Ağsuda isə sayğac alanın qazını kəsdilər - Özbaşınalıq Ucarın Gəraybəyli kənd sakini Ağsu Regional Qaz Paylayıcı İdarəsindən (RQPİ) şikayətçidir
Əliyev Cümşüd Zümrüd oğlu idarədən narazılıq edir.
Onun sözlərinə görə, abonent olaraq istifadə etdiyi "smart-kart" tipli qaz sayğacını 26 avqust 2016-cı ildə borcu yarandığı üçün dəyişib.
Ağsu RQPİ-nin əməkdaşları sayğacın dəyişdirilməsinin hesabını abonentin adına yazaraq ödənişi “Kapital bank”a etməli olduğunu deyiblər. Bununla əlaqədar avqustun 28-də C.Əliyev “Kapital Bank”a 82 manat 75 qəpik ödəyib.
Ağsu RQPİ-nin əməkdaşları oktyabrda C. Əliyevin yaşadığı ünvana gələrək onun evinə verilən qazı kəsiblər və səbəb kimi onu göstəriblər ki, abonent sayğacın pulunu ödəməyib. C. Əliyev ödəniş haqda qəbzi onlara göstərib.
Çıxılmaz vəziyyətdə qalan Ağsu RQPİ-nin əməkdaşları "kompüterə oturmayıb" deyiblər. Onlar kəsdikləri qaz xəttini bərpa edə bilməyəcəyini də deyiblər və gediblər.
C.Əliyev rastlaşdığı bu məsələlərlə bağlı Ağsu RQPİ-nin 185 nömrəli qaynar xəttinə zəng edib şikayətini bildirmək istəsə də, ona cavab verən olmayıb.
“Azəriqaz” İstehsalat Birliyinin yerli idarələrindən şikayətlər kütləviləşir. Qazın qiymətinin qalxmasından sonra narazılıqların daha da çoxalacağı xəbər verilir. Azərbaycanda sosial-iqtisadi vəziyyət çətinləşir.
Qiymət artımları barədə ədalətsiz qərarın təsiri ilə ölkədə yoxsulluq həddindən aşağıda yaşayanların sayı sürətlə artır. C.Əliyev də məhz imkansızlıqdan qaz pulunu ödəyə bilməyib və borclar yığılıb. Bu fakt insanların ölkədə hansı vəziyyət yaşadığına sübutdur.
Tarif Şurasının qərarı ilə təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.
İqtisadi böhran əhalinin gününü göy əskiyə bükməkdə davam etdikcə İqtisadiyyat Nazirliyinin Tarif Şurası çarpaz zərbələr vurmaqdadır.
Sorğu
Yeni dizaynımız necədir?