Hörmətli “Gündəm Xəbər” qəzetinin çoxsaylı oxucuları! Diqqətinizə onu çatdırırıq ki, qəzetimiz ötən aylar ərzində hər həftənin beşinci günləri satışda olurdu. Amma, son vaxtlar oxucularımız tərəfindən redaksiyamıza edilən telefon zənglərini, onların ünvanladıqları müraciətləri nəzərə alaraq, eyni zamanda üz-üzə qaldığımız maddi çətinliklərimizin varlığına baxmayaraq, “Gündəm Xəbər” qəzetinin 01 noyabr 2016-cı il tarixdən hər həftənin 1-ci, 3-cü və 5-ci günləri satışda olması haqda qərara gəldik. Odur ki, siz hər həftənin qeyd olunan günlərində qəzetimizi əldə etməklə, ölkəmizdə və dünyada baş verən hadisələrdən ətraflı məlumatlar da əldə edə bilərsiniz. Onu da vurğulayırıq ki, bu gün işıq üzü görən qəzetimiz nisyə çap olunur və bununla bağlı məətbənin rəhbərliyi ilə razılaşmamız da var. Bundan əlavə onu da vurğulamaq istəyirik ki, “Gündəm Xəbər” qəzetini əldə edib oxumaq istəyən, amma maddi imkanı olmayan çoxsaylı oxucularımız da var. Belə bir səbəblər üzündən də, imkanlı şəxslərdən qəzetimizin tək-tək deyil, iki-iki, yaxud da üç-üç alınıb digər şəxslərin oxumalarına yarımçı olmalarını da xahiş edirik. Qəzet köşklərində və səyyar satıcı işləyənlərdən isə xahiş edirik ki, “Gündəm Xəbər” qəzetini kimlərinsə 2-3 saat müddətinə oxuyb geri qaytarmalarına şərait yaratmayın. Əgər siz belə bir addımı atarsınızsa, o halda bilin ki, vicdani bir cinayət də törətmisiniz. Bu həm də sizin qəzetinizdir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?