40 il, Sumqayıt çörək zavoduna rəhbərlik etmiş, Tofiq Hüseynov Sumqayıtda mənəm, Bağdadda Kor Xəlifə prinsipi ilə çalışırdı.
Sumqayıt "KİT" dən biri,"çörək Tofiq" ayamalı,Milli Məclisin sabiq deputatı,Tofiq Hüseynova məxsus, "Mətanət"şadlıq sarayı sökülür.Sahibkara yaxın mənbənin "Gündəm xəbər"ə dediyinə görə,şadlıq sarayı ziyanla işlədiyindən,söküb yerində "Bazar Store"tikiləcəyi haqqında qərar qəbul olunub. Əvvəllər "çörək Tofiq"in qohumları tərəfindən işlədilən obyekt qohumlar arasında olan narazılıqdan sonra,"Mətanət"şadlıq sarayı, 5 il öncə, icarəyə verilmişdi.Obyekt vergi və digər inzibati orqanların "yükləmələri"səbəbindən ziyanla işləməyə başlamışdı.
40 il, Sumqayıt çörək zavoduna rəhbərlik etmiş, Tofiq Hüseynov Sumqayıtda mənəm, Bağdadda Kor Xəlifə prinsipi ilə çalışırdı.Sahibkarlığa "yaşıl işıq" yandırılandan sonra,mini çörək sexləri açılmağa başladı.Həmin çörək sexlərinin açılışı, T.Hüseynovun çörək zavoduna təsirsiz ötüşmədi. Ziyanla işləyən zavod çörəyin çəkisinə "əl gəzdirmək" məcburiyyətində qaldı.Çörəyin çəkisi 500-qramdan 400-450,bəzən 350 qrama endirildi.Unun tərkibinə ağlagəlməz qatqılardan sonra, "kompensasiya" nəticəsində "çörək Tofiq" zavodu iflasdan qoruya bildi.
Xatırladaq ki, "Mətanət" şadlıq sarayının ətrafındakı kompleks yaşayış binaları,Tofiq Hüseynov tərəfindən tikilib. Komplekstdə yerləşən "TERM" "OTEL" Xəzər Universtetinin nəzdində fəaliyyət göstərən "Dünyəvi Məktəb" iri məmurların diqqətini çəkmişdi. Çox sayda "Yağmalama" həmlələri olsa da, nəticəsiz ötüşdü.
Möhtəşəm binada yerləşən "Unikal Klinika" həmçinin icarəyə verilib. Klinikada tanınmış həkimlər çalışdığından, bura müraciət edən xəstələrin sayı, dövlət xəstəxanalarına müraciət edənlərdən daha çoxdur. Pasientlərin çoxluğu, böyük gəlir deməkdir. Bu gəlirlər hesabına da "çörək Tofiq" dövranını sürdürür...
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?