Sahibkar deputat seçicilərin şikayətindən yan qaşır, əvəzində müxalifəti suçlayır Xəbər verildiyi kimi 27 may 2013-cü il saat 11 : 00-da Şirvan İnzibati İqtisadi Məhkəməsində hakim R.Eyvazovun sədrliyi ilə 21 nəfər İmişli sakinin iddialarına baxılıb. Zərərçəkmişlərin nümayəndəsi, “Kür”Vətəndaş Cəmiyyətinin kordinatoru O.Güləliyev, FHN-nin nümayəndəsi V.Hacıyevin iştirak etdiyi prosesdə İmişli Rayon İcra Hakimiyyətinin nümayəndəsi iştirak etməyib. Proses zamanı İmişli rayon Ağaməmmədli kənd sakini, YAP üzvü , ağsaqqal Nurəhməd Kazımov deyib kii, 3 ildən artıqdır ki, FHN, İmişli icra hakimiyyəti, eləcə də 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi ilə Şirvan Məhkəməsi arasında girinc qalmışıq. Bakı məhkəməsinin hakimi E.Məmmədovun tələbi ilə İmişli rayon məhkəməsinin sədri S.Ağayev RİH Torpaq şöbəsi və Reystir xidmətinin nümayəndələrinin iştirakı ilə 23.08.2012-ci il 5 nəfərin evinə baxış keçirilib və bildirilib ki, ev yaşayış üçün yararsızdır. Hakim R.Eyvazov İmişli RİH-nin iddiaçının evinin yararlı olması haqda məktubu oxuyarkən N.Kazımov hiddətləndi: “Keçmiş başçı Ə.Ağayev , hazırki, başçı V.Hacıyev eləcədə deputat Ç.Qənizadə mənim yanımda birinci müavin S.Ağayevə mənim evimin tikilməyini xahiş ediblər. Dəfələrlə FHN-nin müavini Orucəli Hacıyevin qəbulunda olmuşam. Mən özümü təhqir olunumuş hesab edirəm. Mənimlə bərabər evinə baxış keçirilən seyid övladı M.Babaşov 2 aydır dünyasını dəyişib. Çıxış edən əlil Şükufə Uğurluyeva , şəhid qardaşı YAP fəalı Bəxtiyar Qəhrəmanov, əslən ermənistanlı Mələk Kazımova və başqaları , hakimdən onlara kömək etməsini xahiş etdilər. İddiaçılar həmçinin deputat Əsabil Qasımovu qınayıblar: “O, buna görəmi seçilmişdimi ? Seçiləndən sonra birdəfə də olsun İmişlidə görünməyib. 3 aydır ki, İmişlidə 5 saylı orta məkətəbin təmirinə vəsait xərcləyir. Əlbbətdə yuxarılara xoş gedmək üçün. Onun bu qədər vəsaiti haradandır”. Məhkəmə iclasından iki gün sonra Ə.Qasımovun təmir etdirdiyi məktəbə yollandım. Köməkçisinə iddiaçıların etirazını çatdırmaq istədim. Deputatın özü də orada idi. Ə.Qasımov məni görən kimi yarı ciddi , yarı gülümsər mənə sarı gəldi. Elə bildim ki, keçmiş iş yoldaşı kimi məni xoş qarşılayacaq. O, mənim pencəyimin cibində olan “Azadlıq” qəzetini hikə ilə cibimdən çıxardıb yerə tolazladı. Niyə bu xalq düşmənlərinin qəzetini oxuyursan , hökümətdən nə istəyirsiniz. Sakitcə ona cavab verdim : qəzetdə prezident İlham Əliyevin, K.Heydərovun , O.Əsədovun şəkilləri var. Bir qədər sonra deputatla yenidən o yenə də müxalifətin əleyhinə danışmağa başladı: “O müxalifətçilər xalq düşmənləridir, sənidə zəlil ediblər özlərinidə, onlardan aralan dedi”. Eşit, cənab deputat, səhvin var , bəs xalan oğlu ƏƏSMM İmişli şöbəsinin rəisi YAP İmişli rayon təşkilatının heyət üzvü N.Xəlilovu kim həbs etdirib, zəlil edib ? Hacı Məmmədov kimə söykənib banda yaratmışdı? YAP üzvü N.Abıyev yoxsulluqdan və xəstəlikdən maliyyə idarəsinin rəisi R.Rəhimovun otağında dünyasını dəyişmədimi ? YAP üzvü A.Nuriyev borc içində 04.05.2013-cü il 52 yaşında dünyasını dəyişmədimi? Bütün bunları müxalifətçilər etmişdimi ? Məhbub Zülfiqarlı
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?