Noyabrın 18-də Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyilə REAL Hərəkatının lideri, həbsdə olan İlqar Məmmədovun kassasiya şikayətinə baxılacaq. Bu barədə turan-a onun vəkili Fuad Ağayev bildirib. Onun sözlərinə görə, kassasiya şikayətində cinayət hadisə və tərkibinin olmadığına görə cinayət təqibinin dayandırılması məsələsi qoyulur. İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib. O 7 il azadlıqdan məhrum olunub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?