GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mingəçevirdə qayınanaya qarşı görünməmiş ƏXLAQSIZLIQ

Mingəçevirdə qayınanaya qarşı görünməmiş ƏXLAQSIZLIQ

Tarix: 26-10-2016, 22:33 Bölmə :Ölkə Baxış: 473
Mingəçevirdə qayınanaya qarşı görünməmiş ƏXLAQSIZLIQ

Qayınanasını zorladığı üçün həbs edilən Mingəçevir şəhər sakini, 1982-ci il təvəllüdlü Taleh Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

gundemxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, Taleh Səfərov 11 aprel 2016-cı ildə saat 18:00 radələrində qaynı Radiq Səlimov (ad və soyad şərti verilib) ilə birlikdə Oğuz rayonunun Bucaq kəndində yerləşən “Region 48” adlı kafedə yeyib-içib. İçki məclisi gecəyarısınadək davam edib.

Bir gün sonra - aprel 12-də, gecə saat 01:00 radələrində Taleh Səfərov qaynı ilə birlikdə sonuncunun evinə gəlib. O, qayınanası Xatun Səlimovanı (ad və soyad şərti verilib) yatmış vəziyyətdə görüb və onu zorlamaq fikrinə düşüb.

Taleh qaynının yuxuya getməsini gözləyib . Qaynı yatandan sonra kürəkən soyunaraq qaynanasının yatağına girib. O, səs salmaması üçün öncə əli ilə Xatun Səlimovanın ağzını tutub. Müqavimət göstərdiyi üçün Taleh qaynanasını döyüb.

Xatun Səlimova kürəkəninin əlindən çıxaraq qaçmaq istəyib. O, özünü döşəməyə atıb. Bu vaxt Taleh Səfərov qayınanasını "zərərsizləşdirmək" üçün döşəmənin üzərində uzanıqlı vəziyyətdə olan Xatun Səlimanın əllərini şarfla bağlayıb və soyunduraraq onunla cinsi əlaqədə olub. Qayınanasının hüquq-mühafizə orqanlarına şikayətindən sonra Taleh Səfərov həbs edilib.

“Qayınımın telefonunda pornoqrafik videolara baxdıq”

Taleh Səfərov Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə ittiham edilib. Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rəşid Hüseynovun sədrlik kollegiyasında araşdırılıb.

Məhkəmədə ifadə verən Taleh Səfərov bildirib ki, aprelin 11-də qaynı Radiqlə birlikdə Oğuz şəhər bazarının yanındakı kafedə pivə içib: “Həmin gün saat 20 radələrində Oğuz rayonunun Bucaq kəndinə gedərək yolun kənarında olan kafedə Radiqlə birlikdə yemək yedik. Hərəmiz təxminən 750 qram araq içdik və həmin vaxt qayınımın mobil telefonunda pornoqrafik videolara baxdıq”.

“Qaynanam ilə cinsi əlaqədə olmaq qərarına gəldim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, saat 24 radələrində qayınının yaşadığı evə gedib: “Biz evə çatdıqda artıq qaynanam Radqilə mənə digər otaqda yataq açmışdı, özü isə eyvanın girəcəyinə yaxın olan otaqda yatmışdı. Radiq dərhal yuxuya getdi. Mən də bir qədər yatağımda uzandıqdan sonra gecə paltarında həyətə düşərək siqaret çəkdim. Kafedə pornoqafik videolara baxdığım üçün ehtiraslı olduğumdan qaynanam ilə cinsi əlaqədə olmaq qərarına gəldim”.

“Qaynanamı soyundurdum”

Taleh Səfərov bildirib ki, qaynanası yatan otağa girərək paltarlarını çıxarıb: “Qaynanamın yatdığı çarpayıya əyləşdim. Bu zaman qaynanam yuxudan ayıldı və qışqırmaq istədikdə əlim ilə ağzından tutaraq qışqırmasına imkan vermədim. Qaynanam çabalayaraq əlimdən çıxmağa çalışarkən çarpayıdan yerə yıxıldı. Mən də çətinliklə bir əlim ilə qaynanamın ağzından tutdum, digər əlim ilə orada olan şarfla qaynanamın əllərini öndən bağladım. Sonra qaynanamı soyundurdum (Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsində qayınanası ilə cinsi əlaqədə olmasını çırpaqlığı ilə danışıb. Buna görə də onun ifadəsinin həmin hissəsini dərc etmirik H.Z)...”.

“Başımın üzərində polislərin dayandığını gördüm”

Taleh Səfərov ifadəsində daha sonra əlavə edib ki, qayınanası ilə cinsi əlaqədə olandan sonra eyvana çıxaraq paltarlarını geyinib və yatağında uzanıb: “Yatağında uzanandan bir qədər sonra qayınım Radiqin telefonuna zəng gəldi. Radiq yatağından duraraq paltarlarını geyindi və getdi. Bundan sonra yuxuladım. Saat təxminən 04 radələrində yuxudan oyananda başımın üzərində polis əməkdaşlarının dayandığını gördüm. Həmin polis əməkdaşları məni polis şöbəsinə gətirdilər”.


“Kürəkənimi yatığımda görəndə qorxdum”

Zərərçəkmiş şəxs qismində dindirilən Xatun Səlimova bildirib ki, aprelin 11-də Taleh və Radiqin evə gəlmələrini gözləyib: "Həmin axşam yatdıqdan bir neçə saat sonra Talehi çarpayımda oturmuş gördüm. Qışqırmaq istədikdə Taleh ağzımı əli ilə tutdu, mənim qışqırmağıma imkan vermədi. Talehin əlindən çıxmaq istədikdə, çarpayıdan yerə yıxıldım. Taleh yenə də bir əli ilə ağzımdan bərk tutdu. Protez dişlərim dodaqlarımı əzdiyi üçün ağzım qanadı. Həmçinin Taleh ağzımı tutduğu üçün gücəndiyimdən boğazımın damarları şişərək ağrıdı. Həmin ağrını aradan götürmək üçün boğazıma yodla spirt sürtmüşəm. Taleh üzərimə uzanması və sinəmi sıxması nəticəsində döş qəfəsimdə ağrılar yaranıb”.

“Yeznəmin məni döyməsini bildirdim”

Xatun Səlimovanın sözlərinə görə, kürəkəni tərəfindən zorlanandan sonra qorxuya düşüb və əyini geyinərək həyətə düşüb: “Qonşuluqda yaşayan qayınım oğlugilə getdim. Onları səslədim. Qaynım oğlu və həyat yoldaşı çölə çıxdılar. Onlar məndən nə baş verdiyini soruşdular. Hadisəni onlara danışdım. Onlar oğlumun evdə yatdığını, bir bəhanə ilə onu çağırmalarını xahiş etdim. Qaynım oğlu da Radiqə mesaj yazdı və onu evinə çağırdı, bir neçə dəqiqə sonra Radiq ora gəldi. Oğlum məni orada görərkən təəccübləndi və orada olmağımın səbəbini soruşdu. Hadisə barədə oğluma danışdım. Rahib də mobil telefonu ilə 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat verdi. Başıma gələn hadisədən utandığım üçün və el içində biabır olacağımdan qorxduğum üçün həkimlərə yeznəmin məni döyməsini bildirdim”.

Şahid ifadələrini dinləyən hakimlər sonda hökm elan ediblər. Məhkəmənin hökmü ilə Taleh Səfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Taleh Səfərovun vəkili Emil Əliyev apelyasiya şikayəti verib. Vəkil şikayətində müdafiə etdiyi şəxsin barəsində olan hökmün ləğv edilməsini, onun barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Müdafiə tərəfi onu da qeyd edib ki, zərərçəkmiş şəxs ilkin şikayət ərizəsində DİN-nin “102” xidmətinə edilən şikayətdə, xəstəxanadakı həkimlərə verdiyi məlumatda yeznəsinin onu döyməsini qeyd edib, sonradan isə istintaq orqanına zorlandığını bildirib: “Hadisə yerinə təhqiqatçı gedib, dərhal hadisə yerinin şəkillərini çəkmiş və sair istintaq hərəkətləri aparıb. Həmin şəkillərdə isə otaqda hər hansı bir dağınıqlıq, səliqəsizlik, iki şəxsin arasında olan dava-dalaş və müqavimətə xarakterik heç bir görüntü yoxdur. Hesab edirik ki, müstəntiq tərəfindən istintaq eksperimenti keçirilsəydi zərərçəkmiş şəxsin ifadəsinin şər və böhtan olması öz təsdiqini tapacaqdı”.

Vəkilin şikayəti Şəki Apelyasiya Məhkəməsində araşdırılıb. Hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edib. Qərara görə, Taleh Səfərovun apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Taleh Bağırov məhkəmədə xütbə dedi

    Taleh Bağırov məhkəmədə xütbə dedi ...

    5-07-2013, 18:01

  • 
  • Taleh Bağırovun müavini də həbs olundu

    Taleh Bağırovun müavini də həbs olundu ...

    4-12-2015, 18:22

  • 
  • Prokuror Taleh Xasməmmədova 4 il iş istədi

    Prokuror Taleh Xasməmmədova 4 il iş istədi ...

    22-07-2015, 13:33

  • 
  • Xatun Röya ilə münasibətlərindən danışdı

    Xatun Röya ilə münasibətlərindən danışdı ...

    14-01-2016, 12:03

  • 
  • “Şakro”nun klanından olan “vor” Taleh Dağlıyev narkotiklə tutuldu

    “Şakro”nun klanından olan “vor” Taleh Dağlıyev ...

    28-09-2016, 22:25


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu