GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "Qəmlo ilə qohumluğumuza görə daim qorxu altında yaşamışıq"

"Qəmlo ilə qohumluğumuza görə daim qorxu altında yaşamışıq"

Tarix: 13-10-2016, 13:54 Bölmə :Ölkə Baxış: 486
"Qəmlo ilə qohumluğumuza görə daim qorxu altında yaşamışıq"

Lətif Həsənov: "Rəhmətlik Heydər Əliyevə dedim ki, suçu olanda nə olar, mənim də könlümdən "Qaz-24" keçir. Üstündən bir az keçmiş çağırdılar ki, gəl, maşınını apar"

Qulaqları zəif eşitdiyindən və gözlərinin nuru azaldığından gəlişimizdən xəbər tutmamışdı. Var qüvvə ilə baltanı iri ağac kötüyünə çalır, tiyənin arxasını yerə vurub onları parçalayır, çilikləyirdi.

Köhnə kişilər qış tədarükünə ciddi yanaşırlar. Belə vaxtda onları işindən ayırmaq heç insafdan deyil. Barəsində yazmaq istəyimizə təəcüblə yanaşdı: "Axı, mən qəhrəman deyiləm".

Lətif Həsənov İmişli rayonunun Şahverdili kəndinin ən yaşlı sakinlərindən biridir. Onun həyat hekayəsi qarlı-aşırımlı yollardan, Milli dərəsindən, Vedibasar kəndlərindən, milli münaqişənin acısından, müharibənin aclığından, qazamatdan, deportasiyadan, kolxoz zülmündən, qara çərən basmış, ilan mələyən düzlərdə cənnətməkan yaratmaqdan… keçir. Qabarlı əlləri ilə quru yurdda ailəsinə ev tikib, bir çətən külfət saxlayıb. Bu sadə insanın söhbəti maraqlı, əməlləri ibrətamizdir. Axtarsaq, onun fəaliyyətində qəhrəmanlıq nümunələri də tapa bilərik… "Qəmlo ilə qohumluq faktı daim bizi təqib edib" Lətif Həsənov deyir k, ata babası uzun illər Vedi mahalındakı 32 kəndə ağalıq edib, igidliyinə görə "Bəla Həsən" adı ilə tanınıb. "Axırıncı aşırım" filmindəki Qəmlonun prototipi — Qəmbəralı Həsənin qız nəvəsi, deməli, həm də onun bibisi oğludur. "Mən Qəmlo öldürülən ildə doğulmuşam. Buna görə də onun barəsində bildiklərim böyüklərdən eşitdiklərimdir. Amma Qəmlo ilə qohumluq faktı zaman-zaman bizi təqib edib, qorxu altında saxlayıb", — deyir Lətif kişi. Eyni zamanda onunla fəxr ediblər: "Qürur duymuşuq. Filmdə fərqli, həm də mənfi obraz kimi təqdim edilməsinə baxmayın, müsəlman kəndlərinin daşnak hücumundan qorunmasında rəhmətliyin böyük əməyi, şücaəti olub". Köçhaköç Xatırlamasına görə, yaşadıqları Qarabağlar (sonralar Vedi adlandırılıb) rayonunun Hand kəndində cəmi 18 ev olub, 1939-cu ildə Şura hökuməti buranı yaşayış məntəqəsi kimi ləğv edib: "Biz Gilənar kəndinə köçdük. Fərəməz əmimgil Ellicə kəndinə, bibim oğlu Mövlanverdinin ailəsi Əziz kəndinə getdi. Beləcə qohum-qardaşın hərəsi bir tərəfə dağıldı".

"Qəmlo ilə qohumluğumuza görə daim qorxu altında yaşamışıq"

Böyük Vətən Müharibəsi başlanandan az sonra Lətifin atası cəbhəyə göndərilib və Mozdok uğrunda gedən döyüşdə itkin düşüb. Bundan sonra ailələrinin ağır yükünü anası Sona xanım çəkib. Bütün çətinlik, məşəqqət və məhrumiyyətlərə baxmayaraq, bu qadın 100 ildən artıq ömür yaşayıb və 1992-ci ildə Şahverdili kəndində vəfat edib. Sonuncu yaşayış məntəqəsinə gəlmələri isə könüllü olmayıb, onları, Vedi rayonunda yaşayan digər minlərlə azərbaycanlı ailəsi kimi, dədə-baba torpaqlarından zorla köçürüblər.

"Dörd gün bağlı yük vaqonunda yol gəldik. Çöl-biyabanda qatar dayandı, qapıları açdılar ki, "çatmısınız, düşün". Heç kəs yerə enmək istəmirdi. Düz on gün beləcə dirəniş göstərdik. Axırda zorla bizi vaqonlardan yerə tökdülər", — həmsöhbətimiz o günləri belə xatırlayır. Adamlarla birgə kolxozun mal-qarası da bu yerlərə gətirilibmiş. Amma iqlimə uyğunlaşa bilmədiklərindən növbəti ilin yayında həmin heyvanların hamısı tələf olur. Dağ yerinin adamları yandırıcı günə, nəfəskəsən bürküyə birtəhər tab gətirərək, adam boyu verən çərənləri, tikanları təmizləyib, qamışdan, torpaq doldurmadan özlərinə ev tikir, ağac əkib kölgələnəcək yaradırlar. İllər sonra burada təşkil edilən Mirbəşir Qasımov adına və "Qələbə" kolxozları rayonun ən qabaqcıl təsərrüfatlarından birinə çevrilir. Amma ilk vaxtlar buradakı şəraitə uyğunlaşa bilməyən 23 yaşlı gənc, ailə quran kimi baş götürüb Şəmkir rayonunun Çinarlı kəndində yaşayan əmisinin yanına gedir. Onları boş qalmış alman evlərindən birində yerləşdirir və üzümçülük sovxozunda işə götürürlər. Bir müddət sonra yaxınlarının təkidi ilə yenidən Şahverdili kəndinə qayıtmalı olurlar. Turpla ev tikib, suçuluqla "Qaz-24" alıb Lətif kişi deyir ki, hazırkı evini turp əkib satmaqla tikib: "Bir il turpun qiyməti baha olmuşdu. Həyətyanı təsərrüfatımı şumlayıb, turp toxumu səpdim. El köməyi ilə onu torpaqdan çıxartdıq. Düz 4 ton məhsul olmuşdu". "Qatarla Rusiyanın Tula şəhərinə aparıb satdım. O qədər pul olmuşdu ki, ciblərə yerləşdiriləsi deyildi, içərisində turp apardığım kisəyə yığdım. Qayıdıb həmin pulla tikinti materialları aldım və bu evi tikməyə başladıq", — danışır ağsaqqal. Dediyinə görə, mərhum prezident Heydər Əliyev 4 dəfə bu kənddə olub: "Bir dəfə sahə evində kolxozçuların hamısı ilə ümumi görüş keçirdi. Dedi, "kimin nəyə ehtiyacı varsa, desin". O vaxtlar avtomobil almaq çətin idi, gərək illərlə növbə gözləyəydin. Dedim, suçu olanda nə olar, mənim də könlümdən "Qaz-24" keçir. Üstündən az vaxt ötəndən sonra "raypo"dan xəbər göndərdilər ki, "gəl, maşınını apar"". Seyidbaba ocağının möcüzəsi Niyyət edibmiş ki, oğlu Vilayət hərbi xidmətdən sağ-salamat qayıtsın, ailə üzvləri ilə birgə ana babasının ocağını ziyarət etsin: "Uşaq 1982-ci ilin mayında gəldi, bir ay sonra yola çıxdıq. Kotuz kəndinədək avtomobillə, qalan, təxminən 30 kilometrlik yolu isə piyada getdik. Biz gedən vaxt orada heç kəs yaşamırdı. Çay daşlarından olan hasarlar uçmuş, əyilmiş, evlər yerə çökmüşdü. Amma babamın qəbrinin ətrafı təmiz idi. Axı həmin illərdə ora tez-tez müxtəlif yerlərdən ziyarətə gələnlər olurdu".

Lətif kişi Seyidbaba ilə bağlı möcüzələrdən də danışır: "Həyətində bitən armud ağacının bir budağı evin divarından içəri keçmiş, hərəsi bir rəngdə meyvə gətirmişdi. Dağ keçiləri bu həyətə gəlir, nənəm onları sağıb südündən pendir tuturdu".

Dediyinə görə, Seyidbaba və oğlu Həsən ötən əsrin əvvəllərində ortaya milli münaqişə düşən vaxtı qətlə yetirilib. Sonuncu münaqişədən sonra daha bu ocağı da ziyarət edə bilməyirlər. Qızıl və brilyant toyları da arxada qalıb… Lətif babanın 86, həyat yoldaşı Qumru xanımın isə 83 yaşı var. Onlar 63 ildir ki, birgə həyat yaşayırlar. Övladları artıq baba və nənə olublar. Amma hələ də əllərini işdən üzmək, dizlərini qatlayıb oturmaq istəmirlər. Dediklərinə görə, onları gümrah saxlayan elə iş-güc, açıq havada, təbiətin qoynunda olmaqdır. Həyətyanı təsərrüfatlarında yaxşı bağ salıblar, hər cür meyvə ağacları yetişdiriblər. Amma yaşıdları azaldıqca qəribsəməyə başlayıblar. Hələ hava soyumamış odun doğramaq da bəlkə elə yarpaq tökümünün gətirdiyi sərinliklə bağlıdır…

Ayaz Yaşılyarpaq
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qaxda 57 yaşlı kişini ilan sancıb

    Qaxda 57 yaşlı kişini ilan sancıb ...

    11-05-2016, 11:58

  • 
  • Mehman Əliyev: “Əli Həsənov dedi ki, niyə namizədliyini vermirsən?”

    Mehman Əliyev: “Əli Həsənov dedi ki, niyə ...

    14-08-2013, 00:05

  • 
  • “Xəstə olanda bircə şey keçdi könlümdən, “evlənmək” istədim”

    “Xəstə olanda bircə şey keçdi könlümdən, ...

    16-08-2014, 12:33

  • 
  • Lətif Hüseynov Avropa Məhkəməsinin hakimi oldu

    Lətif Hüseynov Avropa Məhkəməsinin hakimi oldu ...

    12-10-2016, 19:09

  • 
  • Etiraz aksiyası keçirən İmişli sakinləri yolu bagladı

    Etiraz aksiyası keçirən İmişli sakinləri yolu ...

    4-06-2013, 12:11


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu