GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Dəhşətli qətlin təfərrüatı: qısqanclıq, 19 il cəza

Dəhşətli qətlin təfərrüatı: qısqanclıq, 19 il cəza

Tarix: 28-11-2016, 00:00 Bölmə :Ölkə Baxış: 556
Dəhşətli qətlin təfərrüatı: qısqanclıq, 19 il cəza

“Pəncərədən baxanda yanında yad kişi gördüm”

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə ittiham olunan Lerik rayon sakini, 1977-ci il təvəllüdlü İsgəndər Bəbirovun cinayət işi üzrə məhkəmə başa çatıb.

İttihama görə, İsgəndər Bəbirov arvadı İstəgül Mərdiyevanı həmyerlisi Malik Muradovla Qala qəsəbəsi, “Hacı Mövlan” bağlar massivində yerləşən bağ evində birlikdə olduqlarını gördüyü üçün onlardan şübhələnib. Həm arvadını, həm də əvvəllər polis əməkdaşı işləmiş Malik Muradovu öldürmək qərarına gəlib. Bu məqsədlə əvvəlcədən hazırlıq da görüb.

Belə ki, qoşalülə ov tüfəngi əldə edən İsgəndər Bəbirov ötən ilin noyabr ayının 20-də arvadına məxsus bağ evinə gəlib. Arvadı ilə Malikin birlikdə oraya gələcəklərini güman edərək onları gözləyib. Elə bu vaxt Malik Muradov mənzildə təmir işlərinin aparılması üçün dörd fəhlə ilə birlikdə bağa gəlib. Bunu görən İsgəndər Bəbirov silahı ona sarı tuşlayaraq iki dəfə atəş açıb. Hadisə yerində olan fəhlələrdən biri – 1990-cı il təvəllüdlü Nicat Şəbiyev onun əlindəki silahı alaraq zərərsizləşdirib. İsgəndər Bəbirov bu dəfə 26 yaşlı gəncə bıçaqla zərbələr endirib.

Təqsirləndirilən şəxs qismində dindirilən İsgəndər Bəbirov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini, əməlindən peşman olmadığını göstərib.

İfadəsinə görə, təxminən 4 il əvvəl “Hacı Mövlan” bağ massivində həyat yoldaşı İstəgülün adına iki sot torpaq alıblar. Torpağın pulunu İstəgül verdiyinə görə etibarnamə də onun adına alınıb. Ötən ilin mart ayından həmin torpaq sahəsində ev tikməyə başlayıblar, usta işlərinin çoxunu özü görüb. Hadisədən bir neçə gün öncə günorta saatlarında tikinti aparılan yerə gələn İsgəndər Bəbirov küçədə “Chevrolet” markalı maşının dayandığını görüb: “Çöldən həyətə baxanda İstəgülün yanında bir nəfərin dayandığının şahidi oldum. Bir müddət onları

müşahidə etdim. Həmin kişi əlini İstəgülün boynuna keçirib onu qucaqlamışdı, söhbət edirdilər. Telefonu çıxarıb maşını çəkdim. Onlar həyətə çıxıb stəkanları yudular, yenidən mətbəxə keçib çay içdilər. Əvvəlcə çıxıb getmək istədim. Sonra fikrimi dəyişdim, yerdən ağac budağı götürüb pəncərəyə sarı atdım. Budaq pəncərəyə dəyən kimi İstəgül və yanındakı kişi mənə baxdı”.

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, həmin kişi evdən çıxaraq onun üstünə sarı gəlib, nalayiq söyüşlərlə söyərək təhqir edib. İsgəndər Bəbirov ona cavabında “artıq çəkdiyimi çəkmişəm” deməklə kifayətlənib, həyətdən qaçaraq uzaqlaşıb. Həmin şəxsin adının Malik olduğunu, rayonda baldızıgillə qonşuluqda yaşadıqlarını öyrənib. Arvadının onunla sevgili olmasını, amma sonralar Malikin başqa qadınla ailə qurmasını eşidib: “Bu barədə mənə Lerikdə yaşayan baldızımın oğlu demişdi. Arvadıma zəng vurub hansı yolun yolçusu olduğunu söylədim. O isə cavabında “yaxşı eləyirəm” deyərək məni təhqir etdi. Bağ evindəki qonşudan Malikin nömrəsini alıb ona zəng vurdum. Ona “mən İstəgülün həyat yoldaşıyam, övladlarımız var, arvadımla görüşmə, ailəmizi dağıtma” deyib yalvarmağa başladım. Cavabında nalayiq söyüşlər eşitdim. Mənə “kişisənsə, gəl görüşək” dedi. Ona bir gün görüşəcəyimizi bildirdim. Onları bir yerdə görəndən sonra daha evə getmirdim, qalmağa yerim olmadığından küçələrdə yatırdım”.

İsgəndər Bəbirov hadisədən bir neçə gün əvvəl yenə də arvadına zəng vurub “namusumuzu ləkələmə, qızlarımız yazıqdı” deyib. Qadınsa yenə də onu söyərək telefonu qapadıb. Əsəbləri gərilən ər həm Maliki, həm də arvadını öldürməyi qərara alıb. Silah tapmaq məqsədilə Masallı rayonuna gedib, 380 manata ov tüfəngi alaraq geri dönüb. Gecəni bağ evində qalan İsgəndər arvadı ilə Malikin gəlişini gözləyib. Onları öldürmək üçün silahı axşamdan dolduraraq hazır vəziyyətdə qoyub. Səhər saatlarında Malik dörd fəhlə ilə birgə bağ evinə gəlib. Malikin gəldiyini görüncə İsgəndər silahı hazır vəziyyətdə tutaraq qapı arxasında dayanıb. Fəhlələr onu bu vəziyyətdə aşkarlayanda donub

qalıblar. Əli ilə onlara sakit durmağı işarə edib. Fəhlələr qorxudan hərəsi bir tərəfə dağılışıb. İsgəndər silahı Malikə tuşlayaraq yaxın məsafədən ona atəş açıb: “Yaxınlaşdım görüm güllə Malikə dəyib, ya yox. Qəflətən əlim tətiyə ilişdi, güllə üz nahiyəsinə dəydi. Fəhlələr onlara da atəş açacağımı düşünüb üstümə hücum çəkdilər. Silahı kənara atdım, gödəkçəmin cibindən bıçaq çıxarıb özümü vurmaq istədim. Bıçaq fəhlələrdən birinin ayağına dəydi. Onlar məni tutub saxlamışdılar, buraxmırdılar. Deyirdim ki, məni buraxın, gedim arvadımı da öldürüm, sonra intihar edəcəyəm. Fəhlələrdən hansısa 102 xidmətinə zəng vurdu. Malikgili xəstəxanaya apardılar. Hadisə yerinə gələn polis əməkdaşları da məni polis idarəsinə apardılar. Maliki qorxutmaq yox, öldürmək məqsədilə vurmuşam. Tutulacağımı bilirdim, səhhətimdə problemlər olduğuna görə, övladlarım mənə qarşı çıxdıqlarından özümü öldürmək istəyirdim. Əməlimdən peşman deyiləm. İstəgülü öldürə bilmədiyimə görə peşmanam”.

Zərərçəkmiş şəxsin hüquqi varisi Aidə Muradova ifadəsində mərhum Malik Muradovla münasibətlərinin yaxşı olduğunu, 18 illik evlilik həyatında heç bir inciklikləri olmadığını göstərib: “Bu illər ərzində bircə dəfə də olsun Maliklə münaqişəmiz olmayıb. Malik iş yerində və ya kənarda hər hansı problemi olanda mənimlə bölüşərdi. 2015-ci ildə Malik qohumu İstəgül adlı qadınla evə gəldi, bizi tanış etdi. Malikin qohumlarını çoxunu tanımıram, onlarla yaxın əlaqəm yoxdur. Bir yerdə oturub yemək yedik. İstəgül bizim evin yaxınlığında tikdirdiyi bağ evində təmir işləri getdiyini, fəhlələr işlədiyini deyirdi. Fəhlələri də çox vaxt Malik aparıb-gətirirdi. Hadisə baş verən gün Malikin iş yerindən zəng vurub əməliyyat olunduğunu dedilər. Ora gedəndə öyrəndim ki, İstəgülün əri Maliki tüfənglə vurub. Məni meyitxanaya buraxmadılar. Evə gəlib uşaqlara atalarının öldüyünü dedim. Malikin hansı şəraitdə öldürüldüyünü demədim. Uşaqlar sosial şəbəklərdən Malikin öldürüldüyünü öyrəndilər. İstəgülü Malikin qohumu kimi tanımışam. Onların arasında hansısa münasibət olması barədə

məlumatım olmayıb. İstəgül bizdə olanda həyat yoldaşından şikayət edirdi, ondan ayrı yaşadığını deyirdi”.

Zərərçəkmiş qismində dindirilən İstəgül Mərdiyeva ifadəsində ərinin ona xəyanət etdiyini, ailəsinə baxmadığını, evə pul gətirmədiyini, bu səbəbdən də 2016-cı ilin mart ayında İsgəndərlə rəsmi qaydada ayrıldığını göstərib: “Bütün yük mənim üstümdə idi. Evlərdə təmizlik işləri görüb pul qazanırdım. 2010-cu ildə İsgəndər başqa qadınla qeyri-rəsmi evlənmişdi. Ondan bir oğlu dünyaya gəlmişdi. Həmin qadına görə evimizdə tez-tez mübahisələr düşürdü. Ona görə nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdim. Məhkəməyə gedib-gələn vaxtlarda təsadüfən uzaq qohumum Maliklə rastlaşdım. Cavanlıqda Malik məni sevmişdi. Amma həmin vaxtdan sonra onu görməmişdim. Məhkəmədə rastlaşanda hal-əhval tutduq, yaxında qızına toy edəcəyini dedi. Qızımla birgə Malikgilə getdim, cehiz işlərinə köməklik edəcəyimi bildirdim. Onun evində işləyən fəhlələrlə belə danışmışdıq ki, bizim Qaladakı bağ evimizdə də təmir işləri görsünlər. Malik yol uzaq olduğuna görə fəhlələri özü aparıb-gətirir, tikintiyə nəzarət edirdi. Həmin vaxtlarda İsgəndər evdə qalmırdı. İsgəndər eşidəndə ki, bağ evində təmir işləri gedir, qıcıqlanırdı, evə gəlmək istəyirdi, mən razı olmurdum. Deyirdi ki, məni qəbul etməsən, səni yaşamağa qoymayacağam”.

Zərərçəkmiş Maliklə heç bir yaxın əlaqəsi olmadığını, onun yalnız bağ evindəki təmir etməkdə köməklik göstərdiyini deyib: “İsgəndərin bağ evində Maliklə bizi görməsi barədə dedikləri həqiqətə uyğun deyil. Mən 30 il Maliki görməmişəm, onun haqqında heç nə eşitməmişəm. İsgəndər məndən Malik barədə heç nə soruşmayıb. Əgər belə olsaydı, mən bağ evindəki təmir işlərini dayandırardım ki, belə bir hadisə baş verməsin”.

Məhkəmənin hökmü ilə İsgəndər Bəbirov 19 il müddətinə azadlqıdan məhrum edilib.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Onun əriyəm, arvadımla görüşmə, ailəmizi dağıtma..."

    "Onun əriyəm, arvadımla görüşmə, ailəmizi ...

    3-10-2016, 21:46

  • 
  • Bakıda polisi güllələdilər - namus üstündə

    Bakıda polisi güllələdilər - namus üstündə ...

    23-11-2015, 14:49

  • 
  • İsgəndər Həmidov sərbəst buraxıldı

    İsgəndər Həmidov sərbəst buraxıldı ...

    29-05-2013, 19:08

  • 
  • Polis də əlinə balta aldı

    Polis də əlinə balta aldı ...

    24-12-2012, 12:27

  • 
  • MSK İsgəndər Həmidovun şikayətinə baxdı

    MSK İsgəndər Həmidovun şikayətinə baxdı ...

    16-10-2015, 17:15


Təqvim

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

May 2025 (268)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1091)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu