Bakıda mühafizəçini ölümcül döyməkdə ittiham olunan şəxs saxlanılıb.
Hadisə bir neçə gün əvvəl Səbail rayonu ərazisində, Abşeron mehmanxanasının yaxınlığında yerləşən yaşayış kompleksində baş verib.
Belə ki, gənc xanım sürücü idarə etdiyi ``-- -- 003`` dövlət nömrə nişanlı son model ``Range Rover`` markalı avtomobili park etmək istəyib. Yer olmadığından isə maşını yaşayış kompleksinin həyətinə sürüb. Binanın mühafizəçisi isə həyətdə maşın saxlamağın qadağan olunduğunu deyib.
Bu zaman sözügedən xanım kiməsə zəng edərək mühafizəçidən şikayətlənib. Az sonra qara ``AA`` dövlət nömrə seriyalı ``Mercedes`` markalı avtomobillə iki nəfər həmin yerə gəlib. Onlar mühafizəçini huşunu itirənədək döyüb, sonra isə maşına əyləşərək ərazini tərk ediblər. Yerdə qan içərisində olan mühafizəçini təcili yardım maşını xəstəxanaya aparıb.
Məlum olub ki, mühafizəçini döyən şəxs elə sifarişi verən qadının əridir. O, hadisədən sonra həbs olunub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?