2014-cü ildən tikintisinə başlanmış “Vardenis (Göyçə)-Kəlbəcər-Mardakert(Ağdərə) yolunda işlər davam etdirilir. Yolun tikintisi “Hayastan” Ümumerməni fondu tərəfindən maliyyələşdirilir.
Hazırda sözügedən yol tikintisinin üçüncü mərhələsi başlanıb. Fəal işlər gedir. Qondarma “DQR”-in “şəhərsalma nazirliyi”ndən verilən məlumata görə, artıq 120,5 kmlik yolun 60 km-i asfaltlanıb.
Yaşayış məntəqələrindən keçən hissələrdə səkilər quraşdırılır. İrili-xırdalı 17 körpü təmir edilib.
Xankəndi-Laçın-Gorus yolundan əlavə, Qarabağla Ermənistanı birləşdirəcək ikinci magistralın tikintisinin bu il tamamlanacağı planlaşdırılır. Bu günlərdə separatçı rejimin başçısı Bako Saakyan Ağdərəyə gələrək yoldakı işlərin gedişi ilə tanış olub.
Xatırladaq ki, aprel-may aylarında Vardenis-Kəlbəcər yolunun Ermənistandakı hissəsinin 5,5 km-nin təmiri üçün Dünya Bankının vəsait ayırması haqda informasiyalar yayılmışdı.
Sorğu
Yeni dizaynımız necədir?