Bu gün Azərbaycan dilçilik elminin nüfuzlu simalarından olan professor, filologiya elmlər doktoru Yusif Seyidov dünyasını dəyişib. Bakı Dövlət Universitetin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə alim bu gün səhər 84 yaşında vəfat edib. “Azərbaycan Dövlət mükafatı” laureatı olan Yusif Seyidov Bakı Dövlət Universitetinin Filologiya fakültəsidə Azərbaycan dili və onun tədris metodikası kafedraının əsasını qoyaraq, 1965-ci ildən dünənə qədər oranın rəhbəri olub. Tənqidçi və ədəbiyyatşünas kimi də tanınan Yusif Seyidov Azərbaycan ədəbiyyatşünaslığı və dilçilik elminin tarixində bir sıra sanballı əsərlərə imza atıb. 1929-cü ildə Naxçıvan MR-ın Şərur rayonunda anadan olmuş Y.Seyidov gənc kadr kimi 1967-ci ildə artıq professor adını qazanıb. Azərbaycan dilinin sintaksisi öz inkişaf meyarlarına görə məhz, Yusif Seyidova minnətdardır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?