Dünən Bakı metrosunda ölüm hadisəsi baş verib. Metronun "Koroğlu" stansiyasının keçidində 45-50 yaşlı qadın qəfil yıxılıb. Yaxınlıqdakı şəxslər dərhal təcili tibbi yardım çağırıblar. Lakin artıq gec olub və qadın vəfat edib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından lent.az-a bildirilib ki, həkim briqadası hadisə yerinə çatdıqda həmin qadın artıq keçinibmiş. Onun ürək çatışmazlığından vəfat etdiyi ehtimal edilir. Hadisə yerinə Nizami Rayon Prokurorluğunun əməkdaşları gəlib. Məlum olub ki, vəfat edən qadın 1966-cı ildə Gürcüstan Respublikasında anadan olmuş, Suraxanı rayon sakini olan Əhmədova Gülnarə Səməd qızıdır.
Sorğu
Yeni dizaynımız necədir?