“Gündəm Xəbər”in əldə etdiyi məlumata görə o, vaxtilə şəhərdə mərhum president Heydər Əliyevin əleyhdarı adı ilə tanınmış, reket jurnalistlərin dostu olaraq məşhurlaşmış və yaşı 65-i ötmüş Səlim Müslümovun “gənc kadrı”dır
Xəbər verildiyi kimi bir müddət bundan öncə, yəni 24.06.2016-cı ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Nazirliyinə birləşdirildi.
“Gündəm Xəbər” bildirir ki, aztəminatlı ailələrə dövlət tərəfindən verilən yardımlarla bağlı korrupsiyanın qarşısını almaq məqsədilə elektron sistemə keçidin tətbiqi, həmin idarələrin işçilərini heç də işsiz qoymadı. Belə ki, yardımların verilməsinin elektron sistemə keçidi, həmin idarələrdə rəhbər şəxslərin direktorluğunun əlindən alınması və birləşdikləri idarə rəhbərlərinə müavin getmələri, heç də Gəncədə və Göygöldə razılıqla qarşılanmayıb. Elə bu baxımdan da, rəqabət nəticəsində Gəncə şəhər Dövlət Sosial Təminat Xidməti İdarəsində yaşı 65-i haqlayan, daha dəqiq desək 66 yaşı olan və dövlət qulluğundan 2600 manat məbləğində pensiya almasına baxmayaraq, Nizami Əhmədov yenidən prezidentin 65 yaşla bağla imzaladığı sərəncamını pozmaqdadır. O, çox keçmədi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Kəpəz rayon şöbəsinin müdiri vəzifəsinə gətirildi.
Burada müdir vəzifəsini daşıyanın maaşının 600 manat olması və birmənalı şəkildə 2600 manat təqaüddən imtina edib adı çəkilən idarəyə rəhbər təyin olunan Nizami Əhmədovun hansı maraqlara xidmət edəcəyindən xəbər verir. Təbii ki, bu dəfə bütün zamanlarda olduğu kimi, yenə də korrupsiyaya “start düyməsi” basıldı. Maraqlı məqam ondan ibarətdir ki, müdir vəzifəsinə gətirilən Nizami Əhmədovla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümov verdiyi əmrdə həmin vəzifəyə təyin olunan şəxs kimi deyil, yaşının 66 olmasına görə qulluqda olma müddətinin 1 (bir) də artırılması kimi göstərərək, onunla bağlı əmr imzalayıb. Görəsən cənab nazir Nizami Əhmədovun həmin vəzifəni əvvəldən daşımamasından xəbərdar olmayıb, ya gözdən pərdə asaraq Gəncəni korlar şəhəri kimi görüb?
Görəsən Nizami Əhmədovun vəzifədə qalmasına kimlər yardımçı olub? Necə olub ki, o, təmsil olunduğu nazirlikdə korrupsiya hallarını aradaq qaldırmaq yolu tutan Səlim Müslümovu da aldada bilib? O, bütün zamanlarda yaşadığı Gəncə şəhərində mərhum prezidentimiz Heydər Əliyev siyasətinin əleyhdarı adı ilə də tanınıb. Onun belə bir mövqeyindən hər kəs xəbərdar olsa da, nədənsə onun bu dəfə də şansı gətirdi.
Ümumiyyətlə, Gəncədə yaşayan və yaşı 66-nı haqlayan Nizami Əhmədov kimdir?
İlk dəfə sovetlər dönəmində alüminium zavodunda çalışan və sabiq baş nazir Həsən Həsənov tərəfindən vəzifəyə irəli çəkilən Nizami Əhmədov, uzun müddət heç bir vəzifəni daşımayıb. O, nə vaxt hansı vəzifəni daşıyıbsa ixtisasına uyğun deyil, fərqli sahələrdə vəzifələr daşıyıb.
1997-ci ildən əvvəl su idarəsinə, sonra icra hakimiyyətinə müavin, daha sonra isə Heydər Əliyev siyasətinin qəti əleyhdarı olmasını Gəncə ictimaiyyətindən gizlətməsə də, hətta YAP-nın yerli təşkilatına sədr də seçilə bilib. “Gündəm Xəbər”in əldə etdiyi məlumata görə N.Əhmədov 1998-ci ildə MM-ə seçkilər zamanı Ulu Öndərin etimad göstərdiyi şəxsin əvəzinə maxinasiyalar etməklə özünü deputat seçdirə bilsə də, təkrar seçkilərdə uduzduğu üçün o, ictimaiyyət arasında Heydər Əliyevin əleyhinə çıxışlar etmiş, şəhərdəki reket jurnalistlərdən istifadə etdiyi üçün isə, şəhər rəhbərliyi onu vəzifədə saxlamağı məqsədəuyğun bilmişdir.
Yalnız bir halda onun səsinin Bakıya qədər çatmamasının qarşısı alına bilərdi ki, şəhər rəhbərliyi həm Nizami Əhmədovdan, həm də reket jurnalistlərdən, xüsusilə də ona yaxın olan və həmin illərdə aparıcı qəzetlərin birində müxbir vəzifəsini daşıyan İkram Rafiqoğlundan uzaq düşmüş olaydı. Həmin vaxtlarda İkram Rafiqoğluna, əsasən Eldar Əzizov, bir çox məmurlar, MTN-nin Gəncə şəhər şöbəsinin sabiq rəisi, Nizami Əhmədovun yaxın qohumu Vüqar Əliyev, vaxtilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olmuş və o illərin havası hələ də başından getməyən Elxan Qədimov başda olmaqla, bu gün də ona maliyyə yardımı edirlər. Elxan Qədimovun İkrama xoş münasibəti onun Nizami Əhmədova olan yaxınlığından qaynaqlanır. Bir zamanlar Nizami Əhmədov pressada verdiyi müsahibələrində bildirib ki, İkram onun yaxın dostudur. 2009-cu ildə Prezidentin mühafizə xidmətinin rəisi Bəylər Eyyubovdan yazdırdığı silsilə açıqlamalardan sonra o, yəni Nizami Əhmədov dövlət qulluğunda işləyən məmurları atmosferə sala bilmişdi. Özünün və İkram Rafiqoğlunun cənub bölgəsindən olaraq qərbi bu qədər qarmaqarışıq duruma gətirməsi, artıq onun xobbisinə çevrilib desək, yəqin ki, yanılmarıq.
Maraqlı məqam ondan ibarətdir ki, deputat seçkiləri zaman Ulu Öndərin gözündən yayınmayan bu şəxs, sonradan onun əleyhdarına çevrilsə də, ətrafına bir dəstə də yığmağı bacarır. Bunlardan ən yaxını bütün zamanlarda onun müavini, sirdaşı, Bəyəli, İkram və Elxan Qədimov olmuşdur ki, bu gün də onların dostluqları davam etməkdədir. Hal-hazırda Göygöl rayonunda da Nizami Əhmədov variantında, ulu öndər Heydər Əliyev siyasətinin daha bir əleyhdarı olmasına baxmayaraq, Ulu Öndərin qurduğu dövlətdən lazımınça yararlanmış Elxan Qədimovun oğlu Orxan Qədimov da, müdir kürsüsü uğrunda mübarizə aparmaqdadır. Guman olunur ki, hər yerdə özünə yararlı dostlar tapmağı və saxlamağı bacaran Qədimovun bildirdiyinə görə, bu işdə ona onun yaxın dostu Fövqəlnazirin müavini, onunla kirvə olan Rafael müəllim köməklik göstərəcək. Yəqin ki, Gəncə variantı Göygöldə təkrar olunacaq. Daşıdığı vəzifəsinin hesabına əldə etdiyi rüşvətin bir hissəsini ətrafına yığdığı reket jurnalistlərə xərcləyən və Gəncə şəhərinin bir çox məmurlarını çirkli pressaya xərcədiyi pulların hesabına atmosferə salıb vahimə içərisində saxlamağa nail olan şanslı məmur, bu gün də Əmək və Əhalinin Sosial Müdafiə Naziri cənab Səlim Müslümovun yaxın ətrafında kimlərdənsə istifadə edərək, naziri aldatmağa nail olmuşdur. Nizami Əhmədov tək özünü deyil, bir müddət öncə Abbas Səhhət adına xəstəxananın baş həkimi olan qardaşı Nazim Əhmədovu, Gəncə şəhər Səhiyyə İdarəsinə baş həkim təyin etdirmək istəsə də, o, buna nail ola bilmədi. Hal-hazırda daha bir qardaşını Natiq Əhmədovu, Gəncə şəhər Su-Kanal idarəsinə müdir, qohumu Xaspolad Aydınovu isə, Gəncə Regional Təhsil İdarəsinə müdir vəzifəsinə təyin etdirmək istəsə də, Xaspolad Aydınovun Goranboydakı ciddi korrupsiya faktına görə vəzifəsindən azad olunması, planlaşdırılan planları alt-üst etdi. Xatırladaq ki, yeznə-qayın olan Bəyəli və Xaspolad bir zamanlar ulu öndər Heydər Əliyevin etimad göstərmədiyi Məhyəddin Aydınovun qohumlarıdırlar. Bir sözlə, Nizamini, Bəyəlini, Xaspoladı və Elxan Qədimovları birləşdirən məqamlar bəllidir. Onu da qeyd etmək yerinə düşər ki, Nizami Əhmədov xüsusi “yığıcılıq” qabiliyyəti olan Bəyəlini, ƏƏSMN-i yanında Dövlət Sosial Təminat Xidməti İdarəsinin Gəncə şöbəsində qorumaqdadır və ondan da ayrılmır. Bu gün bütün zamanlarda olduğu kimi, yalnız təhsil sahəsində işləyən Xaspolad Aydınovun və Bəyəlinin obyektləri yanaşıdır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?