ABŞ-ın ən məşhur həftəlik qəzeti olan “Newsweek” çap versiyasını bərpa etmək istəyir.
Keçən ilin oktyabrında qəzet ancaq onlayn versiyada fəaliyyət göstərəcəyini bəyan etmişdi.
“Axar.az”ın xarici mətbuata istinadən verdiyi məlumata görə jurnalın baş redaktoru C. İmpoko bildirdi ki, qəzetin çap versiyası yanvar-fevral aylarında yenidən buraxılacaq.
İmpoko həmçinin qeyd etdi ki, qəzet reklamların yox, abunələrin üzvlük haqqı ilə mövcud olacaq. Buna görə üzvlük haqqı bir az bahalaşacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?