək Rusiya Federasiyasına məxsus olan hərbi hissədə işlədiyi illərinin sosial sığorta stajına əlavə edilməsindən imtina edib. Səbəb olaraq həmin hərbi hissənin Dövlət Sosial Müdafiə Fonduna olan məcburi dövlət sosial sığorta borcunun ödəmədiyini bildirib”.

Bundan əlavə, iddiaçı cavabdeh DSMF-in Qəbələ rayon şöbəsinə müraciət edərək, 1984-cü il tarixdən 1989-cu il tarixədək Azərbaycan Politexnik İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsini xahiş edib: “Lakin fond bundan da imtina edib. Hesab edirəm ki, hər iki imtina əsassızdır”.

Şəki İnzibаti-İqtisаdi Məhkəməsi qərаrı ilə Əfqan Haşımovun iddiа tələbi təmin edilib. Qərara görə, Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinin pensiya təyin edən komissiyasının 1 fevral 2016-cı il tarixli 068 nömrəli qərarı ləğv edilib. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu Qəbələ rayon şöbəsinin üzərinə iddiaçının 1 yanvar 1992-ci il tarixdən Rusiya Federsiyasına məxsus hərbi hissədə iş dövrünün və 1984-1989-cu illərdə təhsil aldığı illərin ümumi iş stajına daxil edilməsi öhdəliyinin qoyulması qərara alınıb.

Həmin qərardan Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsi аpelyаsiyа şikаyəti verib. Həmin şikayət araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinin nümayəndəsi Orxan İskəndərli bildirib ki, birinci instаnsiyа məhkəməsinin qərаrı ləğv edilməli və iddia tələbi təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir.

Cavabdehin nümayəndəsi şikаyət belə əsаslаndırıb ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2; 2.2; 12; 13; 21.1 və 23-cü maddələrinə uyğun olaraq, Əfqan Haşımovun pensiya hüququ müəyyən olunarkən 1 yanvar 1992-ci il tarixədək keçmiş SSRİ ərazisində iş müddəti nəzərə alınmaqla 4 il 5 ay 23 gün sığorta stajı təsdiq olunub: “Lakin, 1 yanvar 1992-ci ildən sonrakı dövr üzrə əmək fəaliyyəti Rusiya Federasiyasına məxsus hüquqi subyektdə olub və həmin dövrdə Əfqan Haşımovun qazandığı əməkhaqqından Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödənilməyib. “Qanun”un 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq, idarə, təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin fəaliyyət müddəti sığorta stajına daxil edilir. Eyni zamanda, həmin qanunun 23.1-ci maddəsində vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrünün Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə sığorta stajına daxil edilməsi nəzərdə tutulub”.

Nümayəndə qeyd edib ki, Əfqan Həşimovun işlədiyi hərbi hissə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərsə də, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna hər-hansı məcburi dövlət sosial sığorta haqları ödəməyib və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya sahəsində əməkdaşlıq, bir dövlətin ərazisindəki iş dövrünün digər dövlətdə tanınması barədə hər-hansı müqavilə mövcud deyil: “Həmçinin “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda məcburi dövlət sosial sığorta haqları qismində əməkhaqqının 22%-i həcmində məbləğin işəgötürən müəssisə tərəfindən, 3%-i həcmində məbləğin isə, işçiyə verilən əməkhaqqından tutularaq ödənilməsi nəzərdə tutulub”.

Orxan İskəndərli bildirib ki, Dövlət Sosial Müdafiə Fonduna ödənilməli olan 22 % əməkhaqqı fonduna üstəlik işəgötürən müəssisə tərəfindən ödənilməməklə bərabər, Əfqan Haşımovun aldığı əməkhaqqından tutularaq ödənilməli olan 3% məcburi dövlət sosial sığorta haqları da ödənilməyib. Onun sözlərinə görə, qanunun 23.2-ci maddəsinə əsasən isə, 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir: “Qeyd olunanlardan əlavə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmayıb. Hesab edirik ki, Əfqan Haşımovun əlilliyi 22 yanvar 2016-cı il tarixdə müəyyən olunub, hüquq münasibətləri həmin tarixdə yaranıb ki, bu səbəbdən də 1984-1989-cu illərdə qüvvədə olmuş qanunvericilik yeni yaranmış hüquq münasibətlərinə şamil edilə bilməz. Vətəndaşın pensiya hüququnun müəyyən olunması üçün ümumi iş stajı hesablanarkən hazırda mövcud olan qanunvericiliyə istinad olunmalıdır. “Qanun”un 12-ci maddəsinə əsasən, Əfqan Haşımovun əlilliyin müəyyən olunduğu tarixdə 52 yaşı tamam olub. Onun əlilliyə görə əmək pensiyası təyin olunması üçün 12 il 4 ay iş stajının olması tələb olunur. Əfqan Haşımovun isə qanunvericiliyə uyğun olaraq 4 il 5 ay 23 gün sığorta stajı təsdiq olunub. Mülki Prosessual Məcəlləsinin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulub və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhvə yol versin, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının pozulması birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır”.

Apelyasiya instansiyasında işin dəlillərini araşdıran hakim kollegiyası sonda qərar elan edib. Qərara görə, Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsi tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməyib.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Pensiya artdı: kim nə qədər alacaq?

    Pensiya artdı: kim nə qədər alacaq? ...

    5-02-2014, 22:44

  • 
  • Sığorta-pensiya sistemi ilə bağlı qanunvericilik hazırlanır

    Sığorta-pensiya sistemi ilə bağlı qanunvericilik ...

    28-04-2014, 10:33

  • 
  • Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri bıçaqlandı

    Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri ...

    14-12-2012, 13:18

  • 
  • DSMF ilə şirkət arasında 69 min manatlıq borc iddiası

    DSMF ilə şirkət arasında 69 min manatlıq borc ...

    6-06-2016, 17:18

  • 
  • Pensiya sistemində gözlənilən islahatlarla bağlı Rəsmi məlumat

    Pensiya sistemində gözlənilən islahatlarla bağlı ...

    23-12-2013, 12:25


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu