Maliyyə Nazirliyinə verilməsi üçün rayonların təhsil şöbələrinə «haqq» qoyulub
gundemxeber.az Yeni ilin əvvəlindən maliyyə yoxlamalarının başlaması ilə əlaqədar olaraq, ötən ilin maliyyə yoxlamalarını aparan Maliyyə Nazirliyi hazırda rayon Təhsil Şöbələrini təftiş edir. Bu barədə məlumat verən mənbə bildirir ki, artıq bir çox rayonlarda aparılan yoxlama prosesləri başa çatıb. Lakin bu yoxlamalarda «hər şey qaydasındadır» prinsipi hakimdir ki, səbəbi də məlumdur. Məlumatda deyilir ki, rayon Təhsil Şöbələrində aparılan yoxlamalarda üzə çıxan neqativ halları görməzdən gələn Maliyyə Nazirliyinin əməkdaşları bunun müqabilində qazanc əldə edirlər. Mənbənin iddiasına görə, nazirliyin əməkdaşları daha əvvəlki kimi, Təhsil Şöbələrinin rəhbərlərindən deyil, birbaşa Təhsil Nazirliyindən haqq istəməyə başlayıb. Elə bu səbəbdən də sözügedən nazirlik yerli şöbələrinə göstəriş verib ki, təcili olaraq pul yığsınlar. Daxil olan məlumatda vurğulanır ki, yerli təhsil şöbələrinin (bura ancaq yoxlama aparılan rayonların sözügedən qurumları daxildir-müəl.) həmin pulu düzəltməsi isə direktorların hesabına baş verir. Mənbənin bildirdiyinə görə, artıq bir neçə rayonun Təhsil Şöbələrinin rəhbərləri bütün direktorlara göstəriş veriblər ki, Maliyyə Nazirliyinə çatacaq məbləği düzəltmək üçün «kassaya düşsün»lər. Direktorlar isə bunun qarşılığında müəllimlərdən tutmuş, şagirdlərə qədər hər kəsdən pul yığmağa başlayıblar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?