GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ekspert “Azərbaycan müəllimi”ni topa tutdu

Ekspert “Azərbaycan müəllimi”ni topa tutdu

Tarix: 8-05-2013, 17:26 Bölmə :Ölkə Baxış: 1 435
Ekspert “Azərbaycan müəllimi”ni topa tutdu

Nadir İsrafilov: “Bayram Hüseynzadənin “xidməti” sayəsində “Azərbaycan müəllimi” bu gün köşklərdə yoxdur”

Məlumata görə yeni nazir Mikayıl Cabbarovun qərarı ilə Təhsil Nazirliyinin orqanı olan həftəlik “Azərbaycan müəllimi” qəzetində dəyişikliklərə başlanılıb. Belə ki, qəzetin həcmi artırılaraq 8 səhifədən 12 səhifəyə qaldırılıb. Bu addım ölkə təhsilindəki yeniliklərin geniş əhatə olunması zərurətindən atılıb. Başqa bir dəyişikliksə qəzetin dili ilə bağlıdır. Bundan sonra qəzet əksər mətbu orqanların istifadə etdiyi yazı üslubunda yox, rəsmi qəzet dilində buraxılacaq. Xatırladırıq ki, qəzetin 3 may tarixli sonuncu buraxılışı məhz bu dəyişikliklərlə çap edilib.
Məsələyə təhsil eksperti Nadir İsrafilovun münasibətini öyrəndik. O, bunları dedi: “Əslində belə bir addım çoxdan atılmalı idi. Çünki “Azərbaycan müəllimi” kimi, tarixi ənənələri olan qəzeti Bayram Hüseynzadə adlı birisi uzun müddətdir, sanki öz “şəxsi qəzet”inə çevirmişdi. Nə istəyirdisə, onu da edirdi, qəzet vasitəsi ilə şeytanın ağlına gəlməyən işlər görürdü. O, qəzetə rəhbər gələn kimi, redaksiyanın bir çox təcrübəli işçilərini pərən-pərən saldı, hərəni bir yolla işdən çıxardı. Qəzetdə Azərbaycan təhsilinin dərd-səri ilə əlaqəsi olmayan palaz-palaz tərcümə yazılar dərc olunmağa başladı. Dünyanın müxtəlif ali məktəbləri, Nobel mükafatı laureatları haqqında bəzən 5-6 səhifəlik materiallar verilirdi. Halbuki bunların hamısı internetdə və ayrı-ayrı ensiklopediyalarda var. Gərək olardısa, onları müəllim istədiyi vaxt həmin mənbələrdən asanlıqla əldə edə bilərdi. Qəzetin bütün nömrələrinin sonuncu səhifəsinin yarıdan çoxunu “Xalq kompüteri”nin reklamı tuturdu. Bu reklamın təkrar-təkrar verilməsi nəyə gərək idi? Düşündürücüdür, belə şeylərin arxasında nələr dayanır?!
Bayram Hüseynzadənin “xidməti” sayəsində “Azərbaycan müəllimi” bu gün köşklərdə yoxdur, onu ancaq və ancaq abunə yolu əldə etmək mümkündür. Belə çıxır ki, qəzetin hansısa bir nömrəsi sənə lazımdırsa, ya abunəçi olmalısan, ya da onu əldə etmək üçün yollar axtarmalısan. 10000-dən artıq tirajı olan bu qəzetin bir nüsxəsinin abunə qiyməti 1 manatdır (?!). Hüseynzadə ölkədə bu qiymətə satılan ikinci bir qəzet göstərə bilərmi? Yəni, müəllim o qədərmi böyük maaş alır ki, bir qəzetə 1 manat pul versin?!
Tirajı “artırmaq” məqsədi ilə qəzetdə verilən yazılar açıq-açığına şantaj təsiri bağışlayır. Belə ki, bəzən onun səhifələrində abunəçilərin sayı az olan rayonların siyahısı dərc edilir, onlardan abunənin sayını artırmaları tələb olunurdu. Bunu edənlər anlamırlar ki, qəzetin tirajını nazirliyin administrativ rıçaqlarının köməyi ilə, hədə-qorxu ilə yox, materialların keyfiyyətini yaxşılaşdırmaq, onu oxunaqlı etmək yolu ilə artırmaq olar. Görünən odur ki, bu məsələdə redaktor Hüseynzadənin eyni zamanda (?!) nazirlikdə şöbə müdiri işləməsi də böyük rol oynayır. Bununsa bircə adı var: qəzetin rəhbərliyi dövrün tələblərinə uyğun normal qəzet çıxarmaqda acizdir!
Mətbuatın yazdığına görə, Hüseynzadənin supermarketləri, geniş apteklər şəbəkəsi və altında bahalı CİP-i var. Hətta buna irad bildirən kasıb həmkarlarına o, vaxtilə “kişinin altında maşını olar!” da demişdi...
Bilmirəm, bəlkə də Hüseynzadənin biznes sahəsində işi daha müvəffəqiyyətlidir, amma onun “Azərbaycan müəllimi” qəzetinin redaktoru kimi müvəffəqiyyətsiz olması ən az 200 min müəllimin gözü önündədir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mikayıl Cabbarov Bayram Hüseynzadəni “vurdu”

    Mikayıl Cabbarov Bayram Hüseynzadəni “vurdu” ...

    1-07-2013, 17:43

  • 
  • Təhsil naziri Bayram Hüseynzadənin şöbəsini ləğv etdi

    Təhsil naziri Bayram Hüseynzadənin şöbəsini ləğv ...

    4-09-2013, 16:19

  • 
  • “Newsweek” yenidən çap olunacaq

    “Newsweek” yenidən çap olunacaq ...

    4-12-2013, 09:58

  • 
  • Gündəm Xəbər» qəzetinə qarşı təxribat

    Gündəm Xəbər» qəzetinə qarşı təxribat ...

    14-07-2014, 01:22

  • 
  • Yeni AXCP yaranır: Razi Nurullayev "Azadlıq" qəzetinə "Əlini burax,yanımıza gəl" dedi

    Yeni AXCP yaranır: Razi Nurullayev ...

    20-08-2015, 14:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu