Məhbub Zülfüqarlı: “Hacı Tofiq sən 1990-cı ildə tədarük müdiri olarkən, Əsabil Qasımov Ukraynadan gələn 4 vaqon pesok–qəndi mənimsəmişdi”
“İt əl çəkir, motal əl çəkmir”- zərb məsəlini hacıların və ictimaiyyətin ixtiyarına buraxıb, şikayətimi hələlik nüfuzlu şəxslərin xahişindən sonra geri götrürəm. Yenə hədələr, dalbadal Cəlal Əzimovun zəngləri, mesajları! İmişli DSMF-nun müdiri İntiqam Əliyev ürəyində elə düşünür ki, Məhbub bəyə psixoloji, mənəvi sarsıntı, hansısa formada terror da edə bilər. Cəlal Əzimov 1999-cu ildə İmişli rayon polisində olan qiyamda təşkilatçılığına görə, şəxsən nazir Ramil Usubov tərəfindən daşıdığı vəzifəsindən qovulub. Bu gün o, kimlərəsə qara yaxmaqla çörək qazana bilir. Cənab Ramil Usubova təşəkkür etməliyik ki, gör bu adam polisdə qalsaydı, o halda nə qədər evlər yıxmağı bacarardı. 2015-ci ildə Mətanət Əliyeva adlı sadəlöhv qadına 14(on dörd) min pul atdığına görə, dələduzluq madddəsi ilə həbs olunub. Mətanətin vəkili Kommunist Partiyasının İmişli rayon şöbəsinin sədri, həyat yoldaşı “Urustam” isə, onun müavini (Məhi əmi Rüstəmə belə deyir) idi. Cəlal hər yerdə Rüstəmi də, prokuroru da, hakimi də hədələyirdi. İntiqam Əliyev gör kimin ümidinə qalmısan. Əşədü-ənna, ayıb, sənə ayıb. DSMF-nun müdiri olduğuna görə də sənə ayıb. Kimə söz vermsən ki; -“səni 10 avqust 2016-cı il tarixdə işə götürəcəyəm”. Qızışdırıb bu dələduzu ortaya atmaqla biabır olursan. Cəlal Əzimov mənim qohumumdur, azacıq da olsa belə, onun ürəyində imanı olsaydı, sənin fitvanı yerinə yetirməzdi. Bu imanla, islamiyyət yolçusu “pərdəsi ilə maskalanaraq”-hacı olmusan? Şeytana daş atmısanmı?? Yazıq şeytan o, Allahın mələyi olub. 05 avqust 2016-cı il tarixdə “Kür Vətəndaş Cəmiyyəti”nin üzvü, Füzuli rayonundan olan məcburi köçkün, mərhum polis rəisi Rəhman adlı şəxsin qızı Kəmalə Həsənova ilə görüşdük. Onun oğlu Qədir xəstə idi, artıq o, böyüyüb. Qızı Aynur da, bir ordu zabitimizin həyat yoldaşıdır. Kəmalə Rəhman qızı ilə söhbət zamanı o, bildirdi ki, “Vilyam Hacıyev mənim kimi bir necə başsız qadına yeni iş yeri verdirdi, ev tikdirdi. Bu İntiqam Əliyevlərin (DSMF-rəisi ), Mirqoca Mirişovların (platina rəisi), Hasil Tağıyevlərin üstünə dolanışıq üçün, xəstə Qədirin müalicəsinə kömək üçün gedəndə, ölüb dirilirdim. Vilyam müəllim gələndən sonra Aynuru ərə verdim, hal-hazırda nəvə gözləyirəm. Vaxtilə əclaflardan məni sən qorudun, sənə əzab verdirdilər. Əbülfəz Ağayev (sabiq icra başçısı) başına oyun açdırdı, cəzalarını Allah-Təala verir. “Bəy, Vilyam Hacıyevdən yazma”-dedi. Kamələnin kürəkənini və qızı Aynuru, gec də olsa təbrik edirik. 78 saylı DSK-nın sədri Sabit müəllimi Məzahir Pənahov azad edib, onun yerinə Ramil Nəsirovu təyin etdi. Kamalə xanımı sabiq icra başçısı bir neçə işverənin vasitəsilə təqib etdirirdi, şantaj edirdi. Yazıq xanım sayılıb-seçilən bir kişinin qızı olsa da, köçkünlüyün hər cür üzünü dadsa da, ağır zərbəsini görsə də, bu xanım harada ev kirayələyirdisə, o halda ev yiyəsinin öyrədirdilər. Çünki, “Kür Vətəndaş Cəmiyyəti” bu mafioz bandanın əməllərini açıqlamış, onların korrupsyasını sarsıtmışdı. Hansısa oğru “filankəs müəllim”-deyə çağrıldığına görə, müəllim adı gələndə səksəkə içində yaşayırdım. Kəmalə Rəhman qızı hardan bilsin ki, məni indi də MTN-nin geniralı M.Şixəliyevin köməkçisi Bayram Şükürovun atası, tikinti kralı adını qazanan Əvəz Şükürov, eləcə də DSMF-nun rəhbəri İntiqam Əliyev təqib etdirəcək. Ölümlə hədələyəcək, həbslə qorxudacaqlar. İntiqam Əliyev Əvəz Şükürovdan insaflı imiş. Onunla deyəsən barışıq mövqeyində olacağam. Amma, Əvəz Şükürov barəsində ətraflı məlumat veriləcək. 79 saylı DSK-nın sədri olan Sabit müəllimi, Əsabil Qasımov heç cür qoruya bilmədi. Ona mandat lazım idi. İki dəfə o, Sabitdən mandat aldı. Sənə lap əcəb eylədi, axı beş qəpik sənə hörmət etməyən bir saxtakara, müəllim adını kölgə salanlara niyə imkan verdin ki, Əvəz Şüükürov, Aslan Manafov, Rafiq Əliyev və s. kimi tikinti krallarının pullarını alıb, bir neçə gün şellənib, Əsabili deputat etdirdilər. İnsafən keçmiş iş yoldaşım olan Tofiq İsayev, kişilik nümunəsi göstərdi və bu Əsabil Qasımovun seçkisində ona səs vermədi. Bax barışdım Tofiq bəy! Hacısan ki, hacısan!, Əl uzat da bə, gördün bu tikinti kralcığazları Əsabilin seçkisində necə cənfəşanlıq edirdilər. Az qalırdı ki, seçicilərin qarşısında dombalaq da aşsınlar. Kimiyə baş, kimiyə on, kimiyə də qrımuna görə 50 manatlıq verirdilər ki, Əsabilə səs verin. Hacı Tofiq sən 1990-cı ildə tədarük müdiri olarkən Əsabil Qasımov Ukrainadan gələn 4 vaqon pesok–qəndi mənimsəmişdi. Bolşeviklər İmişliyə gələndə kəndimizin axundu və şagirdi güllə yağışı altında qamışdı. Şagird axunda deyir ki, “axund əmi, kişilikdən, igidlikdən həmişə dərs deyirdin. İndi qaçırıq”. Axund şagirddən yaxa qurtarmaq üçün teztələsik deyir ki, ”qaçırıq ee, qaçırıq ee, qaçmaqda da igidlik də, ay bivec”. Cənab T.İsayev, bu faktı səndən öyrənmək üçün 2-3 saata barışaq və faktları dəqiqləşdirək. Problemləri ictimailəşdirmək təklifimə sən o, getdiyin Məkkə yox demə. Bu gün yerindən duran hər kəs Məkkəyə alverə, gəzməyə gedir, turist səfərinə çıxır. Vaxtilə şeytana Hacı Ağamır Əmirov, Hacı Hüseyn Qasımov, Hacı Tofiq İsayev, Hacı Xəlil Xəlilov, Hacı Fariz Əliyev daş atanda, şeytan başını irəli vermişdi. Sizlərin ziyarətiniz əsl ziyarətdir, yetim-yesirə az kömək etməmisiniz. Hacı Tofiq əsl hacının kin-küdrəti, qisas hissi olmaz! Türk mahnısında deyildiyi kimi “Əski yarə, əski yarə, silinməz əski yarə!” Davud bəyin, mənim tənqidimdən qəzəblisiniz. Siz evinizdə Əhli-beytə, xüsusilə də İmam Hüseyn(ə)–ə hər il təziyyə verirsiz, bizlər isə qanımız, imanımızla İmam Hüseynin(ə) yolçularıyıq. Siz malınızla, biz əməlimzlə, deməli, eyni yolun davamçılarıyıq. İmişliyə gələndə sizi görüşə, çay süfrəsinə dəvət edirəm. Kamalə xanım qoy bilsin ki, kimlərinsə sifarişi ilə həbs olunmağıma Vilyam Hacıyevin imkan verməməsini heç cür unuda bilmərəm. Həbs, təqib isə bizləri qorxuda bilməz. Aprel 2016-cı ildən Saatlı başçısı Siraqəddin Cabbarovu İmişlidə görmək istəyənlərin arzusunu” Gündəm-Xəbər” qəzeti 05-11 avqust 2016-cı il tarixli sayında altüst etdi. Hesablama Palatası Saatlıya dəvət olundu. Prezidentin ayırdığı vəsaitlər hansı yollarla mənimsənlib?-şok faktlar “Gündəm-Xəbərdə” Şairə-jurnalist Məryəm Şahverdiyev şok faktlar açıqladı. “Parlament seçkisində mən də namizədliyimi vermişdim. Tikinti kralı Əvəz Şükürov mənə zəng etmişdi ki, Məryəm xanım, siz (müraciətə baxın –siz) bizim fəxrimizsiniz, seyyid Nəsiyyət Ağa timsallı ağ örpəkli bir elin xanımısınız. Şükür Aslanov da (Avtoyol rəisi) yanımdadır. Siz namizədliyinizi geri götürün, biz sizi Türkiyəyə müalicəyə göndərək” –dedi. Seçkidən sonra ona dəfələrlə zəng etdim, məcburən açdı və əsəbi şəkildə, “Məryəm nə istəyirsən məndən? Get səni müalicəyə Saleh Səmədov, Vilyam Hacıyev göndərsinlər, bizim elə pulumuz yoxdur” –dedi. Həmin andan da telefonumu qara siyahıya saldı. Artıq xeyirlə şər beynimdə mübarizə aparır, mən YAP-ın rayon təşkilatının sədri Səfa Ağayevi, başçı Vilyam Hacıyevi qoyub, lazım olmayanları təbliğ etmişəm. Toyda mənimlə “Kəndimiz” mahnısına qol-boyun oynayan Əvəz Şükürov və Aslan Manafov mənim öldüyümü sanırlar”. 09 avqust 2016-cı il tarixdə Əvəz Şükürovun İmişlidəki mal-mülkünü, ağası Ceyhun Quliyev 050-529-00-09 mobil telefonu ilə saat 12:48-dən saat 14:28-ə qədər zəng edib ağlasığmaz ifadələrlə təhqir etməyə başladı. Onun ifadələrini yalnız düşüncə tərzi zəif olanlar ifadə edə bilərlər. O, bildirdi ki, sən Məhbub hər yerdə prezidentin ünvanına təhqiramiz ifadələr işlədirsən. Sənin üzünə 4 nəfər fahişə qoyacağam. Səni Əvəz müəllim həbs etdirəcək. Türmədə isə başına minbir oyun açdırcağıq. Həmin gün saat 16:00-da İmişli RPŞ-ə rəsmi şikayət verdim. Ceyhun bildirmişdi ki, Əvəz müəllim İmişlidə hüquq- mühavizə orqanlarının rəhbərləri ilə dostdur. Şikayət etsən də, səni həbs edəcəklər. 2015-ci ilin avqustunda İmişli məhkəməsində şikayətimə baxılırdı. Hakim Ülvü Qəmbərov mənə hücum edən adamı müdafiə edirdi. Sifariş yerinə yetirən hakim məni hədələdi ki, “sənə bir ay müddətinə həbs verə bilərəm, amma 50 manat cərimə ilə də kifayətlənə bilərik” dedi. Əleyhimə sifarişli protokol tərtib etdirən polis rəisi V.Müslümov da, müavini də İmişlidən uzaqlaşdırıldı. Bu işi quran mayor rütbəli polis əməkdaşı olan Əliş də, hal-hazırda “qrajdanskidir”. Mən indi Ülvü Qənbərovun üstünə gedirəm. Cənab Ülvi Qəmbərov! İmişli DSMF-nun müdiri İ.Əliyevin, Ədliyyə Naziri F.Məmmədova sizdən şikayət edəcəyi barədə məlumatlar çatdırılıb. Hər iki tərəf İ.Əliyevin sizi jantaj etdiyini deyir. Yazıb ki, Ü.Qəmbərov dövlət büdcəsini dağıdır, pensiyaçıların məhkəmədə saxta iddiasını təyin edilməsi barədə qərar çıxarır. İ.Əliyevə yaxın mənbə isə deyir ki, “İ.Əliyevin arxasında başçı dayanır. Qətiyyən inanmıram ki, V.Hacıyev əməlində bu qədər “adətlər” olan, gülüşü də səmimi olmayan kimisə müdafiə etsin, karyerasına ləkə gətirsin”. Siz mənə sifarişli hökm oxusanız da, sizi və ədaləti müdafiə etməyə borcluyam. Ona görə də, mən Məhbub bəy olaraq gəlirəm. Rayonu bu adam öz “qabiliyyətinə” uyğun qarışdıra bilir, rəsmiləri üzbəüz qoymağı bacarır. Axı, o, şeytana daş atmağı bacara bilməyib. “Gündəm Xəbər” qəzetinin 15-21 iyul 2016-cı il tarixli sayında “Salam dar ağacları” başlıqlı açıqlamamı heç də elə-belə yazmamışdım. Yazmışdım ki, intiqamlar, tikinti kralları və harın məmurlar pislikdən əl çəkinsinlər, yaxşılığa doğru addımlarını atsınlar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?