GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycanda hərbi zavodda PARTLAYIŞ: xeyli yaralı var - YENİLƏNİB

Azərbaycanda hərbi zavodda PARTLAYIŞ: xeyli yaralı var - YENİLƏNİB

Tarix: 26-07-2016, 22:30 Bölmə :Ölkə Baxış: 798
Azərbaycanda hərbi zavodda PARTLAYIŞ: xeyli yaralı var - YENİLƏNİB

18:36

Müdafiə Sənayesi Nazirliyi Şirvanda zavodda baş verən partlayışla bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, iyulun 26-da saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan "Araz" zavodunda hadisə baş verib.

Hadisə nəticəsində ölən yoxdur, 11 nəfər yüngül formada xəsarət alan var. Xəsarət alanlara tibbi yardım göstərilir və hazırda həkim nəzarətindədirlər.

Fasilələrlə yaranan partlayış səslərinin səbəbi utilizasiya olunması üçün Müdafiə Nazirliyi tərəfindən sifariş olunan 1500 ton məmulatdan qalan 146 tonda yaranan qığılcımlardır.

Müdafiə sənayesi naziri Yavər Camalov hadisə baş verdiyi andan etibarən Şirvan şəhərinə yola düşüb. Hazırda hadisə yerindədir.

Hadisənin baş vermə səbəbləri ilə bağlı məlumatlar araşdırmalardan sonra veriləcək.



18:12

Şirvanda partlayış mərmi saxlanc anbarında baş verib.

gundemxeber.az APA-ya istinadən xəbər verir ki, hazırda ərazidə ara-sıra partlayış səsləri eşidilir. Lakin intensiv partlayışlar artıq yoxdur. Partlayış baş verən ərazidə tüstülənmə var. Hadisə zamanı partlayan mərmilər yaxınlıqdakı ərazilərə səpələnib.

Əraziyə çoxlu sayda təcili tibbi yardım maşını cəlb olunub. Yaralılar Şirvan Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilir. Hadisə nəticəsində ölənlərin olması ilə bağlı məlumatı hələlik heç bir rəsmi mənbə təsdiqləmir.

Xəstəxanadan verilən son məlumatda 20 nəfərin bura yerləşdirildiyi bildirilir.

Müdafiə sənayesi naziri Yavər Camalov, fövqəladə hallar nazirinin müavinləri Faiq Tağızadə, Etibar Mirzəyev, baş prokurorun birinci müavini Rüstəm Usubov hadisə yerindədir. Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun hazırda məzuniyyətdə olduğu bildirilir.

Hadisə baş verən ərazi yaşayış evlərindən aralıda yerləşir. Buna görə yaşayış evlərində heç bir evakuasiya həyata keçirilməyib. Lakin əraziyə toplaşmış mülki şəxslər təhlükəsizliklə bağlı ərazidən uzaqlaşdırılıblar.



18:06

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz" zavodunda baş vermiş partlayışda ölənlərin olduğu ehtimal edilir.

gundemxeber.az Trend-ə istinadən bildirir ki, Səhiyyə Nazirliyindənverilən məlumata görə, hadisə nəticəsində 20 nəfər xəsarət alıb.



16:30

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Milli.Az-a bildirib ki, Şirvanda Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki "Araz" zavodunda baş verən partlayışla bağlı hadisə nəticəsində ölən və yaralananlarla bağlı hələlik dəqiq məlumat yoxdur.

Lakin şəhərdəki bütün təcili tibbi yardım xidməti və xəstəxanalar səfərbər olunub. Bundan əlavə, Bakıdan da əlavə qüvvələr göndərilib: "Hadisədən dərhal sonra Bakıdan Şirvan şəhərinə reanimatoloq, travmatoloq və s. olmaqla 2 həkim briqadası yollanıb. Daha sonra 3 həkim briqadası da hadisə yerinə ezam edilib"



16:17

Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodunda baş verən dəhşətli partlayış nəticəsində yaralananlar xəstəxanalara daşınır.

Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cavadov bildirib. Onun sözlərinə görə, xeyli sayda yaralı var. Hələlik yaralıların sayı dəqiqləşdirilməyib.

Report isə xəbər verir ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına 6 yaralı gətirilib.

Trend bildirir ki, yarlılardan biri Reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə baş verən əraziyə yaxın evlərdə yaşayanlar təxliyə olunurlar.



16:06

Bir neçə dəqiqə öncə Şirvanda "Araz" zavodunda baş vermiş partlayış barədə bəzi məlumatlar əldə etmişik.

Milli.Az bildirir ki, şahidlərin verdiyi məlumata görə, adıçəkilən zavod tərəfdə bir neçə dəfə ardıcıl güclü partlayış səsləri eşidilib və bu, bütün şəhərdə hiss olunub, binalar silkələnib. Jurnalsit Elvin Şirinli məlumat verir ki, partlayış nəticəsində yaranan alov isə 10 km məsafədən görünür. Hadisə yerinə təcili tibbi yardım briqadası və FHN əməkdaşları cəlb olunub.

Hal-hazırda alov güclü olduğuna görə ona yaxınlaşmaq mümkün deyil.

15:47

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz" zavodunda güclü partlayış olub.

gundemxeber.az report-a istinadən bildirir ki, hadisə nəticəsində ölən və yaralananlar var.
Hadisənin təfərrüatları barədə əlavə məlumat veriləcək.

Hadisənin baş verməsini nazirlikdən Milli.Az-a təsdiqləyiblər. MSN-nin ümumi şöbəsinin müdiri Bəxtiyar Əsədov bildirib ki, hələlik faktla bağlı dəqiq məlumat yoxdur, araşdırma aparılır.

Yerli sakinlər qafqazinfo-ya bildiriblər ki, partlayış silah zavodunda baş verib. Partlayışın səsi bütün şəhərə yayılıb.

Qeyd edək ki, sözügedən zavod Müdafiə Sənayesi Nazirliyinin "Üfüq" İstehsalat Birliyininin nəzdindədir.

Artıq zavoda yaxın ərazidə yaşayan sakinlər təxliyə olunur.

Xatırladaq ki, ötən ildə də həmin zavodda partlayış olmuşdu.

İlkin İzzət, Ceyhun Ələkbərov

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Etiraz aksiyasında partlayış: 61 ölü, 170 yaralı - YENİLƏNİB

    Etiraz aksiyasında partlayış: 61 ölü, 170 yaralı ...

    23-07-2016, 17:16

  • 
  • Azərbaycanda zavodda partlayış: ölən və yaralananlar var

    Azərbaycanda zavodda partlayış: ölən və ...

    4-01-2016, 18:07

  • 
  • Azərbaycanda hərbi zavod partladı - Ölən var, 19 yaralı (Yenilənib)

    Azərbaycanda hərbi zavod partladı - Ölən var, 19 ...

    6-07-2015, 09:57

  • 
  • Bakıda partlayış: bir neçə nəfər xəsarət aldı

    Bakıda partlayış: bir neçə nəfər xəsarət aldı ...

    23-12-2013, 17:37

  • 
  • Bakıda zavodda partlayış: ölən var

    Bakıda zavodda partlayış: ölən var ...

    20-11-2014, 20:17


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu