“ANS televiziyası fəaliyyətini bərpa edə bilməz. Çünki iyulun 29-da Bakı Apellyasiya Məhkəməsi ANS telekanalının lisenziyasının ləğvi ilə bağlı Milli Teleradio Şurasının iddiasını təmin edib”. Bu barədə Milli Teleradio Şurasının aparat rəhbəri Toğrul Məmmədov “Turan”a bildirib. Xatırladaq ki, Milli Teleradio Şurası (MTRŞ) iyulun 18-də ANS televiziyasının yayımını bir ay müddətinə dayandırıb və lisenziyasına xitam verilməsi üçün məhkəməyə müraciət edib. ANS-ÇM radiosunun fəaliyyətinə gəlincə, “MTRŞ iyulun 18-də bu radioya verilmiş lisenziyanın qüvvəsini itirməsi ilə bağlı qərar verib və radio da fəaliyyətini bərpa edə bilməz”, – deyə Toğrul Məmmədov qeyd edib.
Sorğu
Yeni dizaynımız necədir?