Ötən gün ölkəmizdə yağan aramsız yağış paytaxt Bakı şəhərini iflic vəziyyətə salıb.
Son illər Nəqliyyat nazirliyinin və Bakı Şəhər icra hakimiyyətinin Bakı şəhərinin yollarında apardıqları başdansovdu təmirlər nəticəsində paytaxt yollarının böyük əksəriyyətində kanalizasiya sistemləri sıradan çıxarılaraq yararsız vəziyyətə salınmışdır. Yollarda kanalizasiya xəttlərinin olmaması və bəzi yerlərdəki kanalizasiya lyuklarının asfalt örtüyü ilə basdırılması nəticəsində şəhərin yollarında iri göllər əmələ gəlib.
Yollardakı bərbad durumdan əlavə olaraq şəhərdəki körpülərdə də ciddi problemlər yaranıb. Artıq bəzi yerlərdə körpülərin damdığı deyilir. Bakının Heydər Əliyev prospektindəki körpünün divarlarından isə sözün əsl mənasında fontan vurur.
Sorğu
Yeni dizaynımız necədir?