Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, deputat Ayaz Orucovun da tender maxinasiyaları üzə çıxır Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, deputat Ayaz Orucovun işdən azad edilməsi birmənalı qarşılanmayıb. Onun vəzifəsindən uzaqlaşdırlmasının səbəbi kimi korrpusiya əməllərinə yol verdiyi göstərilir. Fondun ictimaiyyətlə əlaqələr sektorunun keçmiş müdri Ramiz Məmmədzadə deyir ki, Nazirlər Kabinetinin yanında 1999-cu ildə yaradılmış bu fondunun nizamnaməsi hazırlayanlardan biri də özüdür. “Baş nazirin müavini Əli Həsənovun Ayaz Orucovu işdən azad edilməsi qərarını bəyəndim. Ə.Həsənov həm də bu fondun Müşahidə Şurasının sədridir. Millət vəkili mənfi imicə və xarakterə malik adam ikimi səciyyələnir. Mən bu fondda sektor müdri olmuşam. O, bu vəzifəyə gələndən sonra fondun fəaliyyəti mənfiyə doğru dəyişdi. Tenderlər formal keçirilirdi, qaliblər telefon zəngi ilə həll olunurdu. O, audit orqanları ilə də dil tapıb işləyə bilirdi ki, cinayət əməli açılmasın”. Ramiz Məmmədzadə bildirir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun əsas maliyyə mənbəyi Dünya Fondudur. Qurumun yalnız 20 faiz maliyyəsini Azərbaycan dövləti təşkil edir. “Bakı və onun ətarfında qaçqın və məcburi köçkünlər üçün salınan şəhərciklərin maliyyə mənbəyi Dünya Fondudur. Şəhərciyin salınmasına nəzarət edən şəxs isə fondur direktoru Ayaz Orucovdur. O, şəhərciklərin, komplekslərin salınması zamanı çox böyük yeyintilərə yol verib. Onun fəaliyyətininin araşdırıb yoxlanılmasını təklif edirəm”, Ramiz Məmmədzadə bildirdi. O, Ayaz Orucovun millət vəkili seçilməsinin də sual alıtında olduğunu vurğuladı: “Onun Beyləqandan necə deputat seçilməsi də müəmmalıdır. Prezidentin siyasi xəttinə qarşı çıxan adam, korrupsiya əməllərinə görə fonddan qovulan Ayaz Orucovun millət vəkili mandatını daşıması sual doğurur. Millət vəkili mandatı ondan alınmalıdır”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?