Azərbaycanlı gənc bloqqer Mehman Hüseynovun çəkdiyi növbəti görüntülər səs-küyə səbəb olub. Bizimyol.info xəbər verir ki, M.Hüseynov bu dəfə Şabran rayonunda olub. Bloqqer rayonun mərkəzində yararsız halda olan məscidin görüntülərini çəkmək istəyib.
M.Hüseynov qeyd edib ki, məscid Şabran rayonundan seçilmiş Milli Məclisin deputatı Tahir Süleymanovun villasının düz yanındadır. O, hazırladığı videoda villanı və yararsız halda olan məscidin görüntülərini çəkməyə cəhd edib. Lakin çəkiliş zamanı naməlum şəxs ona yaxınlaşaraq bloqqeri villaya dəvət edib. Daha sonra isə həmin əraziyə polis əməkdaşları gəlib və bloqqer polis tərəfindən saxlanılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?