Çoxdan idi ki, xəstəlikdən əziyyət çəkirdim. Noyabrın 22-də halım pisləşdi. Yaxın dostlar rayona təzə həkim gəldiyini bildirdilər. Qəbuluna getdim. Cərrah Eynulla Qasımov test üsulu ilə İmişli Mərkəzi Rayon Xəstəxanasına ümumi cırrah təyin olunub. Diaqnozlara baxıb, müayinədən sonra mənə yazılmış dərmanları kənara qoymağı xahiş etdi, ucuz dərman yazdı. İki gündən sonra vəziyyətim tam bərpa olundu.
Noyabrın 29-da həkimin qəbuluna yenidən getdim. Evimiz xəstəxanaya yaxın olduğu üçün piyada getməli oldum. Oraya X.Bəylərov küçəsi ilə daha tez çatmaq olar. Küçə, o qədər bərbad idi ki, ayaqqabılarım tamam toza bulaşmışdı, payız, qışda isə, palçıq olacaq. “Orion” MMC rəhbərliyini, xüsusilə, 6-7 vəzifəsi olan Mirkazım bəyi sakinlər kimi möhkəm qınadım. 10 il olar ki, bu küçəyə ayrılan pulların hesabına Mirkazım bəy tanka oxşar hündür avtomobillərə minir, Avtoyol rəisi Şükür Aslanov həmçinin. Xəstəxananın həyətinə daxil olduqda elə sanırsan ki, Avropanın klinikalarının birindəsən. Hər tərəf yaşıllıqdır. Binanın içərisinə keçəndə isə toz-torpaqlı ayaqqabıdan mütləq utanmalısan.
Bir həkim bu ilin aprelində forsla mənə “Sən məndən yazmısan ki, firma dərmanları yazıb, Antalyaya putyovka alıram, yaxşı qazanıram”. Bildirdim ki, sən kimsən ki, səndən yazım, səndən yazan mərhum həkim həmkarın filankəs idi. Çox ağır ifadələrlə mərhumu təhqir etdi: “Mən nə indiki, nə də əvvəlki höküməti tanıyıram, qalstuk vurmamışam, cins şalvarda gəzməmişəm, məndən nə yazsalar da, vecimə deyil” dedi. Bir bunun təzə tank avtomobilinə, bir də ədabaz sifətinə baxdım, ağır ifadələri işlətməkdən özümü güclə saxladım. Sonra öyrəndim ki, həyat yoldaşı torpaqlarımızı işğal edən, soyqırım yaradan qonşuların əziz adamıdır. O qədər tamahkardır ki, özü xəstə olsa da, həftənin 5-ci, 6-cı və bazar günləri Bakıdakı özəl klinikalarda pul qazanır.
Mənim təzə həkimim isə Eynulla Qasımov Tibb Universitetinin ümumi cərrahiyə kafedrasının müəllimi olub. 2004-2013-cü illərdə Bakı şəhəri, Biləcəri qəsəbəsinin 2 saylı Dəmiryolu Poliklinikasında cərrah işləyib. İmişliyə gələnə qədər özəl klinikalarda çalışıb. İki oğulunun böyüyü Üzeyir Qasımov Bakı Dövlət Universitatinin hüquq fakultəsini, digər oğlu Adil Qasımov Dövlət İdarəetmə Akademiyasının hüquq fakultəsini bitirib. Ona sual verirəm: “Niyə Bakı kimi böyük şəhəri qoyub, əyalətə üz tutdunuz?” Cavabında dedi ki, mən İmişli rayonunun Qaralar kəndində böyümüş, orta məktəbi bitirmişəm. Cənab İlham Əliyev bütün rayonlara səfər edəndə deyir ki, mənim üçün ölkənin bütün rayon, kəndləri elə mərkəzdir. Mən də biliyimi İmişli həmyerlilərimə xidmət etməklə, özümü xoşbəxt hesab edirəm. Üzündəki mülayimlik, sadə geyimi onun əsl ziyalı biri olduğunu deyir. Az müddətdə bu qədər hörmət qazanmaq asan deyil. Erməni kəşfiyyatçıları kimi içimizə girib, pul qazanan, saxta dərmanlarla xəstələrin vəziyyətini ağırlaşdıran, qadın kimi özünə tumar verib, ətirlənənlərdən fərqli olaraq, o, əsl həkimdir. Ən əsası, ziyalıdır. Eynulla həkim sual verir ki, niyə mənim həmkəndlilərim Əvəz Şükürov, Əsabil Qasımovu çox ciddi tənqid edirsən, KİV-lər, portallarda, imişlilər sizin yazılarınızı tapmayanda, dilxor olurlar, düşmən bildikləriniz də sizi oxumadan rahatlanmır. “Həkim, siz xəstələrin həkimisiniz, bizlər isə xəstə cəmiyyətin, harınlaşmış zümrələrin həkimiyik, hər ikimiz ziyalıyıq. Fərqimiz - sizdə cərrah bıçağı, bizdə cərrah qələmi var” dedim.
Sorğu
Yeni dizaynımız necədir?