GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “BARBARİSSO” UŞAQ GÖZƏLLİK SALONU MÜŞTƏRİLƏRİ NECƏ ALDADIR? – ARAŞDIRMA

“BARBARİSSO” UŞAQ GÖZƏLLİK SALONU MÜŞTƏRİLƏRİ NECƏ ALDADIR? – ARAŞDIRMA

Tarix: 19-09-2016, 12:46 Bölmə :Ölkə Baxış: 975
“BARBARİSSO” UŞAQ GÖZƏLLİK SALONU MÜŞTƏRİLƏRİ NECƏ ALDADIR? – ARAŞDIRMA

Son vaxtlar internetdə, televiziya kanallarında, radioda uşaqlar üçün gözəllik salonlarının reklamlarına tez-tez rast gəlirik. Bu salonlarda 16 yaşınadək uşaqlar üçün saç düzümü, saçların boyadılması, dırnaqların manikürü, hətta kimyəvi qaynaq xidmətləri təklif edirlər. Bu profilli fəaliyyət üzrə ixtisaslaşan məkanlardan biri də – Neftçilər prospekti, 145-də yerləşən “Barbarisso” uşaq gözəllik salonudur.
“Barbarisso”ya müraciət edərək orada nəzakətsiz davranışla rastlaşan xanım müştərilərdən biri Azinforum.az İnformasiya Portalına müraciət edib. Hələlik adının açıqlanmasını istəməyən xanım bildirdi ki, sözügedən salon reklam vasitəsilə müştəriləri aldadır:
“Mən bunu söz yığını olaraq demirəm. Konkret rastlaşdığım situasiyanı əsas götürərək danışıram. Mənim kimdənsə çəkinəcəyim də yoxdur. Əgər salon mənim dediklərimi təkzib edərsə, onlarla məsələni istənilən instansiyada aydınlaşdırmağa hazıram. Sadəcə, mənim istəyim budur ki, insanlar maariflənsin və gələcəkdə aldanaraq, onların toruna düşməsinlər. Sizə uşağımın oradakı xidmətdən istifadə etdiyini sübut edən fotoları da təqdim edirəm. Qızım 2 yaş 6 aylıqdır. Doğulandan saçını kəsdirməmişdik. Qərara gəldik ki, saçını təmiz qırxdıraq. Bunun üçün də, gigiyenik cəhətdən təmiz olan bir yer axtarışına çıxdım. İnternetdə apardığım axtarış zamanı “Barbarisso” marağımı cəlb etdi. Zəng vurdum, telefonda çox mehriban danışdılar. Qiymətin 20 manat olduğunu dedilər. Baxmayaraq ki, saç kəsimi ilə keçəl olunmağa heç bir fərq qoyulmur. Razılaşdım, uşağı da götürüb həmin ünvana yollandıq. Bizi heç kim qarşılamadı. Ancaq telefonda bizə deyilmişdi ki, təmtəraqlı qarşılanma, valideyn üçün çay və ya kofe, uşağı adaptasiya etmək üçün, əyləncə təqdim ediləcək. Heç biri olmadı. Məni dərhal kassaya yönəltdilər və 20 manatın tez ödənilməsini istədilər. Ödənişdən sonra mənə heç bir çek təqdim olunmadı. Yalnız deyildi ki, bir neçə dəfə onların xidmətlərindən istifadə edərəmsə, güzəşt oluna bilər. Pulu ödəyən kimi uşağı işində naşı olduğu təsirini bağışlayan bir bərbər əlimdən alıb kresloda əyləşdirdi və başladı sterlizə olunmayan bir maşınla onun saçını qırxmağa. Mən alətlərin niyə sterilizə olunmadığını soruşdum. Kobud şəkildə cavab verdi ki, olunub. Ancaq görmüşük ki, belə alətlər müştərinin gözü qarşısında sterlizə edən aparatdan çıxarılmalıdır. Hər halda, belə olanda müştərinin təmizliklə bağlı şübhəsi də olmur. Artıq uşağın saçının yarısını qırxmışdı. Etiraz etdiyimi görəndə saxladı və dedi ki, özünüz bilin, uşağınızı apara bilərsiniz. Rəhbərliyi tələb edəndə, məni kassaya yönəltdilər. Orada oturan hündürboy qız mənə dedi ki, seçim sizindi, ya uşağı yarımçıq aparın, ya da qoyun bərbər işini tamamlasın. Mənim uşağıma göstərilən qulluq cəmi 2 dəqiqə çəkdi. Bərbər işini qurtarandan sonra, uşağın başına “prisipkadan” başqa nəsə vurmadı. Sonuncu etirazıma isə kassada oturan xanımın reaksiyası belə oldu : “Get, hara istəyirsən şikayət et”.

“BARBARİSSO” UŞAQ GÖZƏLLİK SALONU MÜŞTƏRİLƏRİ NECƏ ALDADIR? – ARAŞDIRMA

Şikayətçinin dediklərinə münasibət öyrənmək üçün “Barbarisso” ilə əlaqə saxladıq. Bizə bildirdilər ki, onlarda 20 manatdan aşağı saç kəsilmir və bütün alətləri sterlizə edilir.
Azinforum.az olaraq qeyd etmək istəyirik ki, azyaşlıların səhhətinə, psixoloji durumuna zərər vuran belə salonların fəaliyyətinə publik şəkildə etiraz edənlər də az olmayıb. Azərbaycan Uşaqlar Birliyindən rəhbəri Kəmalə Ağazadə açıqlamasında valideynlərə müraciət edərək uşaqlar üçün təhlükə mənbəyinə çevrilən gözəllik salonlarına getməməyi tövsiyə edib.
Hüquq müdafiəçisinin fikrincə, pul qazanmaq üçün müxtəlif vasitələrdən istifadə edən iş adamlarının uşaqlar üçün belə salonlar açmasını haradasa anlamaq olar:
“Onlar ağına-bozuna baxmadan yalnız pul qazanmaq istəyir. Bəs valideynlər öz övladlarının sağlamlığını, psixoloji durumunu niyə nəzərə almırlar? Uşağın da manikür-pedikürə ehtiyacı olar? Nə olub, dabanları çatlayıb, dəriləri qırışıb, yoxsa əlləri, dırnaqları qabarlaşıb?”
K.Ağazadə bildirir ki, artıq belə salonlarda gün keçirən valideynlərin sayı artır:
“İş adamları pul qazanmaq üçün istənilən qərarı qəbul etməyə hazırdır. Onlar atdıqları addımın sonunu yox, insanların tələbatını və zövqlərini əsas götürür. Təəssüf ki, valideynlər isə öz övladına oyuncaq kimi baxırlar. Yüzlərlə üzdəniraq valideyn həmin reklama aldanır, hətta “uşağı “Barbarisso”da bəzəndirdim” deyə öyünənlər də var.
Reklamlara aldananlardan soruşmaq istəyirəm: bu salonların yoluxucu xəstəlik yaymadığını necə əmin olublar? Axı salonlardakı nə yüksək xidmət haqqı, nə də otaqların bəzək-düzəkli olması bu obyektlərdə xəstəliklərin yayılma ehtimalını azaltmır. Bilmirsiniz ki, uşağınız o salonda daha nələrlə qarşılaşacaq. Boyalı uşaqlarının dünyagörüşü də başqa olacaq. Körpələrin təkcə saçlarını deyil, gələcəyə baxışlarını da boyayırsınız”.

“BARBARİSSO” UŞAQ GÖZƏLLİK SALONU MÜŞTƏRİLƏRİ NECƏ ALDADIR? – ARAŞDIRMA

Təşkilat rəhbərinin sözlərinə görə, dünyanın əksər ölkəsində uşaqlara xidmət göstərən salonlar var:
“Mən xarici ölkələrdəki salonların xidmətləri ilə tanış olmuşam. Həmin salonlarda saç kəsimi və ya saç düzümü ilə yanaşı uşaqlar üçün əyləncəli oyunlar da təşkil edilir. Masalar uşaqların yaş qrupu üzrə quraşdırılıb, saç ustaları uşaqlarla məntiqi oyunlar oynayırlar. Bəzi gözəllik salonları uşaqların intellektual dünyagörüşünün formalaşmasına xidmət edəcək oyunlarla məşhurlaşıb. Amma Bakıdakı salonlarda dırnaq, saç boyanması xidmətləri göstərilir, ağlayan uşaqlara dırnaq boyası, pomadalar verilir ki, sakitləşsin”.
Azinforum.az saytı məsələnin aktuallığını nəzərə alaraq Neftçilər prospekti, 145-də yerləşən “Barbarisso” tərəfindən təqdim edilən xidmətlərlə maraqlanıb. Sözügedən uşaq gözəllik salonunda uşaqlar üçün saç kəsilməsi və düzümləri, saç yığımı, uşaq manikürü və pedikürü, hətta tatu xidməti göstərilir.
Bu salonda uşaqlar üçün dodaq boyaları, tuş, dırnaq boyası, ənlik və digər kosmetik vasitələr satılır.
Salonun adını söyləmək istəməyən əməkdaşı bizi inandırmaq istəyir ki, onlar ABŞ-ın məşhur firmaları tərəfindən istehsal edilən kosmetik vasitələrdən istifadə edirlər və bu da guya tam təhlükəsizdir. Saç boyasının tərkibində guya hətta kimyəvi vasitələr də yoxdur. Dodaq boyasının qablaşdırılması üzərində göstərilən onlarla kimyəvi maddələr də uşaqlar üçün təhlükəsiz imiş. Amma şirkətin rəsmi səhifəsində uşaqlar üçün istehsal etdiyi boyaların tərkibində yüz faiz təbii vasitələrdən istifadə edildiyinə dair heç bir məlumat yoxdur.
“Barbarisso”nun rəsmi internet səhifəsində, eləcə də sosial şəbəkədə valideynlərə uşaqların körpə ikən gözəl görünməyə alışdırılması tövsiyə edilir: “Biz uşaqlara öz xarici görünüşlərinə qulluq etməyi və özlərini sevməyi, dəbli, hətta bəzəkli və təmtəraqlı görünməyi öyrədirik”.
Uşaqlara göstərilən xidmətlərin qiymətinə gəldikdə isə saç kəsimi 20 manata, saç düzümləri 15-35, saç boyadılması 15-50 manata başa gəlir.
Mövzuya qayıdacayıq…
Çinarə SEYİDOVA
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Standarta sığmayan standart salonlar

    Standarta sığmayan standart salonlar ...

    30-01-2014, 12:58

  • 
  • Çılpaq qızların saç kəsdiyi kişi salonu aşkarlandı FOTOLAR + VİDEO 18+

    Çılpaq qızların saç kəsdiyi kişi salonu ...

    4-08-2016, 17:43

  • 
  • Transseksualların gözəllik yarışması - FOTO

    Transseksualların gözəllik yarışması - FOTO ...

    8-11-2015, 15:06

  • 
  • Müğənnidən şikayət olundu

    Müğənnidən şikayət olundu ...

    28-09-2015, 22:16

  • 
  • Sumqayıt Sakininin Prezident İ.Əliyevə müraciəti “Mənə belə “gözəllik” yox, çörək lazımdır!”

    Sumqayıt Sakininin Prezident İ.Əliyevə müraciəti ...

    7-05-2015, 12:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu