Bu günlərdə insult keçirən vətəndaş (İ.Q) Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Xəstə bir neçə gün koma vəziyətində olub.
Xəstənin yaxınları Sumqayıt xəstəxanasında xəstəyə baxılmadığını və reanimasiyada olan xəstənin boğularaq halının pisləşdiyini görərək burda müalicəinin yaxşı getmədiyini diqqətə alaraq, dərhal Bakıya Mərkəzi Klinik Xəstəxanaya köçürübllər. MKX-da reanimasiya şöbəsinə köçürülən xəstə komadan ayıldığı zaman, həyat yoldaşı (Q.Q) xəstənin yanına buraxılıb.
Xanımı həyat yoldaşının ağzında qızıl dişlərinin olmadığını gördükdə, məlum olub ki, xəstənin qızıldan olan dişləri Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında 3 gün olduğu müddətdə reanimasiya şöbəsində olan zaman oğurlanıb. Xəstənin qohumları bu hadisədən çox hiddətlənərək lazımi orqanlara müraciət edəcəklərini qeyd etdilər.
Qeyd edək ki, bu iddia xəstənin yaxınları tərəfindən səsləndirilib. (vətəninfo.az)
Sorğu
Yeni dizaynımız necədir?