Sabirabadda avtomobil kanala aşıb, iki nəfər suda boğularaq ölüb.
APA-nın məlumatına görə, bu gün saat 10.30 radələrində Sabirabad rayonun Yastıqobu kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Füzuli rayonunun Ayıbasanlı kənd sakini, 1994-cü il təvəllüdlü Həsənov Zaur Xaləddin oğlunun idarə etdiyi “Niva” markalı, 99 BU 480 dövlət nömrə nişanlı avtomobil Sabir kanalına düşüb. Nəticədə avtomobilin sürücüsü və Sabirabad rayonunun Bulaqlı kənd sakini, 1993-cü il təvəllüdlü Tağıyev Samir Akif oğlu suda boğularaq ölüb.
Avtomobildə olan digər iki nəfər xilas olub.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?