GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Deputatın obyektlərini sökürlər

Deputatın obyektlərini sökürlər

Tarix: 2-12-2013, 17:00 Bölmə :Ölkə Baxış: 923
  Deputatın obyektlərini sökürlər
Ayaz Orucova plana düşən obyektlərinə görə kompensasiya verilməsi məsələsi şübhəlidir
Bakıda Heydər Əliyev prospektinə alternativ yeni yolun çəkilməsi layihəsi çərçivəsində sökülən tikililərin arasında Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsindəki (“Qaçqınkom”) vəzifəsindən çıxarılan deputatın da obyektləri var.

Virtualaz.org saytı xəbər verir ki, Beyləqandan deputat Ayaz Orucovun metronun “Koroğlu” stansiyasının ətrafında yerləşən obyektində də söküntü işləri gedir. Həmin binada deputatın “Hidromaşservis” şirkətinin ofisi, “İndesit” soyuducularının distribütor mərkəzi və “Espanyol mebel” salonu yerləşir.

Nəqliyyat Nazirliyindən sökülən obyektlərə görə deputata kompensasiya ödənilib-ödənilmədiyini dəqiqləşdirmək mümkün olmayıb. Nazirliyin mətbuat xidməti gün ərzində virtualaz.org saytının telefon zənglərinə cavab verməyib.

Lakin deputat Ayaz Orucovun mövqelərinin daha əvvəldən laxladığı nəzərə alınarsa, onun kompensasiya alması məsələsi şübhəli hesab oluna bilər.

Ayaz Orucovun biznes şəbəkəsi kifayət qədər genişdir. Onun biznes şəbəkəsinə “Hidromaş servis” QSC, “Espanyol mebel” və digər şirkətlər, o cümlədən Beyləqan rayonunda və Bakı ətrafında çoxsaylı restoranlar, mağazalar, mebel sexləri və s. daxildir. İtaliya markası olan “İndesit” soyudcularının Azərbaycandakı distribütorluğunu da deputatın şirkəti həyata keçirir. Həmçinin onun biznesinə digər məişət avadanlıqlarının ixracı və satışı daxildir.

A.Orucov bu ilin mayında “Qaçqınkom”un nəzdindəki Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsindən çıxarılıb. Mətbuatda yayılan xəbərlərə görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənovla onun arasında münaqişə olub və Ə.Həsənov deputatı iclasdaca işdən azad edib. Səbəb A.Orucovun rəhbərlik etdiyi fond tərəfəfindən həyata keçirilən tikinti layihələrində ciddi korrupsiyaya yol verilməsidir.

Virtualaz.org-a isə məlum olmuşdu ki, əslində A.Orucov prezident İlham Əliyevin qəzəbinə gəlib. Belə ki, prezident ötən ilin sonlarında Müşfiqabad yaxınlığında qaçqınlar üçün tikilmiş yaşayış binalarının açılışında iştirak edəndə tikintinin yarıtmaz aparıldığının şahidi olub. Dövlət başçısı cavabdeh məmurlardan hesabat tələb edib. Əli Həsənov isə tikintiyə baş nazir Artur Rəsizadəyə yaxın şəxs olan deputat Ayaz Orucovun məsuliyyət daşıdığını bildirib.

Mənbə bildirir ki, prezident baş nazirə bununla bağlı ciddi iradını bildirib. Daha sonra Ayaz Orucovun tikdirdiyi digər yaşayış binalarında da oxşar vəziyyətin hökm sürdüyü, tikintidə və mənzillərin təmirində ucuz materiallardan istifadə olunduğu, smeta sənədlərində isə qiymətlərin şişirdildiyi məlum olub.

Əli Həsənovun rəhbərliyi ilə keçirilən müşavirədə isə deputatla mübahisə bu məsələlərin üstündə baş verib.

Vəzifədən çıxarılandan sonra deputatın biznes imperiyasında da vəziyyət dəyişməyə başlayıb. İşçilərə əmək haqlarının ödənilməsində gecikmələr başlayıb, bir çox hallarda əmək haqları azaldılıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Oliqarxlar da sökülən obyektlərinə görə kompensasiya alacaq

    Oliqarxlar da sökülən obyektlərinə görə ...

    4-12-2013, 10:30

  • 
  • ŞOK: Deputat oğluna ölkədən çıxış yasaqlandı

    ŞOK: Deputat oğluna ölkədən çıxış yasaqlandı ...

    7-03-2014, 18:17

  • 
  • Bakıda deputat oğlu ilə bağlı ŞOK məlumat: o, kimin maşınını atəşə tutdu?

    Bakıda deputat oğlu ilə bağlı ŞOK məlumat: o, ...

    1-03-2014, 11:13

  • 
  • Deputata korrupsiya ittihamı

    Deputata korrupsiya ittihamı ...

    5-05-2013, 11:30

  • 
  • Millət vəkili bələdiyyə binasına əl qoyub

    Millət vəkili bələdiyyə binasına əl qoyub ...

    25-12-2012, 12:11


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu