GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » «Mühafizəçi qolumdan tutub sürüdü məni»

«Mühafizəçi qolumdan tutub sürüdü məni»

Tarix: 23-09-2016, 00:22 Bölmə :Ölkə Baxış: 395
«Mühafizəçi qolumdan tutub sürüdü məni»

Ömrünün baharında olan, 26 yaşlı qadın Nahidə Həmzəyeva həyat yoldaşını itirib, indi də öz həyatını itirməmək, 6 yaşlı övladını böyüdə bilməkdən ötrü sağ qalmaq uğrunda savaşır
Telefonun o başında halsız-heysiz səs gəlir:
«Çox pisəm, dünənki hadisədən sonra ağrılarım daha da artıb, sarsıntı keçirirəm».
Savaşdığı təkcə xəstəliyi deyil, Azərbaycanın rəsmi qurumları, Səhiyyə Nazirliyidir. O, vaxtaşırı Səhiyyə Nazirliyinə gələrək müalicəsinə yardım istəyir. Sentyabrın 21-də növbəti dəfə nazirliyə gəlib, nazirlə görüş tələb edib, mühafizəçilər içəri buraxmayıb. Özünü maşının altına atmaqla hədələyib, yerə uzanıb, qışqırıb ki, səsini eşitsinlər...
Sonda birtəhər nazirlik darvazasından sivişərək içəri keçib, ancaq uzağa gedə bilməyib, mühafizəçi zorla saxlayıb. Halı pisləşən qadının üstünə təcili yardım çağrılıb. Bütün bunlar görüntülənib və sürətlə saytlarda, sosial şəbəkələrdə yayılaraq müzakirə mövzusuna çevrilib.
«Mühafizəçi qolumdan tutub sürüdü məni»

«Mühafizəçi qolumdan tutub sürüdü məni»

0:09:47
Vəziyyətim getdikcə pisləşir. Müalicə olunmasam, həyatımı itirə bilərəm.
- Xəstəliyiniz nədir?
- Qaraciyər serozu. Bir də qida borusunda varikoz genişlənməsi başlayıb. 2012-ci ildə yeddi saat qan qusmuşam. Ondan sonra qida borumda varikoz genəlmə başlayıb. Üstünə düşməsəm, qanaxma başlaya bilər. Müalicə almaq məqsədilə Səhiyyə Nazirliyinə müraciət etmişəm, Prezident Aparatına məktublar göndərmişəm. Mehriban Əliyevaya, Leyla Əliyevaya dəfələrlə müraciət etmişəm. Heç bir məktubuma cavab yoxdur. Cavab gələndə də məni yollayırlar Lənkəran rayon Mərkəzi Xəstəxanasına. Orda da mənə növbəti dəfə deyirlər ki, «bizim dövlət xəstəxanalarında qaraciyər serozuna qarşı müalicə aparmaq mümkün deyil, üz tut özəllərə». Mən də imkansızam. Yoldaşım rəhmətə gedib, bir atasız övlad sahibiyəm. Özəl xəstəxanada müalicə olunmağa heç cür imkanım yoxdur. Səhiyyəmiz də mənə yiyə durmur. Bəs mən hara getməliyəm?
- Dünən Səhiyyə Nazirliyi qarşısında probleminizi dilə gətirdiniz, bu da sosial şəbəkələrdə yayıldı. Nazirlikdən sizinlə maraqlanan olub?

- Xeyr. Heç kim maraqlanmayıb. Hələlik gözləyirəm. Mənə yenə də «Respublikanski» (M.A.Mirqasımov adına Respublika Klinik Xəstəxanası-red.) və 5 nömrəli xəstəxanada müalicə olunmaq təklif edildi. Halbuki 5 ildə orda bir neçə dəfə yatmışam. Oradakı müalicənin mənə xeyri yoxdur. Üstəlik, qida borum yoxlanmalıdır, ancaq deyirlər ki, dövlət xəstəxanasında bu mümkün deyil. USM-dən, rentgendən keçirməkdən başqa heç nə etmirlər mənə.

- Həkimlər nə deyirlər? Sizin müalicənizə nə qədər vəsait lazımdır?

- Bəli, maraqlanmışam, mənə deyiblər, qaraciyər köçürülməlidir, transplantasiya 150 min manata başa gəlir. Bunu da mənə 2012-ci ildə deyiblər. Nə transplantasiyaya gücüm çatır, nə də müalicəyə. Öyrənmişəm ki, transplantasiya olmadan da xaricdə bu xəstəlikdən müalicə yoluyla sağalmaq mümkündür. Bunu həkimlər də deyib, mənim kimi xəstələr də. Mənə kömək yoxdur.

- Nazirliyin qarşısında duranlar valideynləriniz idi?
- Bəli. Onlar da mənim kimi yollarda qalıblar. Onlar da imkansızdırlar. İmkanları olsaydı... Ora niyə gedirdim? Orda sürünməkdən, hansısa polisin məni sürüməsindən xoşummu gəlirdi?
- Yeri gəlmişkən, darvazanı birtəhər aralayıb içəri keçdiniz, bir xeyli də qaçdınız, sonra nə baş verdi? Çünki çəkilişə mühafizə imkan vermirdi.
- Halım pisləşdi. Təcili yardım gəldi, bir az iynə-dərman etdi. Bir saat gözlədikdən sonra bir xanım gəldi. O da mənə «Respublikanski» ilə 5 nömrəli xəstəxananı məsləhət gördü. Qəbul etmədim. Orda dəfələrlə olmuşam, «Omez»dən, «Esensial»dan başqa heç nə vermirlər, müalicə etmirlər məni.
- Halınızın pisləşməsinə nə səbəb oldu?
- Mühafizəçi qolumdan tutub sürüdü məni. Atam ayırmaq istədi, ona da zor tətbiq etdi.
- Lənkərandan gəlmisiniz bura?
- Bəli. İnanın Lənkərandan bura gəlib qayıdana kimi o dünyanı görüb qayıdıram. Hər dəfə 10 gün, bir ay vaxt verirlər, ortalıqda məni oynadırlar. Bu onun üstünə atır, o bunun üstünə. Heç kim öhdəsinə götürmək istəmir. İndiyə kimi gedib gəlirəm, nə nazirlə, nə müavini ilə görüşə bilmişəm. Bir ay vaxt istəyiblər, onu da gözləmişəm. Amma mənim vaxtımdan gedir, ömrümdən gedir. Hər an həyatım təhlükədədir, hər an varikoz genişlənməsindən həyatımı itirə bilərəm. Altı yaşlı körpəm həm atasız, həm də anasız qala bilər. Ona baxan olmayacaq. Birinci sinfə gedir. İnanın, onu məktəbə qonşular yola salıblar. Uşağımdan xəbərim yoxdur... Altı ildir uşağımı qucağıma ala bilmirəm. Bu xəstəlik üzündən analıq hissini duya bilmirəm. Övladım məni özünə bacı bilir, ana yox. O körpə olandan xəstəxanalardayam, uşaq məni tanımır.
...Hər gün ölümümü düşünürəm. Qorxa-qorxa yaşayıram. Udqunanda belə qorxuram ki, qanaxma başlayacaq. Bax, bu cür stresslərlə yaşayıram. Amma düşünürəm ki, nə vaxtsa möcüzə olacaq, rəhbərlərimizin ürəyinə rəhm düşəcək, yardım əllərini uzadacaqlar. Məmurların bu qədər etinasız münasibəti məni çox sarsıdır. Nazirimlə görüşə bilmirəmsə, prezidentim səsimi eşitmirsə nə etməliyəm? Əlbəttə, arada inciyib başqa ölkəyə üz tutmaq istəyirəm, bəlkə mənə haray ola deyə. Biz o boyda «Eurovision»a ev yiyəliyi etmişiksə, bu dövlət vətəndaşının müalicəsinə vəsait ayıra bilməzmi? Xarici vətəndaş gələndə necə lazımdır qarşılanır, yerləşdirilir, amma öz vətəndaşına, gənc anaya baxılmırsa, mən burda yaşamalıyammı?
'Altı ildir uşağımı qucağıma ala bilmirəm'
Hələlik Səhiyyə Nazirliyindən açıqlama almaq mümkün olmayıb.

AzadlıqRadiosu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda mühafizəçi körpəni vurdu

    Bakıda mühafizəçi körpəni vurdu ...

    7-09-2015, 17:25

  • 
  • Nazirlikdən ölüyə göndərilən məktub açıqlaması

    Nazirlikdən ölüyə göndərilən məktub açıqlaması ...

    16-04-2014, 10:46

  • 
  • Cəmil Həsənli Avropa Şurasını “yıxıb-sürüdü”

    Cəmil Həsənli Avropa Şurasını “yıxıb-sürüdü” ...

    23-12-2013, 12:16

  • 
  • Təcili tibbi yardım maşının sürücüsü yolun ortasında namaz qıldı

    Təcili tibbi yardım maşının sürücüsü yolun ...

    18-07-2014, 22:15

  • 
  • Hakimiyyət daxilində ixtilaf qızışır: Hafiz Hacıyev hökuməti yıxdı sürüdü – Video

    Hakimiyyət daxilində ixtilaf qızışır: Hafiz ...

    21-01-2016, 14:22


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (277)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu