GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “ƏRİM UTANIR yanıma gəlməyə…” – Bakıda Dəbdəbəli həyat yaşayan MƏHKUM QADIN – VİDEO

“ƏRİM UTANIR yanıma gəlməyə…” – Bakıda Dəbdəbəli həyat yaşayan MƏHKUM QADIN – VİDEO

Tarix: 9-12-2016, 14:57 Bölmə :Ölkə Baxış: 900
“ƏRİM UTANIR yanıma gəlməyə…” – Bakıda Dəbdəbəli həyat yaşayan MƏHKUM QADIN – VİDEO

Qaynanam həbsə düşdüyümə görə sevinir, ərimi evləndirmək istəyir

ARB TV-nin “Rezonans” verilişində bu dəfə tamahı ucbatından 6 ildir ki, məhbus həyatı yaşayan Ülkər Qədirova həyat hekayəsini danışıb.
Məhbus xanım kasıb ailədə böyümədiyini bildirib:
“Ziyalı ailədə doğulmuşam. 1 bacı, 1 qardaşım var. Anam həkimdir. Atam da yüksək vəzifələrdə işləyib. Həyat yoldaşımla təsadüfən tanış olmuşuq. Anası ilk gündən məni istəmədi. Qaynanam indi çox sevinir ki, mən içəridəyəm. 5-6 aydır ki, onunla danışmıram. Evim də olub, maşınım da. Həyatım çox yaxşı olub. Atamın bir əli mənim üstümdə olub. Amma tamah mənim evimi yıxdı”.
Bir tanışı hüquq sahəsində çalışan Ülkərə işə düzəltmək üçün vasitəçilik etməyi söyləyib, o da razılaşıb:
“O adam mənə dedi ki, Ülkər xanım, adam ver mənə, işə düzəldək. Mən də hazırlayıb verdim. Gördüm ki, hər uşaqdan mənə yaxşı pul qalır. Uşağımın xərcləri, benzinimin pulu çıxırdı. Hər adama görə 3000 manat pul almışam. Bir müddət sonra göndərdiyim adamları işə düzəldəni işdən çıxartdılar. Onun yerinə gələn şəxs bizim adamları yoxlamağa başladı. Bizim adamları bir-bir işdən çıxartmağa başladılar. Məndən şikayət edənlər də oldu, etməyənlər də”.
Ona verilən hökm övladının ad günündə oxunub:
“55 dəfə məhkəməyə çıxdım. Mənə verilən cinayət hökmü övladımın ad günündə oxundu. Ata mülküm buraya çox yaxındır. Küçənin o biri tayındadır. Ata mülkündən hər çıxanda buranın qarşısından keçirdim. Hər dəfə buradan keçəndə deyirdim ki, Allah uzaq eləsin”.
O, anasını uzun illərdir görmədiyini bildirib:
“Mənə 11 il cəza müddəti veriləndə anam iflic oldu. Vaxtından tez pensiyaya çıxdı. Vəziyyət çox pis idi, mənə demirdilər. Anamla telefonda danışdım. Dedim ki, mənə görə oldun belə? Dedi ki, yox. Dedim ki, yox, mənə görə olmusan belə. 5 ildir ki, onu görmürəm. Atamdan çox xahiş elədim ki, gətir onu, bir dəfə görüm. Mən anamın əməliyyatında onun başının üstündə ola bilməmişəm. Özümü çox günahkar hiss edirəm. Ən böyük zərbələri vaildeynlərimə yetirmişəm. O dünyada da cavabını verə bilməyəcəm”.
6 ildir ki, həbsxana həyatı yaşayan qadın həyat yoldaşının onu ziyarətə gəlmədiyini söyləyib:
“Atam dalımca gəlir. Anamı qoymur, bacımı da qoymur. Onlarla telefonda danışıram, şəkillərini görürəm. Həyat yoldaşım tutulsaydı, mən onu tək qoymazdım, bu qapının ağzından əl çəkməzdim. Amma o utanır buraya gəlməyə. Deyir ki, mən necə gəlim buraya, qrup yoldaşım qapıda işləyir. Deyir ki, dostum mənə sual verir ki, sən buraya kimin yanına gəlmisən? Cəmi 2 dəfə yanıma gəlib. Qaynanam həyat yoldaşımı evləndirmək istəyir. Efirdən onlara deyirəm ki, xoşbəxt olsun, oğullu-uşaqlı olsun. Mənimki onunla tutmayacaq, çünki mən dustaq həyatı yaşamışam. 2 uşağım qaynanamdadır. O, uşaqlara deyir ki, pis ananız cinayətkardır. Uşaq telefonda mənə deyir ki, ana, sən cinayətkarsan? Böyük oğluma isə valideynim baxır. O, hər 8 Mart günündə mənə hədiyyələr gətirir. Deyirəm ki, bu hədiyyələri necə almısan? Deyir, babamın verdiyi pulları 4 ay yığıb almışam hədiyyəni. O biri uşaqlarımı da alacağam”.
Ülkər Qədirova həbsxanada keçən həyatından danışıb:
“Çox kitab oxuyuram, teleseriallara baxmıram. Həyətdə tək gəzirəm. Azadlığı dəhşətli dərəcədə gözləyirəm. Mən dünənə kimi geyim, qızıl, var-dövlət xəstəsi idim, amma indi yox. Amma yaxşı ki, buraya düşdüm, gözüm açıldı. Nə vaxt qapım açılsa, uşaqlarımı bir yerə yığıb, valideynlərimin yanında qalacağam”.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əməkdar artist: "Həyat yoldaşım məndən 12 yaş kiçik idi"

    Əməkdar artist: "Həyat yoldaşım məndən 12 ...

    5-07-2016, 16:06

  • 
  • Xalq artistinin qızı: "Mənim bədbəxtçiliyimdə atamın rolu oldu"

    Xalq artistinin qızı: "Mənim ...

    13-01-2015, 22:40

  • 
  • "Ərimə tamah salıb,ondan uşaq peydahlayıb"- yenicə ana olan Səidə haqqında ilginc FAKTLAR

    "Ərimə tamah salıb,ondan uşaq ...

    6-11-2015, 01:29

  • 
  • Tanınmış rəqqasə: “Qardaşım atamın əzablarına dözmədi”

    Tanınmış rəqqasə: “Qardaşım atamın əzablarına ...

    1-02-2015, 13:50

  • 
  • "Səmimi etiraf edəcəyəm ki, şəxsi həyatım..."

    "Səmimi etiraf edəcəyəm ki, şəxsi ...

    4-03-2016, 15:53


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (370)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu