GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » ELMARI ÖLDÜRƏN DƏSTƏ ÜZVÜNÜN İFADƏSİ YAYILDI

ELMARI ÖLDÜRƏN DƏSTƏ ÜZVÜNÜN İFADƏSİ YAYILDI

Tarix: 12-10-2016, 20:29 Bölmə :Ölkə Baxış: 415
 ELMARI ÖLDÜRƏN DƏSTƏ ÜZVÜNÜN İFADƏSİ YAYILDI

Turqay Bayramovun istintaqa dedikləri ortaya ciddi suallar və sensasion təfərrüatlar çıxarır

“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 7 ilə yaxın müddət keçir. Qətlin icraçılarından ikisi - Teymuraz Əliyev və Tahir Xubanovun barəsində axtarış elan edilsə də, istintaqçılarımız bu günə kimi onların yerini müəyyən edib, tapa bilmir. Lakin bu cinayətdə rəsmən qatil elan olunanlar barədə dəfələrlə məlumatlar yayılıb, iddialar ortaya qoyulub. İndi isə Elmar Hüseynov cinayətində adları keçənlər barədə istintaq ifadələri yayılıb. İşdə cinayətkarlara telefon nömrələri aldığı iddia olunan Turqay Bayram oğlu Bayramovun ifadələri redaksiyamıza çatdırılıb. İfadədə bu günə kimi qətllə bağlı yayılan bir çox məlumatlar təsdiqini tapır. Bundan başqa, bəzi qaranlıq məqamlar da ifadədə yer alır.
Killer dəstəsi Bakıya yanvarda gəlib

Turqay BayramovT.Bayramovun ifadəsindən aydın olur ki, Elmar Hüseynovu qətlə yetirən dəstə Bakıya 2005-ci ilin yanvar ayının təxminən sonlarında gəlib. Onu dəstə üzvləri ilə xalası oğlu Teymuraz Əliyev (qətldə əsas şübhəlilərdən biri) tanış edib. Deyib ki, Bakıya “Seko” adlı dostu ilə neft almaq üçün müqavilə bağlamağa gəliblər. Onun yanında “Seko”dan başqa Tahir adında azərbaycanlı olub. Məlumat üçün deyək ki, T.Əliyevin “Seko” kimi tədqim etdiyi Davrişov Serqo adlı Gürcüstan vətəndaşıdır.
Bir daha xatirladaq ki, 2007-ci ildə beynəlxalq tədbir çərçivəsində Tiflisdə olan azərbaycanlı jurnalistlər Tahir Xubanov, Teymuraz Əliyev və Serqo Davrişovla görüşüb onlara qətllə bağlı suallar vermişdilər.
T.Bayramov ifadəsində bildirir ki, xalası oğlu (Teymuraz Əliyev) Tahir Xubanovu ona Tiflisdəki qonşusu və uzaq qohumu, “Seko”nu isə kirvəsi kimi təqdim edib. İfadədən belə məlum olur ki, Teymurazgilin ilk işi Elmar Hüseynovun yaşadığı mənzilə çox yaxın bir yerdən - Nizami rayonu, Rüstəmov küçəsindəki beş mərtəbəlı binadan ev kirayələmək olub. Sonradan məlum olacaqdı ki, mənzilin eyvanından E.Hüseynovun adəti üzrə gedib-gəldiyi yolu nəzarətdə saxlamaq mümkün olub.
T.Bayramovun ifadəsində diqqəti çəkən məqamlardan biri də Teymuraz Əliyev və “Seko”nun Bakıdakı səfirliklərdən biri ilə mütəmadi əlaqə saxlamasıdır. O da məlum olur ki, dəstə üzvləri qətlə qədər bir neçə dəfə Tiflisə gedib gəliblər: “Teymuraz və ”Seko" fevralın 2-də Tiflisə neft alveri ilə bağlı sənəd arxasınca gediblər. Guya səfırlik vasitəsilə görmək istədikləri neft alveri ilə bağlı hansısa sənədləri çatışmır. Fevralın 22-də Tahir, “Seko” və Teymuraz bazara yanıma gəldilər. Dedi ki, ona müvəqqəti istifadə etmək üçün televizor və videomaqnitofon verim, həm də futbollara baxacaq. Verdim".
Güman olunur ki, T.Əliyev televizor və videomaqnitafonu xalası oğlundan E.Hüseynovu izləyərkən lentə alınan kadrlara baxmaq üçün alıb. Ehtimalən həmin kadrlara killer dəstəsini koordinasiya edən şəxs baxıb və öz tapşırıqlarını verib. Bu məqamı dolayısı ilə təsdiqləyən məlumat T.Bayramovun ifadəsində var: “Teymurazın kirayələdiyi evə çatanda ”Seko" və həmin iki gürcü geyimli formada evdən çıxmağa hazırlaşırdılar. Onların yanında təxminən 38-40 yaşlarında dolu bədənli, orta boylu, bığsız bir şəxs də vardı. Mən onu azərbaycanlıya oxşatdım. Əynində uzun ətəkli tünd rəngi - ola bilsin ki, ya qara, ya da tünd qəhvəyi rəngli dəri kurtkası var idi".
Bu şəxsin kimliyini istintaqçıların müəyyən edib-etməməsi bəlli deyil. Ehtimal etmək olar ki, məhz bu şəxs killer dəstəsi ilə Elmar Hüseynovu izləyən dəstəni koordinasiya edib, ümumilikdə qətliamın təşkilatçısı olub.
Həmin şəxsin müəyyən edilməsi qətl sifarişçisinin kimliyi barədə də ipucular verə bilər.

İşdə adları keçən naməlumlar kimdir?

T.Bayramov ifadələrində Tahir, “Seko” “Nuqo” və adını bilmədiyi bir gürcü barədə məlumat verir, cinayətdə istifadə olunan 539-93-81 və 539-93-82 nömrələrini saxta məlumatlar verməklə almalarından danışır.
Onun “Nuqo” kimi tanıdığı şəxs Bolkvadze Nuqzar, adını bilmədiyi gürcü isə Kasiya Arçildir.
T.Bayramov deyir ki, Teymuraz, “Seko” və Tahirin öz aralarında gürcü dilində danışmalarından «aeroport», «Dubay», «İsrail», «Fransa», «Almaniya» sözlərini eşidib. Lakin gürcü dilini bilmədiyindən söhbətin nədən getdiyini anlamayıb.
İfadəsində T.Bayramov “Teymuraz rus dili qarışıq azərbaycan dilində Tahirə dedi ki, təcili aeroporta get, dostum gəlir, bəlkə günorta reysi ilə gəlir, qabağına çıx. Bir də dedi ki, o ikranın məsələsini həll et”, deyib. Görünür, T.Əliyevin dəstə üzvünə “dostum gəlir” deyəndə Elmar Hüseynovun evinə qayıtmasını nəzərdə tutub. Bu həm də qətlindən əvvəl E.Hüseynovu güdən 2-ci bir dəstənin olduğu barədə mətbuatda yazılan iddiaları təsdiqləyir.
T.Bayramov ifadəsini davam etdirərək T.Əliyevlə Tahir adlı şəxsin arasındakı dialoqdan danışır: “Tahir Teymuraza dedi ki, aeroportda trafaretə baxdım və həmin reys gəlib. İki reys kimi Tahir səhv etmirəmsə, Almaniya və İsrail dedi. Teymuraz soruşdu ki, ”bəs ikranın haqq-hesabı nə oldu?" Tahir cavab verdi ki, alınmadı. Teymuraz Sekoya rus dilində dedi ki, Tahir işi yarıtmadı, gedib özümüz öyrənək görək hansı reys hələ gəlməyib və dostumuz niyə gəlməyib, əgər gündüz reysi ilə gəlməyibsə, gedək görək bəlkə axşam reysi ilə gələcək, gəlməmişdisə də o adam zəng vurub deməliydi.
Teymuraz və Seko təzə aldığımız nömrələrdən birinin quraşdırıldığı “Samsunq” markalı telefonu götürüb aeroporta yola düşdülər".
Bu dialoqdan belə təxmin etmək olar ki, aeroport deyəndə dəstə üzvləri E.Hüseynovun yaşadığı mənzili və mənzilin yerləşdiyi binanın ətrafını nəzərdə tutublar.
“Gəlməmişdisə də o adam zəng vurub deməliydi”, sözü də E.Hüseynovu güdən dəstəyə işarədir. Yəni E.Hüseynovun mənzilinə gəlməsini həmin dəstədən kimsə zəng edib killer dəstəsinə məlumat verməli idi. Digər diqqəti çəkən məqam isə T.Əliyevin rus, gürcü, kürd, erməni dillərini bilməsi ilə bağlıdır. Qeyd edək ki, bir neçə gün əvvəl cinayətdə iştirak etmiş Sekonun milliyyətcə erməni olması ilə bağlı məlumatlar dərc etmişdik. Bu həm də killer dəstəsinin transmilli cinayətkar qruplaşmalarla sıx ünsiyyətdə olmasından xəbər verən məqamlardandır.

Qətl fevralın 28-də olmalıymış?

T.Bayramov dəstə üzvlərinin 2005-ci ilin fevral ayının 28-də Gürcüstana qayıtması ilə bağlı məlumat verib: “Teymuraz zəng vurdu və dedi ki, axşam zəng gəlib və ona dostunun atasının Gürcüstanda vəfat etməsini xəbər veriblər, ona görə də ola bilər ki, cənazə yerdən götürülməmiş bu gün çıxıb gedə bilərlər, bu səbəbdən də televizoru, vıdeomaqnitafonu və kaseti ondan götürüm. Yasa onların hamısının gedəcəyini soruşdum. Dedi ki, əgər getməli olsalar, Seko ilə o ikisi birlikdə gedəcəklər”.
Görünür, qətl fevralın 28-də həyata keçirilməliymiş. Hansısa səbəbdən həmin gün baş tutmayıb. Tamamilə mümkündür ki, həmin gün Elmar Hüseynov evinə gedərkən blokda kimsə olub və bu səbəbdən qətl törədilməyib.
Xatırladaq ki, “Monitor”un baş redaktorunun qətlində iştirak edənlərdən Teymuraz Adil oğlu Əliyev 16 noyabr 1962-ci ildə Gürcüstanın Tiflis şəhərində anadan olub. Tiflisdə 63 saylı orta məktəbi bitirib. Bu məktəbdə dərslər rus dilində keçirilib. Qətldə adı keçən digər 3 noyabr 1959-cu il təvəllüdlü Gürcüstan sakini Tahir Bayram oğlu Xubanov da Tiflisdə anadan olub.
Hər iki şəxs barəsində Elmar Hüseynovun qətlindən 5 ay sonra - 10 iyul 2005-ci ildə Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə, terror aktı) maddəsi ilə, elə həmin gün Teymuraz Əliyev barəsində eyni maddələr və əlavə olaraq 32.5-ci maddə ilə axtarış elan olunub. Bu günə kimi istintaq orqanı onları bu və ya digər səbəbdən həbs etməyib.

E.HÜSEYNOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elmar Hüseynovun atası hakimiyyəti günahlandırdı

    Elmar Hüseynovun atası hakimiyyəti günahlandırdı ...

    12-09-2013, 02:23

  • 
  • “ELMARI ÖLDÜRMƏK YOX, YANDIRMAQ LAZIM İDİ” - Killer general Covdarovun etirafları

    “ELMARI ÖLDÜRMƏK YOX, YANDIRMAQ LAZIM İDİ” - ...

    17-11-2015, 13:08

  • 
  • Elmar Məmmədyarovun başı dərddə

    Elmar Məmmədyarovun başı dərddə ...

    25-05-2016, 16:22

  • 
  • R.Əliyevin məhkəməsi. İstintaq ifadələri təsdiqlənmir

    R.Əliyevin məhkəməsi. İstintaq ifadələri ...

    14-01-2016, 18:16

  • 
  • Azərbaycanda xaricdən planlaşdırılan siyasi qətlin üstü açıldı

    Azərbaycanda xaricdən planlaşdırılan siyasi ...

    23-01-2013, 10:47


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu