Təhsil və maliyyə şöbələrinın rəhbərləri yoxlama zamanı aşkarlanan faktlara görə çox pis vəziyyətdə qalıblar
Yardımlı rayon təhsil və maliyyə şöbələrində yoxlama aparılır. Hər iki şöbənin müdiri təlaş içərisindədir. Çünki ortada ciddi qanun pozuntuları və böyük yeyinti var. Bu barədə Yardımlıdan gunxeber.com-a daxil olan məlumatda bildirilir ki, təhsil şöbəsinin müdiri Manaf Balaşovla maliyyə şöbəsinin müdiri Malik Abışov aşkarlanan faktlara görə çox pis vəziyyətdə qalıblar. Bu faktların rəsmləşdirilməməsi üçün onlardan külli-miqdarda pul tələb olunur. Onlar isə bu məbləği vermək istəməyərək ortadakı yeyintinin rayon icra hakimiyyəti başçısının müavini Mahir Mirzəyevin cibinə getdiyini deyirlər. Faktiki olaraq hər iki şöbə müdiri dirəniş göstərərək yoxlamanı M.Mirzəyevin özünün razı salmasını istəyirlər. Bu barədə redaksiyamza göndərilən məlumatda bildirilir ki, amma M.Mirzəyev əlini cibinə salmaq istəmir: “İcra başçısı Sevindik Hətəmov demək olar ki, bütün səlahiyyətləri Mahir Mirzəyevə verib. Buna görə də, onun qabağında kimsə söz deyə bilmir. Vəziyyətdən belə görünür ki, yoxlamanın pulu yenə müəllimlərdən yığılacaq. Artıq bu barədə onlara xəbərdarlıq edilib. Bu isə ciddi narazılığa səbəb olub. Aşkarlanan ən ciddi qanunsuzluqlardan biri artıq dərs yükü taarifləşmə cədvəlində edilən saxtakarlıqdı. Ümumilikdə isə Yardımlı böyük bir bataqlığın içərisindədi. Bu bataqlığı yaradan isə icra başçısının müavini Mahir Mirzəyev, təhsil şöbəsinin müdiri Manaf Balaşov, maliyyə şöbəsinin müdiri Malik Abışov və səhiyyə şöbəsinin müdiri Fəxrəddin Əkbərovdu”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?