GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Deputatlar ömürlük məhbusların cəzalarının dəyişdirilməsinə qarşı çıxır

Deputatlar ömürlük məhbusların cəzalarının dəyişdirilməsinə qarşı çıxır

Tarix: 8-05-2013, 12:07 Bölmə :Ölkə Baxış: 727
Deputatlar ömürlük məhbusların cəzalarının dəyişdirilməsinə qarşı çıxır
Vaxtilə ölüm hökmünə məhkum edilmiş, 1998-ci ildə cəzası ömürlük həbslə əvəzlənmiş bir qrup dustağın müraciəti Milli Məclisə daxil olub. Onlar məhkum edildikləri dövrdə ömürlük həbsin olmadığını əsas gətirərək cəzalarının müddətli (15-20 il) həbs cəzası ilə əvəzlənməsini tələb edirlər. Parlamentdən APA-ya verilən məlumata görə, dustaqların müraciətinə bu ay ərzində hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxılması gözlənir.
Ömürlük məhbusların işində hansısa dəyişikliyə ehtiyac varmı? “Media forum” saytı deputatlar Qüdrət Həsənquliyev və Rafael Cəbrayılovun mövqeyini öyrənib.
Qüdrət Həsənquliyev Milli Məclisin bu məsləyə baxmağa səlahiyyətinin olmadığını deyib: “Yeni konstitusiyaya görə, qanunların şərhini yalnız Konstitusiya Məhkəməsi verə bilər. Ömürlük məhbusların müraciətinə baxıb qanunun necə tətbiq olunmasına şərh vermək Konstitusiya Məhkəməsinin səlahiyyətinə aiddir. Vaxtilə ölüm hökmünə məhkum edilmiş, ölüm hökmü ləğv edildikdən sonra cəzası ömürlük həbslə əvəzlənmiş məhbusların indi müddətli həbs istəməsi əsassızdır. Çünki onların barəsində ölüm hökmü çıxarılmışdı. Bu cəza növü faktiki olaraq ömürlük azadlıqdan məhrumetmə ilə əvəzləndiyinə görə ölümə məhkum edilmiş şəxslərin cəzasının ömürlük həbsə dəyişdirilməsi düzgündür. Müddətli həbsdən söhbət gedə bilməz. Yalnız prezidentin sərəncamından sonra onların cəzaları müddətli cəza ilə əvəz oluna bilər. Amma bunun edilməsini istəməzdim. Çünki o şəxslər çox ağır qətllər törədiblər. Bu səbəbdən həmin məhbuslara humanizm nöqteyi-nəzərindən yanaşmaq lazım deyil. Zərərçəkmişlərin yaxınlarının hisslərini nəzərə almaq gərəkdir Milli Məclisdə bu məsələ ilə bağlı yeni layihə müzakirəyə çıxarılsa, əlbəttə ki, mən onun əleyhinə olacam”.
Rafael Cəbrayılov bildirib ki, məsələnin hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəsi nəzərdə tutulmayıb: “Düşünmürəm ki, ömürlük məhbusların işində dəyişiklik etmək lazımdır. Əgər Milli Məclisdə ömürlük məhbusların cəzalarının müddətli cəza ilə əvəz olunması haqda layihə müzakirəyə çıxarılsa, mən onun əleyhinə çıxış edəcəm. Ölkədə qəribə bir tendensiya gedir. Humanizm deyiləndə həbsdə yatan insanlar gözümüzün qabağına gəlir. Amma bu insanların törətdiyi əməl nəticəsində ziyan çəkmiş insanların mövqeyini heç kim düşünmür”.
Rafael Cəbrayılovun fikrincə, ağır cinayət törətmiş şəxsləri heç vaxt amnistiya aktına salmaq və yaxud da əfv etmək olmaz: “Çünki bu, qanunçuluğun pozulmasına gətirib çıxara bilər, zərərçəkmiş insanın özünü təhrik etmiş olarıq ki, gedib qisas alsın. Ölüm hökmünə məhkum olunmuş məhbusların cəzasının ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənməsi ədalətli qərardır. Ona görə də cəzanın müddətli həbslə əvəz olunması məsələsini gündəmə çıxarmaq düzgün deyil”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qobustanda 19 məhbus aclıq aksiyası keçirib

    Qobustanda 19 məhbus aclıq aksiyası keçirib ...

    11-05-2013, 12:12

  • 
  • Qobustan məhbuslarından tələb gəldi

    Qobustan məhbuslarından tələb gəldi ...

    24-04-2013, 11:24

  • 
  • Ömürlük məhkum: “Azyaşlı qızımı zorlayıblar”

    Ömürlük məhkum: “Azyaşlı qızımı zorlayıblar” ...

    11-06-2013, 12:25

  • 
  • Homoseksuallara ömürlük həbs- QANUN

    Homoseksuallara ömürlük həbs- QANUN ...

    20-12-2013, 21:39

  • 
  • Türkiyənin Azərbaycandakı yeni hərbi attaşesi “Ergenekon”la bağlı ömürlük həbsə məhkum olunmuş ordu generalının qardaşıdır

    Türkiyənin Azərbaycandakı yeni hərbi attaşesi ...

    14-08-2013, 11:53


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu