Azərbaycanda tanınmış məhkəmə hakiminin səhhətində problem yaranıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidov ürəyində yaranan problemlərlə bağlı xəstəxanaya yerləşdirilib. Məhkəmədən onun bir neçə gündür işə çıxmadığını bildiriblər. Bir başqa məlumata görə isə, Ə.Seyidovun beyninə qan sızıb. Mərkəzi Neftçilər Xəstəxanasından faktı təsdiqləyiblər. Xəstəxanadan bildirilib ki, Ə.Seyidov hazırda reanimasiyadadır. Qeyd edək ki, Ənvər Seyidov 1949-cu il martın 29-da anadan olub. Birinci ixtisas dərəcəli hakim, hüquq elmləri namizədi, dosentdir. Bir çox qalmaqallı məhkəmə hökmlərinin müəllifidir. Sonuncu dəfə “NİDA”-çı gəncə ağır hökm oxuması ilə gündəmə gəlmişdi.
Sorğu
Yeni dizaynımız necədir?