Dünən axşam saatlarında Neftçala rayonunun Aşağı Surra kənd sakini, 38 yaşlı Cəfərov Vasif İmanxan oğlu döyülərək, aldığı xəsarətlərlə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, o, çənə və üz nahiyəsindən xəsarətlər alıb və əlamətlərinə görə beyin travması almasına şübhə yaranıb. Sürücünün yaxınlarının deməsinə görə, o, tanımadığı şəxslər tərəfindən döyülüb.
Belə ki, zərərçəkən idarə etdiyi avtomobillə kəndin kənarından keçən yoldan evlərinə tərəf hərəkət edərkən, yolda hərəkət üstündə onunla yoldan keçən toy karvanında olan sürücülər arasında münaqişə yaranıb.
Nəticədə, həmin şəxslər Vasifi döyərək xəsarət yetiriblər. Aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş Vasif Cəfərovun bu gün qızının toyu olduğu üçün öz təkidi ilə xəstəxanadan müvəqqəti olaraq buraxılıb.
Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?