Bu gün saat 12:55 radələrində Bakı metrosunda ölüm olub.
Hadisə şahidlərinin verdiyi məlumata görə, "Memar Əcəmi" stansiyasında şəxsiyyəti naməlum olan bir nəfərin halı pisləşib. Hadisə yerinə təcili yardım çağırılsa da, həkimlər gələnə qədər o keçinib.
İlkin məlumata görə, o, ürək tutmasından dünyasını dəyişib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev publika.az-a açıqlamasında deyib ki, vəfat etmiş şəxsin kimliyi məlumdur: “Bu, təxminən 50 yaşında olan Rafiq Əhmədzadədir. Hadisə stansiyanın platformasında baş verib. O, iş yoldaşı ilə birlikdə platformaya daxil olub. Lakin gözlənilmədən səhhətində problemlər meydana çıxıb. Stansiyaya təcili yardım çağırılıb. Ölümün səbəbləri hələlik məlum deyil”.
Sorğu
Yeni dizaynımız necədir?