Noyabrın 20-də “Azadlıq” qəzetinin şöbə müdiri və “Azərbaycan saatı” televiziya proqramının aparıcısı Seymur Həzinin növbəti məhkəmə prosesi keçirilib. Prosesdə vəsatət qaldırılıb ki, Seymur Həzi tərəfindən döyüldüyü iddia edilən Məhərrəm Həsənovun facebook-da onunla yazışmalarına baxmaq üçün internet imkanı təmin olunsun. Vəsatət qəbul edilib və növbəti prosesdə internetin təmin olunacağı bildirilib. Növbəti proses dekabrın 4-ü, saat 11.30-a təyin olunub. Məhkəmədən geniş məlumat təqdim edəcəyik (azadliq.info).
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?