Son günlər müəllimlərin zorla pambıq yığmağa aparılması xəbəri ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Bu dəfə isə səhiyyə işçilərinin pambıq yığması sosial şəbəkənin gündəminə düşüb.
Cebhe.info xəbər verir ki, Facebook sosial şəbəkəsində Göyçay səhiyyə işçilərinin pambıq sahəsindən şəkilləri paylaşılıb. Fotolar Göyçay rayon Mərkəzi Xəstəxanasına məxsus olduğu deyilən səhifədən paylaşılıb.
Fotolara bu cür status yazılıb: “Göyçay səhiyyə işçiləri pambıq yığımında həvəslə iştirak edirlər. Onlar rayon təşkilatları arasında yığım üzrə yaxşı nəticələr əldə edirlər.Çevik və zirək işçilərimizə ölkəmiz üçün əhəmiyyətli olan bu işdə uğurlar arzulayırıq. Yorulmayasız!!!”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?