Fövqəladə Hallar Nazirliyi səhər saatlarında Lənkəranda baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb. Milli.Az xəbər verir ki, məlumatda qeyd edilir ki, Lənkəran şəhərində mərkəzi bazarın ərazisində ümumi sahəsi 250 m2 olan, bir-birinə bitişik tikilmiş çayxananın yanar konstruksiyaları 55 m2sahədə və telefon satışı mağazasının yanar konstruksiyaları 16 m2 sahədə yanıb.
Digər ticarət obyektləri yanğından mühafizə olunub. Yanğın saat 08:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
10:02
Lənkəran şəhərində səhər saat 07:25-də bazarda baş verən yanğın söndürülüb. Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.
Qurum sözçüsü bildirib ki, hadisə bazarın yaxınlığındakı çayxanalardan birində baş verib. Maye qaz balonunun partlaması nəticəsində çayxana və yaxınlıqdakı mağaza yanıb. FHN qüvvələrinin köməyi ilə yanğın saat 08:21-də söndürülüb.
09:39
Lənkəran şəhərində yanğın baş verib.
Report-un məlumatına görə, yanğın şəhərin Böyük Bazar ərazisində, İsi Səmədzadə küçəsində yerləşən kəndlərarası avtobusların dispetçer məntəqəsinin inzibati binasında qeydə alınıb.
Ümumi sahəsi 250 kvadratmetr olan binanın 71 kvadratmetri tamamilə yanıb, binanın dam örtüyünə ciddi ziyan dəyib. Bununla yanaşı, binaya bitişik bir telefon aksesuarları dükanı və 55 kvadratmetr sahəsi olan çayxana yanıb.
Hadisənin başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən araşdırılır. İlkin ehtimala görə, hadisəyə səbəb maye qaz balonunda olan sızmadır.
Yanğın səhər 07:25-də başlayıb. Lənkərandan üç, Liman şəhər bölməsindən əlavə olaraq bir yanğınsöndürən maşın yanğının söndürülməsinə cəlb olunub.
Binaya bitişik daha üç dükan yanğından mühafizə olunub.
09:32
Bu dəqiqələrdə Lənkəran Böyük Bazarında güclü yanğın başlayıb.
gundemxeber.az qafqazinfo-ya istinadən bildirir ki, yanğına səbəb Böyük Bazarda avtobus danayacağının yanındakı kafedə qaz balonunun partlamasıdır. Hazırda yanğın ətrafdakı dükanları da əhatə edib.
Xəsarət alanların olduğu bildirilsə də, hələ ki, onların səhhəti ilə bağlı dəqiq məlumat verilməyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?