54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputat Tahir Süleymanov haqqında sosial şəbəkələrdə maraqlı iddia ortaya atılıb.
Azxeber.com xəbər verir ki, “facebook”da blogger Mehman Hüseynov Tahir Süleymanovun Şabran rayonunda qiyməti milyondan artıq olan dəbdəbəli villası olduğunu yazıb.
“Sancaq” səhifəsində yayımlanan videoda o da qeyd olunur ki, Tahir Süleymanov səhərlər azan səsindən narahat olduğu üçün polis əməkdaşları ilə birlikdə sözügedən məscidin axundunun yanına gedib və bu səsin onu narahat etdiyini dilə gətirib.
İddialarla bağlı Azxeber.com millət vəkili ilə əlaqə yaratmağa çalışsa da telefonlara cavab verən tapılmayıb.
Qeyd edək ki, villanın deputata aid olması ilə bağlı bundan öncə də bir çox saytlarda məlumatlar dərc edilmişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?