GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Nadir Qəhrəmanovun Sumqayıt məcaraları

Nadir Qəhrəmanovun Sumqayıt məcaraları

Tarix: 9-12-2012, 11:09 Bölmə :Ölkə Baxış: 10 231
Nadir Qəhrəmanovun Sumqayıt məcaraları

Rektor sahibkarlığa mane olur, SDU-da isə qanunsuzluq pik həddə çatıb


gundemxeber.az “Gündəm-xəbər” qəzetinin redaksiyasına Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanovun özbaşınalıqlarından və törətdiyi qanun pozuntularından bəhs edən çoxsaylı şikayət məktubları daxil olmaqdadır. Bu sayımızda həmin şikayətlərdə əks olunan faktlara işıq tutmaqla Sumqayıt Dövlət Universitetində nələrin baş verdiyinə aydınlıq gətirməyə çalışacağıq. İlkin olaraq redaksiyamıza yazılı şəkildə müraciət edən Sumqayıt şəhər 45-ci məhəllə, 14 saylı binanın 82-ci mənzilinin sakini, əmək veteranı Cəfərov Təbiət Qasım oğlunun şikayət ərizəsindəki faktlara göz ataq.
Şikayətçi bildirir ki, SDU-nun rektoru Nadir Qəhrəmanov artıq vəzifə səlahiyyətlərini aşaraq sahibkarlara qarşı mübarizəyə girişib: “Mən ölkəmizdə yaradılmış şəraitdən istifadə edərək müstəqil sahibkarlıqla məşğul olmaq istəyirəm. Bu məqsədlə mənə Sumqayıt şəhər Bələdiyyəsinin 26 saylı 2007-ci il tarixli 29 saylı protokoluna əsasən Sumqayıt şəhər icra başçısının 4 noyabr 2008-ci il tarixdə 339 saylı sərəncamı ilə mənə 43 məhəllə ərazisində M.Quliyev küçəsində kommersiya obyekti işlətmək məqsədilə torpaq sahəsi ayrılıbdır. Bu torpaq sahəsi 19 fevral 2008-ci il tarixdə aktla mənə təhvil verilibdir. Həmin vaxtdan şəhər bələdiyyəsinə bu torpağa görə icarə haqqı ödəyirəm. İnşaat pasportuna və başqa işlərəgörə şəhərin memarlıq şöbəsinə və şəhər bələdiyyəsinə dövlət rüsumları ödəmişəm. Bütün hüşuşi sənədlərin əlimdə olmasına baxmayaraq SDU-nun rektoru Nadir Qəhrəmanov özbaşınalıq edərək tikinti işlərini aparmağa imkan vermir. Belə ki, rektor mənim tanımadığım şəxsləri əraziyə göndərərək fəhlələrin tikinti aparmasına imkan verməyib. Mən bu haqda şəhər icra hakimiyyətinə və şəhər memarlıq şöbəsinə məlumat verdim. Nəhayət, şəhər memarlıq şöbəsinin işçisi Kənan müəllim xəritə ilə sözügedən ərazidə oldu və mənə rəsmən bildirdi ki, tikinti işlərini davam etdirə bilərəm. Bundan sonra mən həmin ərazini zibil tullantılarından təmizlətmişəm, həmin sahəyə traktor gətirib torpağı kürüdərək ərazini hamarlatmışam. Səhərisi gün fəhlələri apardım ki, tikintini fundamentini qazsınlar. Amma əraziyə gələrkən gördüm ki, Nadir Qəhrəmanov həmin əraziyə dəmir turbalar düzdürərək məftil çəkdirib. Bu haqda Memarlıq Şöbəsinə məlumat verdim, yenə də Kənan müəllim və İcra Hakimiyyətindən 2 nəfər məsul işçi həmin sahəyə gəldilər. Onlar mənim işimə maneçilik törədən adamlara izah edərək bildirdilər ki, mənim hüquqi sənədlərim imkan verir ki, orada tikinti işlərini davam etdirim. Buna baxmayaraq həmin şəxslər işlərin davam etdirilməsinə imkan vermədilər. Bununla bağlı müvafiq orqanlara müraciət etsəm də bu günə qədər Nadir Qəhrəmanovun bu özbaşınalığının qarşısının alınması üçün heç bir tədbir görülməyib”.
Şikayət məktubundan da göründüyü kimi artıq SDU-nun rektoru Nadir Qəhrəmanov vəzifə səlahiyyətlərinə heç bir aidiyyatı olmayan məsələlərə qarışaraq qanunsuzluqlar törətməkdən çəkinmir. Maraqlıdır, görəsən kimə arxalanan rektor bütün sənədləri qaydasında olan işadamına qarşı bu cür özbaşınalıq edir? Hər halda biz bu məsələnin araşdırılması istiqamətində araşdırmalarımızı davam etdirəcəyik. İndilik isə Nadir Qəhrəmanovun SDU-da həyata keçirdiyi digər özbaşınalıqların yer aldığı ikinci şikayət məktubunu diqqətinizə çatdırırıq. Məlumat üçün bildirək ki, bu şikayət qəzetimizin elektron ünvanına göndərilib və onu kiçik ixtisarla dərc edirik: “SDU bu gün sözün əsl mənasında bataqlığı xatırladır. Qəssab Nadir kimi tanınan Nadir Qəhrəmanovun namizədlik və doktorluq işini Bakı Dövlət Universitetində işləyən dayısı Sabir Hacıyevin vasitəsilə müdafiə edə bilib. Bu işdə ona bibisinin həyat yoldaşı Vladimir Tairovun da köməkliyi dəyib”.
Daha sonra Nadir Qəhrəmanovun SDU-ya necə rəhbər təyin olunmasından yazan müəlliflər şok faktlar açıqlayıblar: “Qeyd edək ki, Nadir Qəhrəmanov buna qədər BDU-da kafedra müdiri vəzifəsində çalışıb. Onun BDU-dakı qanunsuz əməllərinə görə 1999-2000-ci tədris ilində kafedra əməkdaşları rektorluğa müraciət edərək onun kafedra müdirliyindən azad olunması barədə məsələ qaldırıblar. Həmin vaxt pis vəziyyətdə qalan Nadir Qəhrəmanov Akademiyanın institutlarında iş axtarmağa başladı. O ərəfədə SDU-da maxinasiya baş verir, ondan əvvəl isə prorektor Şakir müəllimi kabinetində öldürürlər. Bütün baş verənlərin ardınca isə SDU-nun o vaxtkı rektoru Elmar Fərhadzadəni tutduğu vəzifədən azad edirlər. Yaranmış sitiuasiyadan istifadə edən qəssab Nadir isə dayısı və digər yaxın adamlarının vasitəsilə SDU-ya rektor təyin oluna bilər. Bu isə onu yaxından tanıyan təhsil ictimaiyyəti arasında əsl şok effekti yaradır. Bu vəzifəyə gələndən sonra isə Nadir Qəhrəmanov özü ilə SDU-ya müəyyən adamlar gətirir. İlk vaxtlar rüşvəti Mamed müəllim vasitəsilə alan Nadir Qəhrəmanovun sonradan onunla münasibətləri pozulur. Buna səbəb isə universitetdə baş verənlərlə bağlı mətbuatda silsilə yazılanların dərc olunması olur. Nadir isə bütün bunlara görə Mameddən şübhələnir və o pul yığımından uzaqlaşdırılır. Sonradan bu məsələ elmi iş üzrə prorektor Yadigar müəllimə həvalə olunur.
Rektorun Mamed müəllimlə münasibətləri korlanandan sonra həm ona həm də onun dostlarına qarşı hücum kampaniyası başlayır. İlkin olaraq universitetdən Mamed müəllimin dostu Rafael Qasımov uzaqlaşdırılır. Bunun ardınca isə digər şəxslərə qarşı da təzyişlər davam etdirilir. Elə həmin təzyiqlərin nəticəsi olaraq Xosrov müəllim məcbur olub işdən çıxır. Daha sonra Nadir Qəhrəmanov Mamed Zərbəliyevi məcbur edir ki, kafedra müdirliyindən istefa versin. Amma üstündən iki il keçdikdən sonra Mamed Zərbəliyev işinə bərpa oluna bilir. Bu isə belə baş verib: Mamed Zərbəliyev rektorun qəbuluna gedərək onun haqqında mətbuata material ötürənlərin adlarını deyəcəyini vəd edir. Vədini yerinə yetirdikdən sonra isə itirdiyi işini geri qaytarmağa nail olur”.
Qeyd edək ki, bunlar redaksiyamıza daxil olmuş faktların yalnız kiçik bir qismidir. Növbəti saylarımızda isə rektorun SDU-da heç bir səbəb göstərmək işdən azad etdiyi digər müəllimlərin də adlarını dərc edəcəyik. Eyni zamanda Nadir Qəhrəmanovun harada və nə məqsədlə Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin adından sui-istifadə etdiyini biləcəksiniz.
Orxan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sumqayıt Dövlət Universitetində yoxlama başlayıb

    Sumqayıt Dövlət Universitetində yoxlama başlayıb ...

    10-12-2013, 21:45

  • 
  • Rektor Nadir Qəhrəmanov işdən çıxarıldı

    Rektor Nadir Qəhrəmanov işdən çıxarıldı ...

    9-12-2013, 13:08

  • 
  • Sumqayıt Dövlət Universitetində vəzifə davası

    Sumqayıt Dövlət Universitetində vəzifə davası ...

    29-08-2013, 19:57

  • 
  • Sumqayıt Dövlət Universitetində vəzifə davası

    Sumqayıt Dövlət Universitetində vəzifə davası ...

    14-08-2013, 17:34

  • 
  • Sumqayıt Dövlət Universitetində vəzifə davası

    Sumqayıt Dövlət Universitetində vəzifə davası ...

    14-08-2013, 18:05


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
juegos de casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu