GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Nikoil Bank” da vətəndaşların evinə məhkəməsiz müştəri də tapırlar? - İTTİHAM VAR

“Nikoil Bank” da vətəndaşların evinə məhkəməsiz müştəri də tapırlar? - İTTİHAM VAR

Tarix: 7-10-2016, 00:34 Bölmə :Ölkə Baxış: 428
“Nikoil Bank” da vətəndaşların evinə məhkəməsiz müştəri də tapırlar? - İTTİHAM VAR

Bu günlərdə Qafqaz Xəbər Agentliyinə ərizə ilə müraciət edən Bakı şəhəri Nizami rayon sakini, 1963-cü il təvəllüdlü Fatma Heydər qızı Əliyeva bildirib ki, o, “Nikoil Bank”ın 9 saylı filialında baş mütəxəssis işləyən Azad Abıyev adlı şəxs tərəfindən aldadılıb və hətta zorakılığa məruz qalıb. Şikayətçinin sözlərinə görə, Azad Abıyevin saxtakarlığı üzündən, o evindən məhrum olub və “Nikoil Bank”indi onun mənzilini əlindən almaq istəyir: “Evimi təmir etdirmək və şəkər xəstəsi olan bacımın müalicəsi üçün 2014-cü il noyabrın 24-də həmin banka müraciət edib kredit ayırmağı xahiş etmişəm. Orda işləyən Azad Abıyev adlı baş mütəxəssis sənədlərə 12500 (on iki min beş yüz) manat yazmaqla, 10000 (on min) manat kredit verdi. Mən dedim ki, mənə 10 min lazımdır, o isə sənədlərə 2500 manat artıq yazdı və dedi ki, bu artıq məbləğ bankın xərcidir.

Məndən 400 manat da notarius xərci aldı, evimi banka girov qoyduq. Mənimlə ilk dəfədən mehriban davranmış, isti münasibət göstərmişdi. Mən də ona “oğlum” deyirdim və səmimiyyətinə inanırdım. Daha sonra evimin təmiri zamanı ortaya əlavə xərclər çıxdı, mən yenidən banka getdim. 2014-cü il dekabrın 18-də Azad Abıyevin yanına gedərək, 3 min manat da kredit ayırmalarını xahiş etdim. O dedi ki, sabah tezdən gəl, direktor Seymur müəllim burda olmayacaq, mən tələsik sənədləri hazırlayaram, gedərsən.

Dekabrın 19-da mənə 3 min manat verdi, amma sənəddə 24300 (iyirmi dörd min üç yüz) ABŞ dolları yazdı. Əlavə olaraq, məndən ikinci dəfə girov müqaviləsi üçün 400 manat notarius pulu alındı. Mən sevincək pulu alıb getdim evə, sənədlərə də baxmadım”.

O qeyd edib ki, növbəti ay banka pul ödəməyə gedəndə, ondan krediti manatla yox, dollarla ödəməyi tələb ediblər. “Mən işçidən səbəbini soruşanda, Azad Abıyev qolumdan tutub öz otağına çəkdi və dedi ki, “Fatma xanım, səndən üzr istəyirəm, mənim yadımdan çıxdı, sənə müqavilənin dollarla olduğunu demədim”.

Onun dediyinə görə, 24300 ABŞ dolları ümumi məbləğ idi. Amma 10 min manatın üstünə 3 min manat gələndə 24300 dollar eləmir axı? Azad Abıyev məndən xahiş etdi ki, hələlik “sakit” durum, o da öz maşınını satıb mənim üstümə yazılan artıq məbləği özü ödəyəcək.



Yeddi ay ərzində məni aldatdı, “atamın goruna and olsun” deyə andlar içərək, məni pis vəziyyətə qoydu. Sonra bank 2015-ci ilin dekabrında məni məhkəməyə verdi. Nizami Rayon Məhkəməsində hakim Məzahir Sadıqov məni dinlədi, dedi narahat olma, sənə kömək edəcəyəm. Amma iyunun 9-da qətnamə çıxarıldı ki, evimdən çıxarılım.

Ondan qabaq isə Səliqə adında bir qadın gəlmişdi evə, dedi ki, Azad müəllim onu göndərib, evi 30 min manata Azada sat, yoxsa bank əlindən alacaq. Mənsə o qadını qovdum. Birinci məhkəmədə uduzandan sonra, mən iyunun 14-də Azadın yanına getdim, dedim ki, “Azad müəllim, sən məni aldatdın, şikayətim olmadığı barədə kağızlara imzalatdırdın, amma indi özünü kənara çəkmisən”.

O da məni təhqir etdi və qolumu qıraraq bankdan qovdu”, – deyə şikayətçi bildirib. Fatma Əliyeva polisə şikayət etdiyini qeyd edib: “Mən 102-yə müraciət etmişəm, bu dəqiqə bütün sənədlərim hazırda Nərimanov Rayon Polisindədir, Xıdır Xıdırov araşdırıb. Nərimanov Rayonu Prokurorluğunda Vüqar Əliyev mənə dedi ki, bir ay içində iki dəfə kredit verilməsində vəzifə saxtakarlığı və korrupsiya elementləri var. Digər tərəfdən 96 saylı notariusda girov müqaviləsi üçün 34 manat rüsum keçirib, amma məndən 400 manat alıb maşında saxlamış, özü isə gedib sənədləri rəsmiləşdirmişdi. Hazırda Bakı Apellyasiya Məhkəməsində proses gedir. Sizdən xahiş edirəm ki, məsələnin ictimailəşməsi və haqq səsimin ölkə rəhbərliyi tərəfindən eşidilməsi üçün, mənə dəstək verəsiniz. Azad Abıyev və “Nikoil Bank”ın məni məruz qoyduğu fırıldaqlar cəzasız qalmamalıdır”.

Oktyabrın 5-də Qafqaznews.az-a zəng edən Azad Abıyev adlı şəxs bildirdi ki, Fatma Əliyevanın sözlərinə münasibət bildirmək istəyir.

“O, bizdən birinci manatla kredit götürmüşdü, sonra gəldi ki, pul mənə azlıq edir, yenə kredit istəyirəm. Biz bildirdik ki, ancaq dollarla verə bilərik, o da razılaşdı. Birinci müqavilənin borcunu bağlamaqla, ikinci müqavilə imzaladıq. Burda qanunsuz heç nə yoxdur. Onun dediklərinin heç bir əsası yoxdur, nə qədər pul yazılıbsa, hamısını alıb. Heç bir “şapka”dan, “bank xərci”ndən söz gedə bilməz. Sadəcə, birinci devalvasiyadan sonra pulu ödəyə bilmədi, çətinlik çəkdi. Biz Fatma Əliyevanı çağırdıq ki, adamlar var, evi sat, banka borcunu ödə, sənə də pul qalacaq. O isə imtina etdi. İkinci devalvasiyadan sonra da gəlmişdi, ərizə yazdı ki, həqiqətən də o qədər pulu alıb və hətta ərizəsində bank işçilərinə təşəkkür etmişdi. Bu il iyunun 14-də gəldi banka hay-küy saldı, bizim də Mühafizə Polisiylə müqaviləmiz var deyə, düyməni basdıq, gəldilər. Sonra özü 102-yə şikayət etdi.. Gedib polisdə ifadə də vermişəm. Ona qarşı heç bir zorakılıq olmayıb, şahidlər də var”, – deyə A.Abıyev bildirdi.

Qeyd edək ki, redaksiyamıza məlumat verən başqa bir mənbə Azad Abıyevin qardaşı Zaur Əzizağa oğlu Abıyevin yaxın aylara qədər “Nikoil Bank”da idarə heyətinin üzvü olduğunu, 2014-2015-ci illərdə, yəni, Fatma Əliyevanın kredit mübahisəsi getdiyi vaxtlarda da öz qardaşını “qoruduğunu” bildirdi.

“Azad müəllim, atanızın adı nədir?”, – deyə Azad Abıyevdən soruşduq.

“Atamın adını nə edirsiniz, çoxdan rəhmətə gedib”, – deyə həmsöhbətimiz cavabdan yayındı.

“Allah rəhmət eləsin! Atanızın adı Əzizağa olub?”, – deyə dəqiqləşdirmək istədik.

“Bəli. Əziağa olub”, – deyə Azad Abıyev təsdiqlədi.

“Zaur Əzizağa oğlu Abıyev…. “Nikoil Bank”ın İdarə Heyətinin üzvü… Sizin qardaşınızdır?” – deyə soruşduq.

“Bəli, mən qardaşımdır, onun bura nə dəxli var ki? Hazırda işləmir, mən özüm də 20 gündür ordan çıxmışam. İxtisara düşmüşəm. İkimiz də işsizik”, – deyə Azad Abıyev cavab verdi.

“Nikoil Bank”ın mətbuat xidmətinin rəhbəri Rəşad Cümşüdov isə bildirdi ki, məsələdən xəbəri var və Fatma Əliyeva dəfələrlə “Nikoil Bank”ın baş ofisinə şikayət üçün gəlib.

“Daxili araşdırma aparmışıq, heç bir qanunsuzluq aşkarlanmayıb. O qadın sadəcə devalvasiyadan sonra krediti ödəmək istəməyib, ona görə belə edir. Kreditlərin sənədləşdirilməsində hər şüy hüquqi və qanunidir. Onun döyülməsi ilə bağlı iddia isə əsassızdır, ekspertiza da müəyyən edib ki, bu xəsarət sonradan olub, “Nikoil Bank”dakı hadisəylə heç bir əlaqəsi yoxdur”, – deyə R.Cümşüdov bildirdi.

“Əgər müştərinin ödəmə ilə bağlı problemi olarsa, siz hansısa güzəştlər, restrukturuzasiya təklif etmirsiniz? Axı xanım evsiz qalacaq”, – deyə qeyd etdik. “Əlbəttə, biz o xanımın problemini anlayırıq, amma o, ümumiyyətlə kredit ödəməkdən imtina edib. Biz müştərilərimizə restrukturazsiya təklif edirik. Hətta bu yaxınlarda uğurla bir kampaniyanı bitirdik ki, devalvasiyaya qədər dollarla kredit götürən vətəndaşların ödənişlərini 1 dollara 1,03 manat məzənnə ilə qəbul edirdik”, – deyə bank rəsmisi cavab verdi. “Məhz Fatma Əliyevaya restrukturuzasiya təklif olunubmu?”, – deyə dəqiqləşdirmək istədik.

“Bu barədə deyə bilmərəm, ona nə təklif olunması barədə dəqiq məlumatım yoxdur”, – deyə “Nikoil Bank”ın mətbuat katibi cavab verdi.

Şikayətçi Fatma Əliyeva isə Azad Abıyev və Rəşad Cümşüdovun sözlərini belə şərh etdi: “18-ci bölmədə ərizəmi götürdülər, “napravleniya” ilə həkimə göndərdilər. Həkim rəyi də var, saytda yerləşdirə bilərsiniz. Mən elə bankın içindən 102-yə zəng eləmişdim, amma ərizəmi bir neçə gün sonra götürdülər. Bir də ki, əgər mən dəfələrlə “Nikoil Bank”da olmuşamsa, Azad Abıyevdən şikayət etmişəmsə, necə olur ki, bank işçilərimdən şikayət olmadığını da yazmışam? Məni Azad Abıyev aldadıb arxayınlaşdırmışdı. Yoxsa, mən dəfələrlə şikayət etdiyim adamdan yazılı surətdə razılıq bildirərdimmi? Onlar məni aldatdılar. Heç bir restrukturuzasiya da təklif etmədilər”. Bizə maraqlı gəldi, “Nikoil Bank” əməkdaşları hansı hüquqi əsasla borclunun evinə müştəri tapırlar? Məgər, vətəndaşın evinin satılıb-satılmamasına yalnız məhkəmə qərar vermir?

Oktyabrın 6-da bu suallara cavab almaq üçün, “Nikoil Bank”ın mətbuat katibi Rəşad Cümşüdovla yenidən əlaqə saxladıq. “Mən Azad Abıyevin yerinə cavab verə bilmərəm. Ümumiyyətlə, qanunvericiliyə görə, borclu müştərinin evi ancaq hərracla, məhkəmə qətnaməsindən sonra icraçı vasitəsiylə satıla bilər”, – deyə R.Cümşüdov cavab verdi. “Siz demişdiniz ki, ekspertiza rəyi var… Vətəndaş bizə həkim rəyi təqdim edib, orda xəsarət faktı təsdiqlənib”, – deyə xatırlatdıq.

“O bizə şikayət edib, onun sözləri dinlənilib, araşdırma keçirilib və ona müvafiq cavab verilib… Fatma Əliyeva həkim rəyini bizə də təqdim edib. Sizdə varsa bizdən niyə soruşursunuz?… Siz istintaq orqanı deyilsiniz, mediasınız… Məhkəmə gedir, prokurorluq araşdırır… Məhkəmə nə qərar versə, onu icra edəcəyik. Əgər məhkəmədə hər hansı qanunsuzluq faktı ortaya çıxsa, onu aradan qaldıracağıq”, – deyə R.Cümşüdov bizim suallarımıza cavab verdi.

Azad Abıyevin isə özü Qafqaznews.az-a bildirdi ki, özü F.Əlyevanın evinə müştəri tapıb: “Mən yaxşılıq məqsədiylə onun evinə müştəri tapdım, o isə boyun qaçırdı. Bütün banklarda bu praktika var, heç bir qanunsuz şey yoxdur. Bank zamin durur, borc ödənilir, əlavə pul verilir ev sahibinə, notraiusda alqı-satqı olunur, ev girovdan çıxarılır. Mən ona restrukturuzasiya da təklif edim, məsələsini bankın kredit komitəsinə çıxarıb, 180 aylıq qrafik tərtib elədim, o isə dedi ki, yox, mən 1 dolları 0,78 qəpik məzənnəsi ilə ödəmək istəyirəm. Bu isə mümkün deyildi. Ona dollar vermişiksə, dollarla da qaytarmalı idi. İnanın mənə, dedikləri böhtandır, heç bir əsası yoxdur”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Nikoil Bank” deputatı və qardaşlarını yenidən məhkəməyə verdi

    “Nikoil Bank” deputatı və qardaşlarını yenidən ...

    8-05-2013, 11:37

  • 
  • İpoteka güzəştinin qaranlıqları

    İpoteka güzəştinin qaranlıqları ...

    25-02-2013, 11:18

  • 
  • Cinayət işi məhkəməyə göndərilmişdir

    Cinayət işi məhkəməyə göndərilmişdir ...

    21-02-2015, 11:40

  • 
  • Vahid Ələkbərovla İsgəndər Xəlilov Bakıya gəlib

    Vahid Ələkbərovla İsgəndər Xəlilov Bakıya gəlib ...

    26-11-2013, 13:00

  • 
  • Azərbaycanda Bank dünya çempionunu aldatdı

    Azərbaycanda Bank dünya çempionunu aldatdı ...

    21-12-2012, 14:12


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (67)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu