GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » 'Binamızın sökülməsinə imkan verməyəcəyik'- Etiraz

'Binamızın sökülməsinə imkan verməyəcəyik'- Etiraz

Tarix: 12-08-2016, 00:57 Bölmə :Ölkə Baxış: 755
'Binamızın sökülməsinə imkan verməyəcəyik'- Etiraz

Alimlərin binasının sakinləri Nazirlər Kabinetinin qarşısına toplaşdı
Onlar Şərifzadə 33-də söküntü aparılmasına etiraz etdilər
“İşığı, suyu, qazı günaşırı kəsirlər. Kəssinlər. İşığı kəsəcəklər, şam yandıracağıq, suyu kəsəcəklər, canımız çıxacaq, vedrəylə su daşıyacağıq. Ancaq binamızın sökülməsinə imkan verməyəcəyik”.
Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi Əzizağa Ələkbərov bildirir ki, artıq bir neçə gündür Yasamal rayon İcra Hakimiyyətinin işçiləri Şərifzadə küçəsindəki 33 saylı binaya gələrək sakinləri zorla evlərindən çıxarmağa çalışırlar.
“Bizim bina 1965-ci ildə tikilib. Sakinlərin çoxu Milli Elmlər Akademiyasının işçiləri və jurnalistlərdir. 2000-ci ildən bu tərəfə mənzillər özəlləşdirilib və əlimizdə Çıxarışlarımız var. Söküntünün adını belə qoyurlar ki, guya qəzalıdır, yerində yenisini tikəcəklər. Bunlar düz adam olsaydılar, bu işə başdan fırıldaqla başlamazdılar”.

Sakin deyir, fırıldaq bundan ibarətdir ki, əvvəl bina qəzalı binaların siyahısında olmayıb. 5 mərtəbəli bina daşdan tikilib və möhkəmdir. Bu yaxınlarda icra hakimiyyətinin işçiləri binaya gələrək sakinlərdən binanın qəzalı olması barədə ərizə yazmaqlarını xahiş ediblər. Sakinlərsə qəti etiraz bildiriblər.
Əzizağa Ələkbərov:
“İcra hakimiyyətinin işçiləri işi belə görəndə binada evi olan, ancaq kənarda yaşayan adamları tapdılar. Onları aldatdılar, qol çəkdirdilər. Onlar üçünsə fərqi yox idi, çünki onsuz da buradakı evlərinə gəlib-getmirlər, kirayə veriblər. Təzə evin 3, 5, 10 ilə hazır olacağı onları narahat etmir. Bax, o adamların ərizələri əsasında evi qəzalı binaların siyahısına saldılar. Məqsəd də odur ki, bizim binanın həyətyanı sahəsi çox yekədir, söküb yerində bina tikib yeri də əlimizdən alacaqlar”.
Sakin deyir, yaxınlıqda 15 ilə yaxındır ki, 16 mərtəbəli binanın tikilişi yarımçıq qalıb. Onların binasının nə vaxt tikilib təhvil veriləcəyi də sual altındadır.
Sakinlər deyir, binanın qazı, işığı, suyu tez-tez kəsilir, səs-küy qaldırınca sonra bərpa olunur. Avqustun 10-da binanın qazını növbəti dəfə kəsiblər. Cana doyduqlarını deyən sakinlər avqustun 11-də səhər saat 9-da Prezident Administrasiyasının qarşısına toplaşıblar. Oradan onları Nazirlər Kabinetinə göndəriblər. Saatlarla gözləməklərinə baxmayaraq, hələlik, onları heç kəs qəbul edib dinləməyib.
İKİOTAQLIYA 300 MANAT KİRƏPULU
Yasamal rayon icra hakimiyyəti isə sakinlərin narahatlığına səbəb görmür. Qurumdan “Qaynar xətt”ə bildirilib ki, Yasamal rayonu ərazisində 22 binanın söküntüsünə qərar verilib. Onlardan biri də Şərifzadə küçəsindəki 33 saylı binadır. 5 mərtəbəli binanın yerində 1 il 6 ay ərzində 16 mərtəbəli bina tikiləcək və sakinlər hazırkı mənzillərinin sahəsindən daha geniş mənzillərə köçürüləcəklər. Artıq binanın bəzi sakinləri mənzillərini tərk edib. İcra hakimiyyəti köçən ailələrə kirayəpulu da ayrılıb.
Sakinlərsə icra hakimiyyətinin ayırdığı kirayəpulunun yetərli olmadığını bildirirlər. Belə ki, birotaqlı evə görə 200, ikiotaqlı evə görə 300 manat ayrılır. Onların deməsinə görə, yaşadıqları əraziyə yaxın yerlərdə bu məbləğə uyğun mənzil yoxdur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Alimlərin evi başlarına uçurulur

    Alimlərin evi başlarına uçurulur ...

    4-08-2016, 23:44

  • 
  • Bakıda 7-mərtəbəli eyni görkəmli bina inşa olunacaq

    Bakıda 7-mərtəbəli eyni görkəmli bina inşa ...

    27-11-2013, 05:46

  • 
  • Yanan bina sakinləri imtina etdilər

    Yanan bina sakinləri imtina etdilər ...

    20-05-2015, 17:38

  • 
  • AMEA-NIN BAŞ ELMİ İŞÇİSİ İNTİHAR ETDİ

    AMEA-NIN BAŞ ELMİ İŞÇİSİ İNTİHAR ETDİ ...

    4-06-2013, 17:38

  • 
  • Bakı sakinləri “Azərsu”nun qarşısında aksiya keçirəcək

    Bakı sakinləri “Azərsu”nun qarşısında aksiya ...

    15-12-2013, 12:02


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu