GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakıda qaniçən sektaya mənsub qadın 5 yaşlı oğlunu necə öldürdü…- SENSASİAN TƏFƏRRÜAT

Bakıda qaniçən sektaya mənsub qadın 5 yaşlı oğlunu necə öldürdü…- SENSASİAN TƏFƏRRÜAT

Tarix: 12-10-2016, 21:39 Bölmə :Ölkə Baxış: 541
Bakıda qaniçən sektaya mənsub qadın 5 yaşlı oğlunu necə öldürdü…- SENSASİAN TƏFƏRRÜAT

Bu gün paytaxtda dini təriqət üzvü olan qadının ötən gün 5 yaşlı oğlunu boğaraq qətlə yetirməsi xəbəri ölkə mətbuatınıda ildırım sürəti ilə yayıldı. Daha sonra mətbuatda hadisəni törətmiş şəxsin “Yahova şahidləri”sektasının üzvü olduğu, sosial şəbəklərdə isə onun satanistlərə xidmət etdiyi barədə iddialar irəli sürüldü. Xəbərlərdə deyilirdi ki, Bakının Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 14 ünvanında yaşayan 33 yaşlı Nazilə Qulubəyova “pis ruhları çıxartmaq” üçün oğlunun ağız nahiyəsinə əski parçası tutmaqla sıxıb, nəticədə uşaq boğularaq ölüb.

Virtualaz.org saytının əməkdaşları hadisənin baş verdiyi ünvanda olub, mərhumun yaxınları, qonşuları ilə söhbətləşiblər.

Məlum oldu, hadisə ilə bağlı xəbərlər mətbuatda dərc edildikdən sonra D.Bünyadzadə küçəsində hər kəs bundan danışır, amma kimsə əsl həqiqətin nə olduğunu bilmir.

Qonşular danışmaq istəmir

Qeyd edək ki, söhbətləşdiyimiz qonşular adlarının çəkilməsini istəmədilər. Səbəbini isə ailənin aqressiv münasibətindən çəkinmələri ilə izah etdilər.

“Biz də xəbəri internetdən oxumuşuq. Yazıblar ki, ana öz uşağını boğaraq öldürüb. Polislər gəldilər, izahat aldılar. Amma yenə də nə baş verdiyini dəqiq bilmirik”,- yaxınlıqdakı aptekin satıcısı hadisə ilə bağlı belə deyir.

Yaxınlıqdakı mağazanın satıcısı isə deyir ki, uşağın qıcolmadan öldüyünü eşidib: “Dünən polislər, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, bir də təcili yardım həkimləri burda idilər. Dedilər ki, uşağın hərarəti qalxıb, qıcolma tutub. Ana o qədər özünü itirib ki, övladına kömək edə bilməyib. Hətta şokdan qapını da açmayıb. Fövqaladə Hallar Nazirliyindən gələnlər qapını sındırıblar. Bundan sonra polis və təcili yardım gəldi. Meyiti müayinə etmək üçün tibbi ekspertizaya apardılar, baxın, indi gətiriblər”.

Qadın kosmetoloq işləyirmiş, qonşularla çox ünsiyyətdə olmurmuş...

Binanın qarşısında meyit maşını dayanmışdı. Yaxınlıqda dayanıb baş verənləri izləyən qonşularla söhbətləşdik. Qonşu qadınlar N.Qulubəyovanın şəhərdəki gözəllik salonlarının birində kosmetoloq işlədiyini, mədəni, sakit ailə olduqlarını deyiblər.

“Mən qadını üzdən tanıyıram. Qonşularla münasibəti salam-sağ oldan o yana keçmirdi. Hətta uşağı da həyətə buraxmırdı”, - qonşulardan biri deyir. Digərləri isə mətbuatın bu xəbəri hardan əldə etməsi ilə maraqlanır. “Oxuduq ki, qadın hansısa dini sektanın üzvü olub. Nazilənin ya öz anası, ya da qaynanası məncə milliyyətcə rusdur. Bu ailə kimsəyə qaynayıb-qarışmayıb. Yaxınları da aqressiv münasibət göstərir. Ona görə də nə baş verdiyini soruşmağa qorxuruq. Bircə deyirlər ki, ana şokda olduğundan yasda deyil. Uşaq ailənin yeganə uşağı olub”.

FHN-ə ata xəbər verib

Digər qonşu isə deyir ki, ana evdə olduğu halda qapının sındırılaraq açılması təəccüb doğurur. “Fövqəladə Hallar Nazirliyinə, polisə də ata məlumat verib. Biri ananın şokda olduğunu, digəri də uşağı evdə tək qoyaraq getdiyini deyir. Biz də xəbərləri izləyirik”,-qonşu deyir.

Ailənin yaşadığı blokun qarşısında iki nəfər dayanıb. Qonşular onların mərhumun yaxınları olduğu bildirildi.

“Siz baş sağlığına gəlmisiz, yoxsa mətbuatdan”,-sualına “mətbuatdan” cavabı eşidən kimi ərazini tərk etməyimizi tələb edirlər. Bəllidir ki, saytlarda yazılan xəbəri oxuyublar. Hüzür mərasimi keçirilən evdə də aqressiv qarşılayırlar. “Yazılanların hamısı yalandır. Yas bitəndən sonra hər kəsin cavabını verəcəyik”,-mərhumun yaxınlarından biri əsəbləşir.

Mətbuatı hədələdilər

Digərləri də faciənin başqa cürə təqdim edildiyini söyləməklə mətbuatı hədələyir. “Burada faciə baş verib, onlar isə şou axtarırlar. Hərəsi bir cür yazır”.

Yasamal rayon 29-cu polis bölməsindən isə hadisə ilə bağlı araşdırma aparıldığını deməklə kifayətlənirlər. “Ekspertizanın nəticəsini gözləyin”,-növbətçi hissədən deyirlər.

Prokurorluqdan sensasion məlumatlar gəldi

Yasamal rayon prokurorluğundan isə “Sputnik Azərbaycan” saytına bildirilib ki, ötən gün axşam saatlarında N.Qulubəyovanın həyat yoldaşı Rövşən Qulubəyov 102 xidmətinə zəng vuraraq həyat yoldaşı ilə oğlunun evdə bağlı qapı arxasında qaldıqlarını xəbər verib. Hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşları uşağın cansız bədənini döşəmənin üstündə aşkar ediblər. Ananı isə evdə tapmaq mümkün olmayıb.

Prokurorluqdakı mənbə deyib: “Uşağın boğularaq öldürüldüyü məlum olub. Əməliyyat axtarış tədbirləri nəticəsində N.Qulubəyova polis əməkdaşları tərəfindən həbs olunub. Sonradan məlum olub ki, qadın uşağı onun evdən çıxıb dini sektaya getməsinə, orada ayinlərdə vaxt keçirməsinə əngəl olduğu üçün öldürüb. Qadın izahatında etiraf edib ki, “İsa peyğəmbər və üzümçülərin sektası” adlı dini təriqətinin üzvü olduğu bildirilib. Bu dini sektanın isə “Yahova şahidləri”nə heç bir aidiyyatı yoxdur, nəsə yeni sektadır. Üzvlərinin ianələri hesabına fəaliyyət göstərir. Azərbaycanda onun fəaliyyətinə nə qadağa qoyulmayıb, nə də icazə verilməyib. Çünki belə sekta haqda indiyədək eşidən olmamışdı”.

Bəzi məlumatlara görə “İsa peyğəmbər və üzümçülər” sektası ən təhlükəli, totalitar dini təriqətlərdən biridir. İnternetdə yer alan məlumatlara görə yevangelist hərəkatı kimi XX əsrin 60-cı illərində ABŞ-da meydana çıxıb. Hazırda “Üzümçülər” assosiasiyasının ABŞ-da və dünyanın 200-ə yaxın ölkəsində 600-a yaxın kilsəsi var. Hər kilsə avtonomdur və Assosiasiyada bərabərhüquqlu partnyordur. Sekta fəal missionerlik fəaliyyəti göstərir...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda 20 yaşlı bərbər məktəbli qızı öldürdü - TƏFƏRRÜAT

    Bakıda 20 yaşlı bərbər məktəbli qızı öldürdü - ...

    1-05-2015, 11:05

  • 
  • Ata 14 yaşlı oğlunu 50 yerdən bıçaqlayaraq öldürdü

    Ata 14 yaşlı oğlunu 50 yerdən bıçaqlayaraq öldürdü ...

    21-07-2014, 12:41

  • 
  • 6 aylıq oğlunu boğub öldürdü (FOTO)

    6 aylıq oğlunu boğub öldürdü (FOTO) ...

    23-01-2015, 12:44

  • 
  • Bakıda 16 yaşlı məktəbli intihar edib  Böyüt

    Bakıda 16 yaşlı məktəbli intihar edib Böyüt ...

    29-09-2016, 23:27

  • 
  • Yataq otağında qətlə yetirlən qadının cinayət işi

    Yataq otağında qətlə yetirlən qadının cinayət işi ...

    6-08-2013, 20:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu