Binə qəsəbə sakinləri Vüsal Məmmədli, Həmid Əliyev, Teyyub Məmmədli, Vüsal Məmmədli, Rəşad Əliyev və Orxan Əlizadədən ibarət dəstəni Xəzər Rayon Polis İdarəsinin əməliyatçıları uzun müddət izlədikdən sonra yaxalaya biliblər.
Məlumata görə, 19-23 yaş arası gənclərdən ibarət dəstəyə Vüsal Məmmədli ilə Rəşad Əliyev rəhbərlik edib. Dəstənin fəaliyyət ərazisi Binə, Qala və Buzovna qəsəbələri olub.
Oğurlanan qızıl-zinət əşyaları və müxtəlif məişət avadanlıqları paytaxtın müxtəlif yerlərində dəyər-dəyməzinə satılıb. Əldə edilən məbləğ isə dəstə üzvləri arasında bölünüb.
Saxlanılan Vüsal Məmmədli oğurluq etmək təklifinin özü ilə Rəşad Əliyevdən gəldiyini deyib: "Rəşad və mən idik, getdik, girdik. Birinci mən girdim, sonra Rəşad. Ondan sonra xəbərim yoxdur, mən çıxdım. Gələn ay atamın məhkəməsidir. Ona pul yığmaq istəyirdim. 800 manat pul çıxıb, bölmüşük. O da heç bilmirəm haraya gedib. Cib xərcliyi".
Vüsalın sözlərinə görə, birinci oğurluğu Binə qəsəbəsində tanımadıqları adamın evindən ediblər.
Dəstəninin digər üzvü 23 yaşlı Həmid Əliyev isə dəstəyə qoşulmazdan əvvəl oğurluq hadisələrini tək törədib.
Faktlarla əlaqədar Xəzar Rayon Polis Idarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?