Uqandada pornoqrafiya ilə mübarizə tədbirləri çərçivəsində mini ətək qadagan edilib. Artıq parlament bununla bağlı qanunu qəbul edib. Ölkənin etika və inteqrasiya naziri Simon Lokodonun sözlərinə görə, bundan sonra dizdən yuxarı paltar geyinən qadınlara cəza tətbiq ediləcək. Nazir hətta bu qadınların həbs edilməsinin vacibliyini bildirib. Bundan sonra telekanallarda və yazılı mətbuatda qadınların sinə və ayaqlarının nümayişinə də icazə verilməyəcək. Əhalisinini 88 faizinin xristian olduğu Uqanda mühafizəkar ölkə kimi tanınır. Bununla yanaşı qəbul edilən yeni qanuna əsasən homoseksuallar ömürlük həbs cəzasına məhkum ediləcəklər. Bundan əvvəlki qanun layihəsində homoseksuallar üçün edam nəzərdə tutulurdu. Daha sonradan bu cəza ömürlük həbslə əvəzlənib. Əgər prezident qanunu təsdiqləyərsə, yaxın zamanda qüvvəyə minəcək.
Sorğu
Yeni dizaynımız necədir?