GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İpoteka güzəştinin qaranlıqları

İpoteka güzəştinin qaranlıqları

Tarix: 25-02-2013, 11:18 Bölmə :Manşet Baxış: 1 130
İpoteka güzəştinin qaranlıqları

Vətəndaşlar necə aldadılır?

Bakı sakini Arif Əzizzadə Azadlıq radiosuna şikayət edib. Deməsinə görə, dostunun banka olan borcları indi onun mülkünə yönəldilib. Ancaq Arif Əzizzadə borc məbləğinin gündən-günə şişməsinin səbəbini bilmir: “Bir dostum evimi bankda girov qoyub ipoteka ilə pul götürüb, 21 min manat ödəyəndən sonra ödənişi edə bilməyib. Dostum işdən çıxdığına görə ödənişləri edə bilmədi, sonrakı aylar 11 min manat da özüm ödədim ki, ev əldən çıxmasın. Sonra mən də ödənişi etmək imkanında olmadım. İndi küçədə qalmaq təhlükəsindəyəm. 23 min manat idi, sonra oldu 26 min. Bank pul götürən dostumu məhkəməyə verdi, məhkəmə bitənə qədər borc yenə şişdi. Bank yenə apellyasiya məhkəməsinə üz tutaraq 30 min manatın ödənilməsini tələb etdi. İndi bu borc daha da şişib, olub 42 min manat. Bu məbləğlər niyə şişir, bank bu rəqəmləri haradan götürür, bilmirəm”.

Mənzil 90 min manat dəyərləndirilib

«Azəri-Türk Bank»ın nümayəndəsi Anar Məsimli bildirib ki, Çingiz Əliyev adlı şəxs bankdan 24 ay müddətinə 50 min manat nağd şəkildə kredit götürüb. Bankla Çingiz Əliyev arasında 1 noyabr 2008-ci ildə kredit müqaviləsi bağlanıb. Arif Əzizzadəyə məxsus mənzil 90 min manat dəyərləndirilib və girov olaraq bank tərəfindən qəbul edilib. Kredit müqaviləsinə görə, öhdəlik götürən şəxs krediti ödəmədikdə borcun ödənilməsi girova yönəldilir.
«Azəri-Türk Bank» ASC məhkəmədə iddia qaldırıb ki, Çingiz Əliyev ya banka olan 26469 manat əsas, 3000 manat faiz borclarını, 500 manat cəriməni ödəməlidir, ya da borclar girov qoyulmuş əmlaka yönəldilməlidir. Bank məhkəmədən mənzildə yaşayış qeydiyyatında olanların qeydiyyatdan çıxarılmasını da xahiş edib. Məhkəmə borcun girova yönəldilməsini təmin etsə də, iddianın qeydiyyatdan çıxarılma hissəsini baxılmamış saxlayıb.

«Müqavilələr bir tərəfin maraqlarina hesablanır»

Hüquqşünas Namizəd Səfərov deyir ki, çox vaxt vətəndaşların başına belə olayların gəlməsinin kökündə tərəflər arasındakı müqavilələrin gözüyumulu, tələsik bağlanması dayanır: «Adamlar düşünürlər ki, nə kağız verirlər versinlər, imzalayım, təki pulu alım. Müqavilədə yazılanları isə ev-eşik əldən gedəndə oxumaq məcburiyyətində qalırlar ki, bu zaman artıq gec olur. Məhkəmə də həmin müqavilələrə əsaslanıb qərar çıxarır. Çox vaxt qərarlar vətəndaşın xeyrinə olmur. Buna səbəb odur ki, istər bank, istərsə də hansısa ev tikən şirkətlə bağlanan müqavilələr bir tərəfin maraqlarına hesablanır. Məsələn, bankla vətəndaş arasındadırsa, bankın, hansısa evtikmə şirkəti ilə payçı arasındadırsa, şirkətin maraqları qorunur. Bu müqavilələrdə vətəndaşların çox cüzi hüquqları əksini tapır».
İndi Arif Əzizzadə evini qorumaq üçün məhkəmə yollarında qalıb.

Esmira Cavadova
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İşləməyən, dollarla kredit borcu olanlar hansı güzəştlər istəyir?

    İşləməyən, dollarla kredit borcu olanlar hansı ...

    21-01-2016, 20:50

  • 
  • İlhamə Quliyeva Nazpərini yenə məhkəməyə verdi

    İlhamə Quliyeva Nazpərini yenə məhkəməyə verdi ...

    12-08-2013, 14:22

  • 
  • Qazaxlı sahibkar özünü yandırmağa hazırlaşır

    Qazaxlı sahibkar özünü yandırmağa hazırlaşır ...

    20-01-2014, 14:05

  • 
  • İpoteka şərtləri ağırlaşdı

    İpoteka şərtləri ağırlaşdı ...

    28-03-2016, 19:22

  • 
  • Azadlıq” qəzetinin bank hesabına həbs qoyuldu

    Azadlıq” qəzetinin bank hesabına həbs qoyuldu ...

    17-04-2013, 10:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu