GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Yeznəsiylə qaçan 14 yaşlı qızın atası danışdı: "Bağışlamaq ola bilməz"

Yeznəsiylə qaçan 14 yaşlı qızın atası danışdı: "Bağışlamaq ola bilməz"

Tarix: 6-10-2016, 23:09 Bölmə :Ölkə Baxış: 676
Yeznəsiylə qaçan 14 yaşlı qızın atası danışdı: "Bağışlamaq ola bilməz"

Cəlilabad rayonunda 14 yaşlı qızın qaçırılması bir neçə gündür ölkə mediasının əsas müzakirə mövzusudur.

Rayonun Mikayıllı kənd sakini Ələmdar Məmmədov Məmmədrzalı kəndindən olan 14 yaşlı baldızı Gülbahar Əhmədovanı (ad şərtidir-red) qaçırdıb. Sözü gedən məsələylə bağlı qaçırılan qızın atası Ramil Yusubovu redaksiyaya dəvət etdik.

- Qızınızdan xəbər varmı?

- Heç bir xəbər yoxdur. Dünən Bakıya gələndən sonra aldığım məlumata görə, bunları son dəfə Qaradağ rayonunun Qızıldaş qəsəbəsində görüblər.

Yeznəsiylə qaçan 14 yaşlı qızın atası danışdı: "Bağışlamaq ola bilməz"

- Ailəylə qohumluğunuz olub?

- Qohum olmamışıq. Sadəcə, böyük qızım o evə gəlin köçüb.

- Qızınız iki il yarımdır ki, o ailədə gəlindir. Bu müddətdə narazılıq, problem olub?

- Azərbaycanın bütün ailələrində olduğu kimi, hər bir ailədə söz-söhbət olur. Mənim onlarla heç bir narazılığım, problemim olmayıb.

- Həyat yoldaşınız, yaxud Ələmdarın həyat yoldaşı olan qızınız Ələmdarla kiçik qızınızın hər hansı münasibətinin olduğunu hiss ediblərmi?

- Mən özüm də yeznəyəm. İnsan öz qaynanasına, baldızına, qaynatasına necə münasibət bəsləyər? Onu həmişə ailəmizin bir üzvü kimi qəbul etmişəm. İndiyə kimi Ələmdarla üz-üzə oturub bir stəkan çay içməmişik.

- Bu məsələdə qızınızı daha çox qınayırsınız, yoxsa Ələmdarı?

- Mənim bu gün sabah əlli yaşım tamam olur. Bu yaşımda istənilən azyaşlı qızı iki konfetlə yoldan çıxara bilərəm. Yəni bunu etmək asandır, amma əclaflıqdır axı... Zəngləri araşdırmışam. Qızım qaçan ərəfədə yeganə əlaqəsi olduğu şəxs yeznəm olub. İmanımı yandıra bilmərəm, amma nömrələrə əsasən deyirəm. Burada gizlədiləsi bir şey yoxdur. Son on günün telefon danışıqlarını çıxartdırmışam, qızımla yeznəmin telefon əlaqələri olub.

- Ələmdarın öz həyat yoldaşının durumu necədir? Qızınız nə deyir?

- O hazırda mənim evimdədir. Sizə bir söz deyim. Təxminən bir il əvvəl Ələmdarın yoldaşı yoldaşıma deyib ki, ana, qızın Ələmdarla çox danışır ha. Yəqin ki, qısqandığı üçün bu sözü deyib.

Yeznəsiylə qaçan 14 yaşlı qızın atası danışdı: "Bağışlamaq ola bilməz"

- Ələmdarın həyat yoldaşının neçə yaşı var?

- Oktyabrın 8-də 22 yaşı tamam olacaq.

- Demək ki, anasına deyibmiş...

- Bəli, bir dəfə olub. Onda yoldaşım deyib ki, ay bala, yad adamla danışmır, qardaşıyla danışır. Ondan başqa bir şey olmayıb.

- Ələmdar xaraktercə necə adamdır?

- O hərbi xidmətdə olduğu müddətdə də bir qadınla yaşayıb. Bunu mən Mikayıllı kəndindən öyrənmişəm. Deyirlər ki, mənim qızımdan əvvəl biri qızı istəyib, aldadıb.

- Ələmdarın anası Rəvayət Məmmədova bildirib ki, qaçırılan qız iki il yarımda onlarda bir dəfə olub...

- Cəmi bir dəfə mənimlə və anasıyla bacısına dəyməyə gedib.

- Eşitdiyimə görə qızınıza qonşu kəndlərdən tez-tez elçi gəlirmiş.

- Qızıma qayınım da elçi gəlib, oğluna istəyib, yox demişəm. On dörd yaşı olan uşağı hansı qanunu əlimdə əsas tutub ərə verəydim?

- Az öncə özünü Ələmdarın yeznəsi kimi təqdim edən Şahin adlı şəxs əlaqə saxladı və bildirdi ki, qızınızın 14 yox, 18 yaşı var. Sadəcə, sosial müavinət almaq üçün yaşını kiçiltmisiniz.

- Bütün kənd bilir ki, bu uşaq 2002-ci ildə anadan olub. Orada heç bir sənəd dəyişikliyi olmayıb. Bunu icra hakimiyyəti də, digər orqanlar təsdiqləyə bilər.

- Rəvayət Məmmədov bildirir ki, əgər məsləhət olsa, oğlum baldızını da saxlayar, həyat yoldaşını da.

- Mən ürəyi xəstə adamam. Gör mən nə qədər əclaf, şərəfsiz ata olmalıyam ki, bu duruma razılaşım?! Mənim bir tikə çörəyim yoxdur ki, qızım evimdə yesin? Onu hansı şərəfsiz ata edər? Onda gərək ip alam Bakı şəhərində özümü asam.

- Ələmdarın həbsini istəyirsiniz, yoxsa özünüz cəzalandırmağı düşünürsünüz?

- Mən ona ən ağır cəzanın verilməyini istəyirəm. Burada barışıq söhbəti ola bilməz. El-oba içində, Azərbaycanda biabır olmuşam, o mənim şəxsiyyətimə, mənliyimə, namusuma, qeyrətimə ləkə vurub.

- Qızınızın fikri nədir?

- Qızımın fikrini bilmirəm. Hazırda o uşağa cavabdeh şəxs mənəm. O mənim övladımdır, Fatimənin (Ələmdarın həyat yoldaşı) yox. Sizcə, bu şərəfsizliyi necə bağışlamaq olar? Hələ ki mənim uşağım tapılmayıb. Bəlkə uşağımın başını kəsiblər, bəlkə başqa dövlətə aparıblar. Uşağım üzə çıxsın, tapılsın, ondan sonra qanuna uyğun cəzası verilsin. Barışmaq, bağışlamaq söhbəti ola bilməz.

- Polisdən son dəfə nə cavab almısınız?

- Cəlilabad polisinin bu işə münasibəti məni qane etmir. O gün bir nəfər noxud oğurlamışdı, tutublar. Amma adam oğurlanıb, hələ heç bir xəbər yoxdur. Sentyabrın 23-də bu hadisə olan gün bizim məhəlləyə bir taksi gəlib. 19-BN-726 dövlət nömrə nişanlı VAZ 2107 markalı taksi məhəlləyə gəlib və ora gələndə batıb. Qız itəndən sonra uşağımın corabları maşının batdığı ərazidən tapılıb. Polisə deyirəm ki, imkan yaradın həmin sürücüyə iki sual verim, amma eləmirlər. Hər halda ata kimi mənim belə bir ixtiyarım var da.

P.S. Qaçırılıan qızın fotosu atasının təkidli xahişiylə ölkə.az tərəfindən açıq formada verilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Məsləhət olsa oğlum baldızıyla da yaşayar, yoldaşıyla da" — 15 yaşlı baldızını qaçıran oğlanın anası

    "Məsləhət olsa oğlum baldızıyla da yaşayar, ...

    4-10-2016, 22:41

  • 
  • Zorlanan 15 yaşlı qızın atasından uşağı oldu

    Zorlanan 15 yaşlı qızın atasından uşağı oldu ...

    5-07-2013, 18:55

  • 
  • 11 yaşlı qızın intiharı ilə bağlı YENİ XƏBƏR

    11 yaşlı qızın intiharı ilə bağlı YENİ XƏBƏR ...

    9-03-2016, 13:11

  • 
  • 18 yaşlı məktəbli qız direktora qoşulub qaçdı... - Fotolar

    18 yaşlı məktəbli qız direktora qoşulub qaçdı... ...

    3-06-2016, 15:34

  • 
  • Özünü asan 9 yaşlı qızın ailəsini SOCAR-la nə bağlayır?

    Özünü asan 9 yaşlı qızın ailəsini SOCAR-la nə ...

    12-11-2015, 18:08


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu